Semyuel Qrifitsin Çikaqo şəhərində “Yunion Liq” klu-bunda rast gəldiyi Klayd, artıq üç il əvvəl Kanzas-Siti şəhə-rindən baş götürüb qaçmış gənc deyildi. İndi onun iyirmi yaşı tamam olmuşdu: o daha da boy atmış, çox da olmasa, yenə də əvvəlkinə nisbətən bir qədər möhkəmlənmiş və əl-bəttə, indi daha artıq həyati təcrübə qazanmışdı. Kanzas-Si-tidəki evlərini və qulluğunu buraxıb qaçdıqdan sonra o bir çox ağır çətinliklərə rast gəlmişdi: o təhqiredici ağır işlərdə çalışmağın, yad evlərin miskin bucaqlarına sığınıb yaşama-ğın, heç bir yaxın adamın və dostun olmadan, həyatda tək-başına özünə bir gün ağlamağın nə demək olduğunu anla-mışdı. Yavaş-yavaş onda öz qüvvələrinə müəyyən inam his-si, lazım olanda adamların ürəyinə yol tapmaq və nəzakət göstərmək qabiliyyəti inkişaf etmişdi, halbuki üç il əvvəl heç kəs onun belə şeylərə qabil olduğunu söyləyə bilməzdi. İndi o, “Qrin-Devidson” otelində işlədiyi zamanlarda olduğu ki-mi şıq geyinib-kecinmirdi, lakin bunun əvəzində indi onda, dərhal gözə çarpmasa da, hər halda çox yaxşı təsir buraxan nəcib ədalar və vərdişlər əmələ gəlmişdi. Ən başlıcası bu idi ki, o daha ehtiyatlı və daha təmkinli olmuşdu. Yük vaqonun-da Kanzas-Sitidən qaçan əvvəlki Klaydı indiki Klayddan fərqləndirən məhz bu idi. O, Kanzas-Sitidən qaçaraq başını saxlamaq üçün hər cür hiylə və kələklərə əl atmağa məcbur olduğu zamandan artıq anlamışdı ki, onun gələcəyi yalnız özündən asılıdır. İndi o birdəfəlik belə bir qənaətə gəlmişdi ki, qohumları heç bir şeylə ona kömək edə bilməyəcəklər. Onlar hamısı – anası, atası və Esta – son dərəcə qeyri-işgüzar və həddindən artıq kasıb idilər.
Lakin eyni zamanda ailəsinin keçirdiyi bütün çətinliklə-rə baxmayaraq, indi o ürəkdən bağlandığı adamların, xüsu-silə anasının ta uşaqlıqdan bəri vərdiş etdiyi doğma ev həya-tının, – qardaşının, bacılarının, hətta Estanın həsrətini çəkir-di; indi Klayd yaxşı başa düşürdü ki, Esta da eynilə onun ki-mi öz iradəsindən asılı olmayan təsadüflərə qurban getmiş-dir. Tez-tez o əzab dolu ağrılar içərisində keçmişini xatırla-yırdı: anası ilə rəftarı, Kanzas-Sitidə başladığı müstəqil həya-tının necə birdən-birə alt-üst olduğunu, Qortenziya Briqsi əlindən alan taleyin ona necə amansız bir zərbə endirdiyini xəyalından keçirirdi… O zamandan bəri o nə qədər əzab və işgəncə çəkmiş və yəqin ki, anasına, həmçinin Estaya daima bir ürək dərdi olmuşdur.
Kanzas-Sitidən qaçandan iki gün sonra o Sent-Luisə gə-lib çıxmışdır; lakin yolun yarısında iki konduktor onu giz-ləndiyi yük vaqonundan atıb çıxartmışdı. Dumanlı bir qış səhərində o döyülmüş və qulaqları tutulmuş bir halda Kan-zas-Sitidən yüz mil uzaqda qar üzərində sərilib qalmışdı; konduktorlar onu döyüb bayıra atarkən, eyni zamanda qo-lundan saatını açmış, əynindən isti paltosunu çıxartmışdılar. Sent-Luisə şəhərində o, Kanzasda çıxan “Star” qəzetini alıb oxumuş və ən pis, ən qorxulu fikirlərinin bir həqarətə çev-rildiyini görmüşdü. Qəzet, birinci səhifədə böyük sərlövhə altında baş verən hadisənin müfəssəl təsvirinə sütun yarım həsr etmişdi: Kanzasda məşhur olan çox zəngin bir ailənin on bir yaşlı qızı maşın altında qalıb öldürülmüşdü (qız yıxı-lıb maşının çarxları altında əzilmiş və bir saat sonra ölmüş-dü); Sparser ilə miss Sayp isə həbs edilmişlər və indi xəstə-xanada yatırdılar, onların sağalmasını gözləyən bir polis yanlarında oturub növbə çəkirdi. Gözəl və bahalı avtomobil çox bərk xəsarətə uğramışdı, maşın sahibinin yanında xid-mət edən Sparserin atası, səfil oğlunun bu cinayətkar hərə-kətindən son dərəcə qəzəblənmiş və başını itirmişdi.
Məsələnin ən pis cəhəti o idi ki, artıq oğurluqda və adam öldürməkdə ittiham edilən bədbəxt Sparser, şübhəsiz ki, bu fəlakətdə öz günahını azaltmaq məqsədilə, nəinki bu səfərin bütün iştirakçılarının adını çəkmiş və onların hansı oteldə işlədiklərini açıb söyləmiş, eyni zamanda belə ifadə vermişdi ki, onlar hamısı baş verən hadisə üçün onunla bə-rabər eyni dərəcədə müqəssirdilər, çünki onun iradəsinin əleyhinə olaraq onlar Sparseri maşını bərkdən sürməyə məc-bur etmişlər. Klayd bu sözlərin tamamilə ədalətli olduğunu öz-özünə etiraf etdi. Oteldə isə mister Skuayrs polisə və qə-zetlərə onun əli altında xidmət edən gənclərin ata-analarının adlarını və onların ev adreslərini xəbər vermişdi.
Bu ən ağır bir zərbə idi. Sonra qəzetdə, öz oğullarının hərəkətlərindən xəbər tutan ataların necə sarsıldıqları təsvir olunmuşdu.
Tomun anası missis Reterer ağlamış və demişdi ki, onun oğlu yaxşı uşaqdır və yəqin ki, o heç bir pis şey etmək fikrində olmamışdır, – anası buna tamamilə əmindir. Öz oğ-lu Oskarı ürəkdən sevən, artıq yaşı ötmüş bir qadın olan missis Xeqland demişdi ki, onun oğlu – dünyanın ən namus-lu, ən nəcib gənclərindən biridir və yəqin ki, onu içirdib kef-ləndiriblər.
Qrifitslərin evində isə, “Star” qəzetinin yazdığına görə ananın bu xəbərdən rəngi qaçmış, o bir qorxu və pərişanlıq içərisində əllərini ovuşduraraq, yerində donub qalmış və sanki bütün bunların nə demək olduğunu ağlına sığışdıra bilməmişdi: ana oğlunun belə bir gəzintidə iştirak etdiyinə inana bilməmiş, ortalıqda nə isə bir anlaşmazlıq baş verdiyi-ni və oğlunun tezliklə evə qayıdıb, hər bir şeyi izah edəcəyi-ni söyləmişdi.
Lakin Klayd evə qayıtmamışdı. Bundan sonra o artıq bu əhvalat haqqında heç bir şey eşitmədi, çünki həm polis, həm də anası qarşısında duyduğu qorxu hissi o qədər qüvvətli idi ki, (o anasının sonsuz məyusluq dolu kədərli gözlərindən qorxurdu) o bir neçə ay evə məktub belə yazmadı. Çox sonra o bir dəfə evə məktub yazaraq, sağ-salamat olduğunu bildir-di və anasının ondan nigaran qalmamasını xahiş etdi, lakin bu məktubunda o nə öz yeni adını yazmış, nə də adresini göstərmişdi.
O, iş tapmaq üçün şəhərbəşəhər gəzirdi: Sent-Luisdə, Teoriyada Çikaqoda, Miluokidə olmuşdu. O, restoronlarda qab-qacaq yuyur, kiçik vecsiz bir aptekdə soda suyu satır, ayaqqabı mağazasında və baqqal dükanında xidmətçi və-zifəsində çalışır, bir sözlə – qabağına çıxan hər bir işdən ya-pışırdı, lakin heç bir yerdə bəxti gətirmirdi: çünki ya ona haqq hesab verib işdən çıxarırlar, yaxud özü işi xoşlamayıb çıxıb gedirdi. Bir dəfə o öz qazancından qənaət edərək, bir qədər pul yığıb, anasına on dollar – daha sonra isə beş dollar göndərdi. İl yarım keçəndən sonra o bu qərara gəldi ki, eh-timal ki, artıq onu axtarmırlar və baş verən cinayətdə onun iştirakı ya unudulmuş, yaxud da çox əhəmiyyətsiz hesab edildiyi üçün, artıq təqiblərə və axtarışlara son qoyulmuş-dur. Sonra Çikaqo şəhərində özünə iş tapıb, bir qədər yaxşı qazanmağa başladıqda, (o, evlərə mal daşıyan furqonda sü-rücü vəzifəsində çalışır və həftədə on beş dollar alırdı) o ana-sına məktub yazmağı qərara aldı: indi o yaxşı bir iş yeri tap-mağını və öz həqiqi adını gizlətsə də, artıq çoxdan özünü yaxşı apardığını anasına xəbər verə bilərdi. O, şəhərin qərb hissəsində, Polina-Strit küçəsində bir evdə çarpayı kirayə edib yaşayırdı. Klayd məhz bu zaman anasına aşağıdakı məktubu yazıb göndərdi.
“Əziz ana!
Bilmirəm, siz hələ də Kanzas-Siti şəhərində yaşayırsı-nızmı? Xahiş edirəm, indi harda və necə yaşadığınız barədə mənə məktub yazasınız. Mən sizin haqqınızda hər şeyi bil-mək və öz başıma gələnləri sizə nağıl etmək istəyirəm. And içirəm ki, ana əgər sən istəsən, mən böyük bir sevinclə həmi-şə sənə məktub yazacağam. Mən burada tamamilə tək yaşa-yıram. Lakin sən hər halda ehtiyatlı ol və mənim harada olduğumu heç kəsə açıb demə. Bunun çox pis nəticələri ola bilər, halbuki mən çoxdan bəri yeni bir həyat sürmək arzusu ilə yaşayıram və indi, təzəcə yaxşı bir işə düzəlmişəm. İnan ki, ana, mən heç bir pis iş etməmişəm, orada qəzetlər nə ya-zırsa yazsın, mən heç bir pis hərəkət etməmişəm – mən an-caq yoldaşlarıma qoşulub şəhər kənarına seyrə getmişdim. Lakin mən müqəssir olmadığım bir iş üçün cəza alacağım-dan qorxdum. O zaman mən sadəcə evə qayıda bilmədim. Mən heç müqəssir deyiləm, ancaq sənin və atamın bu barədə nə fikirləşdiyinizdən qorxdum. Məni gəzintiyə dəvət etmiş-dilər, mən də onlara qoşulub getmişdim, ancaq Sparser de-mişdir ki, guya mən ondan maşın gətirməsini xahiş etmişəm və geriyə qayıdarkən maşını bərkdən sürməyə məcbur etmi-şəm, bunlar hamısı yalandır o özü maşını gətirib bizim ha-mımızı gəzməyə dəvət etmişdi. Bəlkə də o qızı maşın altında qoyduğumuz üçün hamımız müqəssirik, lakin biz axı bunu qəsdən etməmişik. Bu hadisə birdən-birə, qəfildən baş ver-mişdi. Mən buna ürəkdən yanır, təəssüf edirəm. Mənim uc-batımdan sən nə qədər dərd çəkdin: özüdə mənim köməyi-mə möhtac olduğun bir zamanda! Bunu düşündükcə məni dəhşət alır! Lakin buna baxmayaraq, mən yenə də ümid edi-rəm ki, sən məni bağışlayacaqsan, anacan, – deyilmi? Mən sizin hamınızın necə dolandığınızı bilmək istəyirəm. Esta, Culiya, Frenk və atam necədirlər? Siz indi hardasınız və nə edirsiniz? Sən özün bilirsən ki, mən səni nə qədər sevirəm, anacan. İndi mən çox şey görüb, çox şey öyrənmişəm və bəzi şeyləri daha yaxşı başa düşürəm. Mən həyatda müvəffə-qiyyət qazanmaq, nə isə bir şeyə nail olmaq istəyirəm. Ümid edirəm ki, bəxtim gətirəcəkdir. İndi mən yaxşı bir iş tapmı-şam, doğrudur, Kanzas-Sitidəki qulluğumdan yaxşı deyil və tamamilə başqa növlü bir şeydir, lakin yenə də çox abırlı bir işdir. Lakin mən daha yaxşı bir yer tapmağa çalışıram. Artıq mehmanxanada işləmək istəmirəm. Mehmanxanalardakı iş, mənim kimi adamlar üçün əlverişli deyil. Məncə, bu qədər yuxarıya dırmaşmaq lazım deyil. Görürsənmi, indi mən ar-tıq ağıllanmışam. İşlədiyim yerdə məndən razıdırlar, lakin mən daha yaxşı bir mövqe qazanmağa çalışıram. Bundan əlavə, mən o qədər də çox qazanmıram – qazandığım ancaq ən zəruri şeylərə, otaq kirayəsinə, yeməyə və paltarıma güc-lə çatır. Buna baxmayaraq mən qənaət edib bir az pul yığma-ğa çalışıram, bir peşə öyrənmək üçün daha əlverişli iş tap-maq istəyirəm. Bizim zəmanədə hər bir adam bir peşə sahibi olmalıdır, indi mən bunu yaxşı başa düşürəm.
Anacan, mənə ətraflı məktub yaz, mən sizin necə ya-şadığınızı və nə etdiyinizi bilmək istəyirəm. Frenkə, Culiya-ya, atam və Estaya, əgər onlar hələ də sənin yanında yaşayır-larsa, – məndən salam de! Mən səni yenə əvvəlki kimi se-virəm və ümid edirəm ki, az da olsa səndə məni sevirsən. Doğrudur, məktubun altında öz həqiqi adımı yazmıram, bəl-kə bu hələlik qorxuludur (o zamandan, yəni Kanzas-Sitidən qaçdığım gündən öz həqiqi familiyamdan istifadə etməmi-şəm). Məktubu başqa adla imzalayıram, lakin ümid edirəm ki, tezliklə bu addan əl çəkərək yenə də öz həqiqi familiyamı daşıyacağam. Mən bunu elə indi etmək istərdim. Lakin hələ-lik qorxuram. Mənə məktub yazmaq istəsən, Çikaqo şəhəri-nə, poçtaya, Harri Tenetin adına göndərə bilərsən.
Tezliklə səndən cavab gözləyirəm. Məktubu bu adla imzalayıram ki, nə sizin nə də özümün başıma yeni bir bəla açmayım, yəqin ki, məni başa düşürsən? Lakin elə ki, bu əh-valatın bitib qurtarmış olduğuna əmin oldum, onda, əlbəttə yenə də öz həqiqi adımı və familiyamı daşıyacağam.
Səni sevən oğlun”.
İmza əvəzinə o bir cızıq çəkib altından “Kim olduğumu sən özün bilirsən” sözlərini yazaraq məktubu yola saldı.
Anası oğlunun harada olduğunu bilməyərək, bütün bu müddət ərzində onun nigarançılığını çəkdiyi üçün Klayd tezliklə ondan cavab aldı; konvertin üzərində Denver şəhəri poçtasının möhürünü görərək Klayd çox heyrət etdi. Çünki o anasının hələ də Kanzas-Siti şəhərində yaşadığını güman edirdi.
“Əziz oğlum!
Səndən məktub alıb sağ-salamat olduğunu öyrəndikdə çox heyrət etdim və hədsiz dərəcədə sevindim. Mən daima həm ümid edir, həm də dua edirdim ki, sən Allahın qoydu-ğu düz və doğru yola gəlib çıxasan, – bu səni müvəffəqiyyə-tə, səadətə aparıb çıxara bilən yeganə yoldur. Mənim arzum yalnız bu idi ki, Allahın köməkliyi ilə səndən bir xəbər tu-taydım, sənin sağ-salamat olduğunu, namusla işləyib, na-musla yaşadığını öyrənəydim. İndi budur, Allah mənim dualarımı eşitdi. Mən bilirdim ki, o mənim dualarımı eşidə-cəkdir. Çox şükür olsun Allaha, o qadir və adildir.
Mən sənin başına gələn o dəhşətli bədbəxtlik üçün özü-nü və bizi bu qədər iztirab və rüsvayçılıq içində qoyduğun üçün təkcə sənin özünü günahlı saymıram, çünki çox yaxşı bilirəm ki, iblis bizim hamımızı Allahın bütün fağır bəndələ-rini, xüsusilə sənin kimi tifil uşaqları tez yoldan çıxarıb az-dırır. Oğlum, əgər sən bilsəydin ki, iblisin toruna düşmə-mək üçün nə qədər özünü gözləməli və ehtiyatlı olmalısan! Axı sənin qarşında uzun bir həyat yolu durmuşdur. Sən mə-nim nəsihətlərimi yadında saxlayacaqsanmı, əziz uşaqları-mın ağlına və ürəklərinə həkk etməyə çalışdığım xilaskarı-mız həzrəti İsanın təliminə sadiq qalacaqsanmı? Daima sayıq və ehtiyatlı olacaqsanmı? Sən ayaq saxlayıb daima bizimlə bərabər olan, bizi ağır və daşlıq yollardan keçirərək göylər-dəki səltənətə doğru aparan, yerdəki bu fani həyatımızda tə-səvvür edə bildiyimizdən daha gözəl bir aləmə doğru çağı-ran tanrımızın səsinə qulaq verəcəksənmi? Mənə söz ver ki, oğlum, sən daima uşaqlıqda aldığın tərbiyəyə və təlimə uy-ğun olaraq hərəkət edəcəksən və daima yadında saxlayacaq-san ki, qüvvət yalnız ədalətdədir. Mənim əziz oğlum, heç vaxt heç bir zaman, kim sənə təklif edərsə etsin, şəraba yaxın düşmə! İblis məhz burada, bu məsələdə öz hökmünü gös-tərir və həmişə məhz bu sahədə zəif insanlara qalib gəlir. Tez-tez sənə dediyim bu sözləri daima yadında saxla: “şə-rab – aldadıcıdır, içmək – dəliliyə qapılmaq deməkdir, kim aldanarsa – demək o aqil deyildir”. İndi mən ən hərarətli du-alarımda yalnız bunu arzu edirəm ki, hər dəfə nəfsin səni yoldan çıxartdıqda bu sözlər qulaqlarında səslənsin, çünki mən bu qənaətdəyəm ki, o dəhşətli bədbəxtliyin həqiqi baisi yalnız şərab olmuşdur.
O zaman mən sənin üstündə çox iztirab çəkdim, Klayd, və bütün bunlar, mən Estaya görə ağır, müsibətli günlər ke-çirdiyim bir zamanda baş verdi. Mən az qaldım Estanı həmi-şəlik itirim. O, olduqca pis vəziyyətdə idi. Yazıq qız, işlətdiyi günah ona çox baha tamam oldu. Biz çoxlu borca düşdük, sonra isə borclarımızı ödəmək üçün uzun zaman işləməyə məcbur olduq. Lakin indi, nəhayət, biz borclarımızı verib qurtarmışıq və işlərimiz də əvvəlki kimi o qədər də pis deyil.
Məktubdan gördüyün kimi indi biz Denver şəhərində yaşayırıq. Burada bizim xüsusi missiyamız var: bu missiya böyük bir evdə yerləşir, belə ki, burada bizim hamımıza yer çatışır, və biz bir neçə otağı kirayəyə veririk, – bu işlə Esta məşğul olur. Yeri gəlmişkən deyim ki, indi onun familiyası Niksondur. Onun çox qəşəng balaca bir oğlu var, mən və atan ona baxanda sənin körpəliyini xatırlayırıq. Uşaq öz də-cəllikləri ilə sənə o qədər oxşayır ki, elə bil sən yenidən kör-pə bir uşaq olub bizim yanımıza qayıtmısan. Bu bizə bir qə-dər təskinlik verir.
Frenk ilə Culiya çox böyümüşlər və indi mənə yaxşı kö-mək edirlər. Frenk evlərə qəzet paylayır və bir qədər qaza-nır, bu da bizə bir köməkdir. Esta istəyir ki, onlar hər ikisi, nə qədər ki, qüvvəmiz çatır, məktəbdə oxumağa davam et-sinlər.
Atan özünü çox da yaxşı hiss etmir, lakin bu təbiidir, axı o artıq gənc deyildir. Buna baxmayaraq o da əlindən gələni etməkdədir.
Mən çox şadam ki, Klayd, sən həyatda özün üçün yaxşı bir mövqe qazanmağa çalışırsan. Dünən axşam biz atanla bərabər yenə də sənin Likurq şəhərində yaşayan əmin Sem-yuel Qrifits haqqında danışırdıq: o çox zəngin adamdır, sən ona məktub yazıb sənə bir iş verməsini xahiş etsəydin, bir peşə öyrənmək üçün ondan iş istəsəydin, məncə o sənə kö-mək etməkdən boyun qaçırmazdı. Axı necə olsa sən onun doğma qardaşı oğlusan. Özün bilirsən ki, onun Likurq şəhə-rində yaxalıq hazırlayan böyük fabriki vardır və deyilənə görə çox zəngin adamdır. Nə üçün sən ona məktub yazıb kö-mək istəmirsən? Mənə elə gəlir ki, o sənin üçün bir iş düzəl-də bilər və belə olduqda sən gələcəkdə daha da artıq yüksələ bilərsən. Ona məktub yazsan nə cavab aldığını mənə xəbər ver.
Klayd, mən istəyirəm ki, sən özün barədə bizə tez-tez yazasan. Xahiş edirəm, necə dolandığın haqqında ətraflı məktub yazasan. Mən səndən məktub gözləyəcəyəm. Biz ha-mımız, əlbəttə, səni əvvəlki kimi sevirik və həmişə öz məs-ləhətlərimizlə sənə kömək etməyə hazırıq. Biz hamımız sənə ürəkdən müvəffəqiyyətlər arzu edirik, həmçinin arzu edirik ki, sən həmişə yaxşı bir oğlan olasan, namuslu və təmiz bir həyat sürəsən. Həmişə yadında saxla, oğlum: insan öz ruhu-nu məhv etdikdən sonra bütün dünyaya sahib olsa belə bu-nun heç bir faydası yoxdur.
Mənə məktub yaz, Klayd və yadında saxla ki, ananın məhəbbəti həmişə səninlədir, həmişə sənə rəhbərlik edir və Allahın naminə həmişə həqiqi yola hidayət edir.
Səni sevən anan”.
Beləliklə, Klayd hələ əmisi Semyuel ilə görüşməzdən çox əvvəl, əmisi və onun fabriki haqqında düşünməyə baş-ladı. Eyni zamanda o, ailəsinin artıq keçmişdəki kimi böyük ehtiyac içərisində olmadığını və indi daha yaxşı yaşadığını öyrənib ürəyində böyük bir yüngüllük hiss etdi: görünür bu yeni missiya, nə isə otel kimi bir şeylə və yaxud kirayəyə ve-rilən mebelli otaqlarla bağlıdır.
Anasından məktub aldığı gündən iki ay keçmişdi və Klayd hər gün öz-özünə dərhal nə isə bir şey etmək lazım gəldiyini söyləyirdi. Bir dəfə o xidmət etdiyi mağazadan, Cekson bulvarındakı “Yunion Liq” klubunda düşmüş gəlmə bir adama, içində qalstuk və cib dəsmalları olan bir bağlama aparmalı oldu.
Klayd kluba girərkən birdən-birə klub xidmətçisi for-ması geymiş Reterer ilə üz-üzə gəldi. Retererin buradakı və-zifəsi kluba gələn adamlara məlumat vermək və baqajı qəbul etməkdən ibarət idi. İlk anlar onlar bir-birini tanıya bilmə-dilər. Nəhayət, birinci olaraq Reterer özünə gəldi.
– Klayd! – deyə o yoldaşının qolundan tutub qışqırdı və dərhal ehtiyat gözləyib səsini alçaldaraq sevinclə əlavə etdi. – İşə bax! Gör necə görüşdük. Bağlamanı buraya qoy! Sən hardan gəlib buraya çıxdın?
Yoldaşından az həyəcanlanmamış Klayd dedi:
– Gör kimi görürəm! Tom, sənsənmi? İşlərin necədir? Sən burada işləyirsən?
Bu dəqiqə Klayd kimi Reterer də, onları bir-birinə bağ-layan o ələmli sirri unudaraq əlavə etdi:
– Elədir, burada işləyirəm. Demək olar ki, bir ildir, bur-dayam. – Sonra o, dərhal Klaydın qolundan dartaraq, ona susmasını işarə etdi və bir az əvvəl Klayd içəri girərkən söh-bət etdiyi oğlanın bu danışığı eşitməməsi üçün tələsik dostu-nu kənara çəkdi.
– Şş… Yavaş! – deyə o, sözünə davam etdi. Mən bura-da öz familiyamla işləyirəm, lakin heç kəs mənim Kanzas-Sitidən olduğumu bilməməlidi, başa düşürsənmi? Hamı elə bilir ki, mən Klivlenddən gəlmişəm.
Reterer bir daha səmimiyyətlə Klaydın əlini sıxdı və dostunu başdan-ayağa gözdən keçirdi. Hələ də həyəcan ke-çirən Klayd dedi:
– Bəli, əlbəttə. Başa düşürəm belə yaxşıdır. Mən çox şa-dam ki, sən məni tanıdın.
Mənim adım isə indi Tenetdir. Harri Tenet, yadında saxla! – İndi onlar keçmişi xatırlayaraq sevinc içində gülüm-səyirdilər. Bu zaman Reterer Klaydın əynində evlərə mal da-şıyan xidmətçi paltarını gördü.
– Evlərə mal daşıyırsan? – deyə o soruşdu. – Çox məzə-lidir. Klayd – o furqon sürücüsü! İşə bir bax! Yox, bu məni lap birtəhər elədi. Nə üçün sən belə bir işdən yapışmısan? – Lakin o dərhal Klaydın üzünə baxıb, hazırkı vəziyyəti haq-qında bu söhbətin dostu üçün nə qədər ağır olduğunuanla-dı.
Klayd qısaca cavab verdi: “Mənim özümün bu işə ürə-yim yatmır”. Reterer əlavə etdi:
– Qulaq as, Klayd, biz görüşməli və hər barədə ətraflı danışmalıyıq. Sən harada işləyirsən? (Klayd öz adresini ver-di). Çox yaxşı. Mən saat altıda işdən azad oluram, sən işini qurtarandan sonra gələrəm yanına. İstəyirsən gəl belə edək… Yaxşısı budur Rendolf-Strit küçəsindəki “Enriçi” kafesində görüşək. Yaxşımı? Saat yeddidə gələ bilərsənmi? Mən saat altıda işdən azad oluram, istəsən saat yeddidə oraya gələ bi-lərəm.
Klayd razılıq işarəsi olaraq şad bir halda başını tərpət-di: o Retererə rast gəldiyi üçün böyük bir sevinc içində idi.
Sonra o, furqonun qozlasında oturaraq yenə malları da-şımağa başladı, lakin günün axırınadək yalnız axşamkı gö-rüşü düşündü. Saat altının yarısında o furqonu gətirib töv-lədə açdı, sonra şəhərin qərb hissəsindəki pansionlu, ucuz qiymətli mebelli otağına gəldi, istirahət günlərinə məxsus kostyumunu geyinib cəld “Enriçi” kafesinə doğru yönəldi. O, tində dayanıb bir dəqiqə gözləməli idi, Reterer gəlib çıxdı; çox şad və mehriban görünürdü və əvvəlkinə nisbətən daha yaxşı geyinmişdi.
–
О проекте
О подписке
Другие проекты
