Читать книгу «Amerika faciəsi » онлайн полностью📖 — Теодора Драйзера — MyBook.
image
cover





Klayd başını buladı.

– Yox, mən onu ötürmədim, – deyə o etiraf etdi.

– Bəs sən hara yox olmuşdun? – deyə Reterer soruş-du. Klayd izahat verdi. O, başına gələnlərin hamısını bütün təfsilatı ilə nağıl etdikdən sonra Reterer yenidən danışmağa başladı.

– Demək sən bilmirsən ki, həmən Qortenziya Briqs, o hadisədən sonra bir oğlana qoşulub Nyu-Yorka əkilmişdir? Luizanın dediyinə görə onun qoşulub qaçdığı oğlan tütün mağazasında satıcı vəzifəsində işləyirmiş. Qortenziya yola düşməmişdən əvvəl Luiza onu təzə xəz jaketində və başqa bəzək-düzək içərisində görmüşdür. (Klayd sanki bir ağrı duyaraq üz-gözünü turşutdu). Ancaq sən yaman axmaq idin. O qızın dalından əl çəkmirdin. O sənin haqqında heç düşünmürdü, ümumiyyətlə o heç kim haqqında düşünmür-dü. Sən isə, məncə ona, yaman bənd olmuşdun, elədirmi? – Reterer məzəli bir şəkildə üz-gözünü qırışdıraraq köhnə vər-dişi üzrə Klayda sataşıb, dirsəyilə onu dürtmələdi.

Sonra Reterer dostuna öz başına gələnləri danışdı. Onun başına gələnlər, Klaydın gördüklərindən fərqli ola-raq, macəralarla dolu deyildi; o keçirdiyi həyəcan və tale-yindən artıq, göstərdyi inad və cəsarətdən, öz səadət və ba-carığına bəslədiyi inam hissindən danışırdı. Nəhayət, Rete-rer indiki işini “çəngəlinə keçirmişdi”, çünki onun işlətdiyi ibarəyə görə, Çikaqo şəhərində həmişə bir şey ələ keçirmək mümkündür.

Beləliklə, o indi burada “quzu kimi sakit” yaşayır və heç kəs onu heç bir şeydə günahlandırıb məzəmmət edə bilməz.

Reterer dərhal izah etməyə başladı ki, indi bu saat “Yu-nion-Liq”də işləməyə yer yoxdur, lakin Klayd istəyirsə, o, klubun işlər müdiri mister Xeyli ilə danışa bilər, bəlkə mister Xeyli harada boş yer olduğunu öyrənə bildi, o zaman Klayd daha yaxşı bir yer tapıb işə düzələ bilər.

– Özü də bu qədər məyus olmaq lazım deyil.

Reterer söhbətin axırında Klayda ürək-dirək verdi.

– Bundan heç bir şey çıxmaz.

Klaydı ruhlandıran bu söhbətdən sonra, Klayd hələ öz qulluğundan çıxıb əsl familiyası ilə buradakı otellərin birin-də işə girmək barəsində fikirləşərkən “Yunion Liq” klubun-da işləyən xidmətçilərdən biri ona evə kiçik bir məktub gətirdi. Məktubda yazılmışdı: “Sabah səhər “Böyük Şimal” otelinə gedib, orada mister Laytol ilə danışarsan. Orada boş yer var. Hərçənd ki, çox da yaxşı bir yer deyil, amma sonra daha yaxşı bir yer tapmaq asan olacaqdır”.

Klayd məktubu oxuyan kimi telefon edib öz rəisinə xə-bər verdi ki, xəstələnmişdir, ona görə bu gün işə çıxa bil-məyəcəkdir; sonra ən yaxşı kostyumunu geyib məktubda göstərilən otelə getdi. Burada o təqdim etdiyi tövsiyənamə-lər haqqında işə qəbul olundu. Öz həqiqi familiyası ilə işə girdiyi üçün ürəyində böyük bir yüngüllük hiss etdi. O, ay-da iyirmi beş dollar maaş alacağı və bundan əlavə oteldə ha-vayı nahar edəcəyi üçün təzə işindən xüsusilə razı idi. Doğ-rudur, xəbər tutub öyrəndiyinə görə burada çay pulları həf-tədə on dollardan artıq olmayacaqdı, lakin bununla belə o özünə təskinlik verirdi ki, yemək-içməyini də hesablasa bu-rada, bu vaxtadək aldığından daha çox qazanacaqdır. Belə bir yerdə işləmək furqon sürməkdən asan idi. Klaydı nara-hat edən yalnız bu idi ki, o yenə də otellərdə xidmət etməyə başlayırdı. Onu tanıyıb həbs edə bilərdilər.

Lakin bir az sonra, yəni üç ay sonra “Yunion-Liq” klu-bunda boş yer açıldı. Reterer bu zaman vəzifəsində yüksəlib, otelin işçilərinə rəhbərlik edən rəisin köməkçisi təyin edil-mişdi, o indi öz müdiri ilə yaxşı əlaqədə idi, buna görə də boş yerə çox münasib bir adam tövsiyə edə biləcəyini dedi: bu, Klayd Qrifits adlı bir şəxs idi, indi “Böyük Şimal” ote-lində xidmət edirdi. Sonra Reterer Klaydı çağırıb, yeni rəisə nə cür təqdim olunacağını və onunla nə cür danışacağını dostuna ətraflı başa saldı və Klayd klubda işə girdi.

Klayd dərhal bu müəssisənin “Böyük Şimal” otelinə və hətta “Qrin-Devidson” otelinə nisbətən daha yüksək dərəcə-də bir yer olduğunu və çox zəngin adamlara, görkəmli ictimai mövqeyi olan şəxslərə xidmət etdiyni gördü; burada Klayd yenə də tərs kimi onun ruhundakı şöhrətpərəstlik tel-lərini oynadan və onun tez yüksəlib görkəmli bir mövqe tut-maq arzularına təkan verən başqa bir həyat quruluşunu ya-xından müşahidə etmək üçün imkan əldə etdi. Bu kluba aramsız olaraq onun heç vaxt təsadüf etmədiyi adamlar gə-lib-gedirdilər. Görünür bunlar yüksək cəmiyyətin hər cəhət-dən görkəmli olan seçmə nümayəndələri idilər. Klayda elə gəlirdi ki, nəinki onun doğma ölkəsinin hər bir guşəsindən, eyni zamanda bütün ölkələrdən və bütün qitələrdən ən seç-mə, ən yaxşı adamlar buraya toplanmaqdadır. Bu kluba dü-şənlər içərisində şimaldan və cənubdan, şərqdən və qərb-dən gələn Amerika siyasi xadimlərinə, görkəmli siyasətçilərə və iş adamlarına, həmçinin, nəinki Amerikanın bəlkə bütün dünyanın alimlərinə, cərrahlarına, məşhur doktorlarına, generallarına, ədiblərinə və ictimai xadimlərinə rast gəlmək mümkün idi.

Klaydı bir şey də son dərəcə heyrətə salmışdı. O bir ma-raq və hətta ehtiramlı bir heyrət hissi ilə, buradakı mühitdə, “Qrin-Devidson” və bir az əvvəl işlədiyi “Böyük Şimal” otel-lərinin həyatına hakim kəsilmiş o şəhvanilik havasından əsər belə olmadığını görürdü. Doğrudan da, onun işlədiyi bütün o otellərdə, müşahidə etdiyi hər bir şeydə, az qala bü-tün hadisələrin əsasında həmişə bir şəhvət və cinsiyyət ün-sürü hiss olunurdu. Burada isə əsla belə deyildi. Qadınlar ümumiyyətlə bu kluba buraxılmırdılar. Bütün bu görkəmli şəxsiyyətlər bir qayda olaraq, buraya tək gəlir və tək də çıxıb gedirdilər, onlar heç bir səs-küyə yol vermirdilər, onlarda müstəsna müvəffəqiyyət qazanmış adamlara xas olan bir təmkin və enerji hiss olunurdu. Adətən onlar təklikdə nahar edir, ikilikdə ya üçlükdə bir yerə yığılıb yavaşdan söhbət edir, öz qəzet və kitablarını oxuyur, yaxud sürətli maşınlar-da şəhəri gəzirdilər, elə bil onlar ehtirasın nə demək oldu-ğundan tamamilə bixəbər idilər, hər halda, görünür, bu hiss onlara təsir göstərmirdi, halbuki Klaydın hələ yetkin olma-yan ağlına bu hiss – onun kimi adi adamların həyatında hər bir şeyi hərəkətə gətirən, hər şeyi alt-üst edən bir amil kimi görünürdü.

Yəqin ki, bu gözəl dünyada görkəmli bir mövqe tut-maq və belə bir mövqeni əldə saxlamaq üçün yalnız qadına qarşı laqeyd olmaq, bu qəbahətli ehtirasdan azad olmaq lazım idi. Klayd düşünürdü ki, elə buna görə belə adamların hüzurunda, onların gözləri qabağında özünü elə aparmalıdır ki, guya bəzən onun müvazinətini sarsıdan bu fikirlər, heç onun ağlına belə gəlmir.

Beləliklə, burada qısa bir müddət işlədikdən sonra bu müəssisənin və onu ziyarət edən müxtəlif adamların təsiri altında Klayd zahirən əsl bir centlmen olmuşdu. Klub divar-ları arasında o özünü tamamilə başqa bir adam kimi, daha təmkinli, daha işgüzar və bacarıqlı hiss edir, həddindən ar-tıq romantikaya qapılmırdı. O, indi yenə öz qüvvələrini sına-maq istəyirdi: ona elə gəlirdi ki, yetkin ağıllı bu adamları təqlid edərək və yalnız onlardan nümunə götürərək gün-lərin bir günündə istədiyinə nail ola bilər. Bəlkə bu o qədər də baş gicəlləndirici bir müvəffəqiyyət olmayacaq, lakin hər halda indiyədək nail olduqlarından daha böyük bir şey ola-caqdır. Axı nə üçün də belə olmasın? Əgər o inadla işləsə yalnız yaxşı adamlarla tanış olub, özünü çox ehtiyatla apar-sa, kim bilir, bəlkə bu klubu ziyarət edən görkəmli adamlar-dan biri, onunla maraqlanıb ona yaxşı bir iş yeri təklif edə-cək və bu vaxtadək qapıları üzünə bağlı olan cəmiyyətin səviyyəsinə qalxması üçün ona kömək edəcəkdir.

Həqiqəti demək lazımdır ki, Klayd öz xarakteri etiba-rilə heç vaxt tamamilə yetkin bir adam olmağa qadir deyildi. O hələ aydın təfəkkür tərzinə və daxili bir məqsədəuyğun-luq hissinə malik deyildi. Halbuki bunlar insanların əksəriy-yətinə mənsub olan keyfiyyətlərdir və onlara həyatın bütün yolları içərisində özləri üçün ən əlverişli bir yol seçməyə im-kan verir.

IV FƏSİL

Lakin Klayd özü, həyatdakı bütün müvəffəqiyyətsiz-liklərini az təhsil alması ilə izah edirdi. O, hələ kiçik ikən ai-ləsinin fasiləsiz olaraq bir şəhərdən o biri şəhərə köçməsi onun məktəbdə oxumasına və beləliklə bu “Yunion-Liq” klubunu ziyarət edənlərin yüksək cəmiyyətinin üzvü olma-sına, hər hansı bir sahədə müəyyən praktiki bilik əldə etmə-sinə mane olmuşdu. Halbuki o, bütün varlığı ilə adamların arasında durmağa can atırdı. Bu centlmenlər gözəl evlərdə yaşayır, cah-calallı otellərdə qalır, Skuayrs və yaxud bura-dakı xidmətçi gənclərin rəisi kimi adamlar isə onlara xidmət edir, onların rahatlığının qeydinə qalırlar. Klayd isə yalnız adi, xırda bir işçidən başqa heç bir şey deyildir. Halbuki indi o, artıq iyirmi bir yaşına girmişdi. Bəzən bu fikir onu olduq-ca məyus edirdi. O, yüksəlmək və mənsəb qazanmaq üçün ona imkan verə bilən başqa bir iş tapmaq həsrətində idi. Axı o bütün ömrüboyu belə bir vəzifədə qala biməzdi, belə bir aqibəti gözü qabağına gətirdiyi dəqiqələr onu bir dəhşət alır-dı.

Bu nəticəyə gəldikdən sonra o öz gələcəyini təmin et-mək haqqında uzun-uzadı fikirləşməyə başladı və elə bu za-man onun əmisi Semyuel Qrifits Çikaqo şəhərinə gəldi. Mis-ter Qrifitsin burada bir çox tanışları vardı, buna görə də ilti-fat edib ona klubda qalması üçün xüsusi vərəqə təqdim et-dilər və o, klubda düşərək bir neçə gün öz xüsusi işlərilə məşğul oldu. O, hər gün yanına söhbətə gələn bir çox adam-larla görüşür, yaxud maşına minib şəhərə çıxır, lazım bildiyi müxtəlif adamları və firmaları ziyarət edib danışıq aparırdı.

O, gələndən bir saat keçməmiş, kluba gələnlərin qeydə alınmasını idarə edən və elə indicə vestibüldəki lövhədə “Qrifits” familiyasını yazmış olan Reterer Klaydı yanına ça-ğırdı:

– Qulaq as, Klayd, sən, deyəsən, deyirdin ki, Qrifits fa-miliyalı bir qohumun və yaxud əmin vardır, o, yaxalıq hazır-layan fabrikin sahibidir, haradasa Nyu-York ştatında olur?!

– Elədir, – deyə Klayd cavab verdi. – Onun adı Sem-yuel Qrifitsdir. Likurq şəhərindəyaxalıq hazırlayan böyük fabriki var. Bütün qəzetlərdə çap olunan bu elanlar onun elanlarıdır. Sən yəqin ki, onun Miçiqan-avenyu küçəsindəki işıqlı reklamını görmüsən.

– İndi sən onu görsən tanıya bilərsənmi? – deyə Rete-rer soruşdu.

– Yox, mən onu hələ bir dəfə də olsun görməmişəm.

– Mərc gəlirəm ki, bu sənin əmindir, deyə Reterer kiçik qeyd dəftərçəsinə gözyetirərək əlavə etdi – budur, özün bax: “Semyuel Qrifits, Likurq şəhəri, Nyu-York ştatı”. Yəqin özü-dür ki, var, düzdürmü?

Yəqin ki, odur, – deyə Klayd dostunun sözünü təsdiq etdi, o həmin bu əmisi ilə çoxdan görüşməyi arzu etdiyi üçün bu xəbər onu olduqca maraqlandırmırş və hətta həyə-cana gətirmişdi.

– O, bu saat yuxarı çıxdı, – deyə Reterer sözünə da-vam edirdi. – Devid onun çamadanlarını yuxarı apardı. Çox görkəmli kişidir. Sən gözdə-qulaqda ol, o buraya aşağıya düşərkən diqqətlə bax. Bəlkə elə doğrudan da o sənin əmin-dir. O, ortaboylu, arıq bir kişidir, balaca çal bığları və açıq boz rəngli şlyapası var. Çox xoşsifət kişidir. Mən onu sənə göstərərəm. Əgər doğrudan da sənin əmindirsə sən onun xo-şuna gəlməyə çalış! Bəlkə o sənin üçün bir şey etdi… Məsə-lən, sənə bir cüt yaxalıq bağışladı, – deyə Reterer gülərək əlavə etdi.

Klayd da, sanki yerinə düşmüş bu zarafatı qiymətlən-dirərək güldü, lakin işin əslindəo çox böyük bir həyəcan keçirirdi. Demək, indi onun əmisi Semyuel burada, klubda idi. Onunla tanış olmaq üçün bu nə qədər əlverişli fürsət idi. Axı hələ buraya işə girməmişdən əvvəl Klayd ona məktub yazmaq istəyirdi, indi isə əmisi özü buraya gəlmişdi və onunla danışmaq üçün hər cür imkan var idi.

Lakin dayan, səbir elə! Klayd özü onunla danışmağa cə-sarət etsə əmisi onun haqqında nə düşünə bilər? Bu klubda vəzifəsi yalnız şey daşımaqdan ibarət olan qardaşıoğluna o nə cür yanaşar? Ümumiyyətlə, görəsən, əmisi, şeydaşıyan xidmətçi gənclərə, xüsusilə Klayd yaşlı bir gəncin belə bir vəzifədə işləməsinə, nə cür baxacaqdır? Axı Klayd artıq iyir-mi bir yaşına girmişdir. Əlbəttə, adam bütün ömrünü belə bir işdə keçirmək istəmirsə, “şeydaşıyan oğlan üçün” bu qədər yaş çox deyilmi? Semyuel Qrifits kimi zəngin və yük-sək mənsəbli bir adam oteldə şeydaşıyan vəzifəsini, xüsusilə öz qohumunun bu vəzifədə işləməsini özü üçün bir əskiklik saya bilərdi. Çox ehtimal ki, o belə bir qohumdan geri qaça-caqdır, hətta onunla danışmaq belə istəməyəcəkdir… Klayd bütün gününü bu cür şübhələr içərisində keçirdi…

Lakin ertəsi gün Klayd artıq əmisini azı altı dəfə görmə-yə müvəffəq olmuş və əmisi ona çox xoş bir təsir bağışla-mışdı: canlı, çevik, işgüzar əmisi öz qardaşına – Klaydın ata-sına heç oxşamırdı. O nə qədər zəngin idi, hamı ona nə qə-dər hörmət və ehtiram göstərirdi!… Klayd isə bir qorxu içəri-sində öz-özünə sual edirdi ki, görəsən o indi belə bir fürsə-tidəmi əlindən qaçıracaqdır? Axı əmisi ona heç də bədxah bir adam təsiri bağışlamırdı, əksinə çox mehriban və iltifatlı bir görkəmi vardı, bir dəfə Klayd Retererin məsləhəti ilə, yo-la salınacaq bir məktubu götürmək üçün əmisinin otağına girdikdə, əmisi demək olar ki, heç onun üzünə belə baxma-dı, lakin məktubla bərabər ona yarım dollar pul verdi.

– Göz-qulaq olun ki, məktubu göndərsinlər, pulları isə özünüzə götürün – deyə əmisi ona tapşırıq verdi.

Bu dəqiqə Klayd elə böyük bir həyəcan içərisində idi ki, əmisinin nə üçün öz qardaşı oğlunu tanıya bilmədiyinə heyrət etdi… Lakin mister Qrifits, doğrudan da heç bir şey sezmir və anlamırdı. Buna görə Klayd əmisinin yanından bir qədər məyus olaraq çıxıb getdi.

Bir müddət sonra Semyuel Qrifitsin adına bir neçə mək-tub gəldi və Reterer Klaydın diqqətini bu məktublara cəlb et-di.

– Əgər istəyirsənsə, budur əminin yanına getmək üçün yenə bəhanə var, – deyə Reterer məktubları Klayda göstərdi. – Bu məktubları aparıb ona ver. Məncə bu saat o öz otağın-dadır.

Klayd bir qədər tərəddüddən sonra məktubları götü-rüb əmisinin otağına getdi. Mister Semyuel stol arxasında oturub, nə isə yazırdı, Klayd qapını döyərkən içəridən qış-qırdı:

– Buyurun! Klayd içəri girdi və müəmmalı bir təbəs-sümlə dedi:

– Sizə məktub var, mister Qrifits.

– Çox sağ olun, oğlum, – deyə əmisi cavab verdi və Klayda pul vermək üçün əlini jaketinin cibinə saldı. Lakin Klayd fürsətdən istifadə edərək dedi:

– Yox, yox, mənə heç bir şey lazım deyil! – əmisi ona pul vermək üçün əlini irəli uzadıb qalmışdı, lakin o bir söz deməyə macal tapmamış, Klayd əlavə etdi: – deyəsən, mən sizin qohumunuzam, mister Qrifits. Siz Likurq şəhərindəki yaxalıq fabrikinin sahibi Semyuel Qrifts deyilsinizmi?

– Bəli, deyəsən, mənim o fabrikə bir qədər dəxlim var. Bəs siz kimsiniz? – deyə əmisi Klaydı diqqətlə gözdən keçi-rərək soruşdu.

– Mənim adım Klayd Qrifitsdir, mən Eysa Qrifitsin oğ-luyam. O, deyəsən, axı sizin qardaşınızdır?

Ailədə ən zavallı və bəxti qara hesab olunan bu qarda-şın adı çəkilərkən Semyuel Qrifitsin üzü bir qədər tutuldu. O, uzun illərdən bəri qardaşı Eysanı görməmişdi və indi heç bir sevinc hissi duymadan kiçik qardaşının qısaboylu za-vallı görkəmini xəyalına gətirdi; o, qardaşı təqribən Klayd yaşında olarkən onu son dəfə Vermond ştatında Bertuika ya-nında öz ataları evində görmüşdü. Lakin ata ilə oğul arasın-da nə qədər böyük fərq vardı! Klaydın atası o zaman şişman, yöndəmsiz, həm cismən, həm də zehni cəhətdən süst, ölü-vay bir gənc idi, onun sulu göy gözləri, qıvrım saçları var idi. Qardaşıoğlu isə, əksinə çox səliqəli, canlı, nəzakət gözlə-yən yaraşıqlı bir gənc idi və görünür ağılsız deyildi. (mister Qrifits otellərdə işləyən gənc oğlanların ümumiyyətlə çox fərasətli olduqlarına fikir vermişdi). Beləliklə, qardaşıoğlu onun xoşuna gəldi.

Atası kiçik oğlunu sevmədiyinə görə öz böyük qardaşı Allen ilə bərabər atasının bütün varidatına sahib çıxan Sem-yuel Qrifits, kiçik qardaşı Eysanın ədalətsizliyə qurban get-diyini həmişə hiss edirdi. Atası, Eysanın bir qədər fərasətsiz və əməli fəaliyyət sahəsində bacarıqsız olduğunu gördük-dən sonra əvvəlcə Eysanı işləməyə məcbur etmək istəmiş, sonra isə sadəcə kiçik oğlundan əlini üzmüş və nəhayət, Ey-sa Klayd yaşında ikən onu evdən qovmuşdur; sonralar isə ata bütün varidatını, yəni otuz min dollara yaxın bir məbləği iki böyük oğlu arasında tən bölmüş, Eysaya isə min dollar miqdarında vecsiz bir pay ayırmışdı.

İndi bütün bu xatirələr, Semyuel Qrifitsi böyük bir ma-raq ilə Klaydı gözdən keçirməyə məcbur edirdi. O, qardaşı-oğlunun illərlə bundan əvvəl ata evindən qovulmuş kiçik qardaşına oxşamadığını görürdü. Klayd onun öz oğlu Qil-bertə daha çox oxşayırdı, indi o bu oxşayışı açıq-aydın gö-rürdü. Bundan başqa Klaydın keçirdiyi qorxulara baxmaya-raq, onun belə zinətli bir klubda şeydaşıyan vəzifəsində çalışması belə, Semyuel Qrifitsə yaxşı təsir bağışlamışdı. Fəaliyyət sahəsi yalnız Likurq şəhəri və Likurq cəmiyyəti ilə məhdudlaşan Semyuel Qrifitsə, xüsusi mövqe və xarakteri olan bu klub ehtiram hissi təlqin edirdi. Belə müəssisələrdə xidmət edən gənclər adətən çox zirək və təvazökar olurlar. Buna görə də o, xeyirxah bir ifadə ilə qardaşıoğluna xeyli baxdı, Klayd isə öz qara iş kostyumunda, səliqəli və şax bir görkəmlə, son dərəcə yaxşı tərbiyə almış bir gənc təvazökar-lığı ilə əmisinin qarşısında dayanmışdı.

– Nə danışırsınız! – deyə əmisi səsləndi. Demək siz Ey-sanın oğlusunuz? Qəribə işdir! Çox qəribə təsadüfdür! Axı mən sizin atanızı azı iyirmi beş ildir ki, görməmişəm və onun haqqında heç bir şey eşitməmişəm. Axırıncı dəfə on-dan xəbər tutanda, səhv etmirəmsə, o Miçiqan ştatında, Qrend Repidsdə yaşayırdı. İndi o hardadır? Burada Çikaqo-da olurmu?

– Xeyr, ser, – deyə Klayd cavab verdi, o əmisinin bu sualına mənfi cavab verə bildiyi üçün şad idi. – Mənim ailəm Denver şəhərində yaşayır. Mən burada təkəm.

– Ümidvaram ki, atan və anan sağdırlar?

– Bəli, ser, ikisi də sağdır.

– Atan isə əvvəlki kimi… yenə vaizlik edirmi?

– Bəli, ser, – deyə Klayd bir az duruxaraq cavab verdi. O hələdə bu əqidədə idi ki,bütün mümkün olan fəaliyyət növləri içərisində atasının məşğuliyyəti cəmiyyətin gözündə ən miskin və ən faydasız bir məşğuliyyətdir. – Ancaq indi – deyə, Klayd sözünə davam edirdi, – atamın missiyası, me-belli otaqlarla əlaqədardır, missiya yerləşən evdə, deyəsən, qırxa qədər otaq vardır. Atam və anam həm bu otaqları kira-yəyə verirlər, həm də missiyaya rəhbərlik edirlər.

– Aha, başa düşürəm.

1
...