Читать книгу «Cins və xarakter» онлайн полностью📖 — Отто Вейнингера — MyBook.
image
cover





Bizim sənaye epoxasının həm öz elmiliyini xüsusi nə-zərə çarpdırmaq, həm də əvvəlki dövrlərdən fərqlənmək-dən ötrü statistikaya ümumi marağı bu ideyaların uğurlu inkişafı yolunda güclü əngəldir (yəqin ki, statistika ilə ri-yaziyyatın qohumluğu özünü büruzə verir). Tip deyil, or-ta səviyyə axtarmışlar. Anlamamışlar ki, təmiz (tətbiqi ol-mayan) elmi sistemdə mərkəzi fiqur yalnız tipdir. Buna görə də mövcud morfologiya və fiziologiya öz kəşfləri ilə tip axtarmaqla məşğul olan insana kömək etmək iqtida-rında deyildir. Burada yeni ölçmələr müəyyən edilməli, məsələnin daha geniş tədqiqi aparılmalıdır. İndi əlimizdə olan məlumatların elm üçün sözün yalnız Kant anlamın-da deyil, daha geniş anlamında heç bir əhəmiyyəti yox-dur.

Bu halda ən vacib şey KQ-nin dərk olunmasıdır, ideal kişi və ideal qadının (“ideal”, yəni hər cür sonrakı təsnifatsız tipik) dəqiq və doğru müəyyənləşdirilməsidir. Əgər biz bu tipləri dərk və müəyyən edə bilsək, onda ar-tıq onları ayrı-ayrı hallara tətbiq və sonuncunu hər iki ti-pin müəyyən miqdarının qarışığı kimi təsvir etmək çətin olmayacaq. Beləliklə, bu əsər bizə bol nəticələr vəd edir.

Mən bu fəslə belə yekun vururam: elə bir canlı varlıq yoxdur ki, yalnız müəyyən bir cinsiyyət baxımından tə-yin oluna bilsin. Gerçəklik daha çox iki nöqtə (məqam) arasında müəyyən dəyişilmə büruzə verir, onlardan heç biri empirik aləmin hansısa bir fərdində tamamilə təcəs-süm olunmur, lakin hər bir fərd onların hər birinə yaxın-laşır. Elm bu iki quruluş tipi arasındakı tək varlığın möv-qeyini müəyyənləşdirməyi öz qarşısına məqsəd qoymalı-dır. Bu tipləri təcrübə dünyasında ola-ola onun fövqünə yüksələn xüsusi metafizik varlıq saymaq lazım deyildir. Gerçəkliyin mümkün mükəmməl təsvirinin evristik moti-vi labüd olaraq onların dərkinə aparır.

Bütün canlı varlıqlarda cinslərin fərqliliyinin nata-mamlığının nəticəsi kimi ortaya çıxan bu biseksuallığın anlaşılması hələ çox qədimlərə aiddir. Ola bilsin ki, o, Çin mifologiyası üçün də yad olmamışdır, amma hər halda QədimYunanıstanda çox bilinən bir şey idi. Hermafrodi-tin mifik obrazda təsviri və Platonun “Ziyafət” əsərində Aristofanın hekayəsi buna sübutdur. Daha sonrakı dövr-lərdə mövcud olmuş qnostik ofit sektası ilk insanı Andro-ginia kimi təsəvvür edirdi.

II FƏSİL

ARRHENOPLASM

VƏ THELYPLASMA

Bura aid faktları hərtərəfli nəzərdən keçirməyi qarşı-sına məqsəd qoymuş tədqiqat hər şeydən öncə oxucunun bu əsərdə cinsiyyət tiplərinin anatomik və fizioloji xüsu-siyyətlərinin yeni və tam təsvirini tapacağı ilə bağlı təbii ümidini doğrultmalıdır. Məqsədimin bu böyük məsələni həll etmək üçün müstəqil tədqiqatlar aparmaq olmadığını nəzərə alsaq (əsərimin son məqsədi üçün də bunun heç bir əhəmiyyəti yoxdur) və bir adam üçün bunun öhdəsindən gəlməyin mümkün olub-olmamasından asılı olmayaraq mən bu əsərdən əvvəlcədən imtina etməliyəm. Ədəbiy-yatda olan bütün nəticələrin kompilyativ şərhi isə tamami-lə gərəksiz bir iş olardı, çünki Hevlok Ellis bunu çox gözəl bir şəkildə etmişdir. Ehtimal əqli nəticələr yolu ilə onun tapdığı nəticələr əsasında cinsiyyət tipləri yaratmağa can atmaq bizi ən yaxşı halda hipotetik müddəalara gətirəcək ki, bu da elmi işin inkişafını zərrə qədər də asanlaşdırma-yacaq. Bu fəsil daha çox formal, ümumi xarakter daşıyır. O, bioloji prinsiplərə istiqamətlənib və gələcək tədqiqatçı-ların diqqətini bəzi ayrı-ayrı məsələlərə cəlb etmək və bu-nunla onların işinə öz töhfəsini vermək istəyir. Bioloji bi-likləri olmayan oxucu bu fəsli adlayarsa, kitabın qalan hissələrinin onun tərəfindən anlaşılmasına bunun xüsu-si zərəri olmayacaq.

Kişiliyin və qadınlığın müxtəlif dərəcələri haqqında təlim sırf anatomik nöqteyi-nəzərdən inkişaf etdirilmişdir. Anatomiya isə təkcə kişiliyi və qadınlığı ifadə edən forma-ları öyrənməklə məhdudlaşmır. O, həmçinin onların hansı yerlərdə xüsusi kəskinliklə gözə çarpdığına da diqqət yeti-rir. Bədənin müxtəlif hissələrində əks olunan cinsiyyət fərqlərinə dair gətirilmiş misallar onu sübut edir ki, cinsiy-yət təkcə mayalanma orqanları və rüşeym vəziləri ilə məh-dudlaşmır. Lakin burada sərhəd xəttini haradan keçirməli? Cinsiyyət yalnız “birinci”, yaxud “ikinci” cinsi əlamətlər-dən ibarətdirmi? Yaxud onun əhatəsi daha genişdir? Başqa sözlə cinsiyyət harada var və harada yoxdur?

Göründüyü kimi, son onilliklərdə kəşf edilmiş çoxlu yeni faktlar yenidən bizi məcbur edir ki, XIX yüzilliyin 40-cı illərində kəşf edilmiş, lakin özünə çox az tərəfdar top-lamış bir nəzəriyyəni qəbul edək. Məsələ ondadır ki, bu nəzəriyyənin labüd olaraq gətirib çıxardığı nəticələr həm onun banisini, həm də onun əleyhdarlarını elmi araşdır-maların bütün nəticələri ilə uzlaşmayan ziddiyyətlərlə üz-üzə gətirirdi. Doğrudur, bu ziddiyyətlər onun banisinə deyil, əleyhdarlarına aradan qaldırılmaz görünürdü. Hal-hazırda təcrübə bizi məcbur edir ki, yenidən ən yeni elmi məlumatlarla bağlı bəzi dəyişikliklərə uğramalı olan bu nəzəriyyəyə müraciət edək. Mən cinsiyyətin bütün bədə-nə yayıldığını təsdiqləyən Kopenhagenli zooloq Yor.İape-tusa Sm.Stenstrupun təlimindən bəhs edirəm.

Ellis orqanizmin cinsi quruluşca hər yerdə fərqli ciz-gilər büruzə verən, demək olar ki, bütün toxumaları haq-qında çoxlu məlumatlar topladı. Xatırlatmaq istəyirəm ki, tipik kişi və tipik qadın sifət rəngi bir-birlərindən kəskin şəkildə fərqlənir. Bu onu düşünməyə əsas verir ki, həm də-rinin hüceyrələrində, həm də onun qan damarlarında mə-lum cinsi fərqlilik özünü büruzə verir. Şübhəsiz ki, həm qan boyayıcı maddənin miqdarında, həm də mayenin kub santimetrindəki qan kürəciklərinin sayında bu fərqlilik var. Bişof və Rüdinger beyində cinsiyyət fərqliliyi oldu-ğunu müəyyən etdilər, ən yeni dövrdə isə Yustus və Alis Qaul eyni fərqliliyi vegetativ orqanlarda da (qaraciyər, ağciyər, dalaq) kəşf etdilər. Həqiqətən də, qadında nə var-sa, bəzisi güclü, bəzisi zəif olmaqla kişiyə “erogen” təsir göstərir. Öz növbəsində kişidə olan hər şey qadını qıcıq-landırır və özünə cəlb edir.

Elə bu məqamda biz formal məntiq baxımından, doğ-rudan da, fərziyyədən başqa bir şey olmayan, lakin onun doğruluğunu təsdiq edən çox sayda faktların təsiri altında demək olar ki, tam mötəbərlik qazanan belə bir müddəa irəli sürə bilərik: orqanizmin hər bir hüceyrəsi müəyyən cinsi xarakterə, müəyyən cinsi çalara sahibdir. Aralıq cinsi formaların universallığı prinsipimizə uyğun olaraq elə buradaca əlavə edirəm ki, bu cinsi xarakter müxtəlif in-tensivlik dərəcəsinə malik ola bilər. Cinsi xarakteristika-nın ifadə gücünün müxtəlifliyinə verilən bu zəruri inter-val həm yalancı, həm də əsl hermafroditizmi xüsusi zəh-mət çəkmədən bizim sistemə daxil etməyə imkan verir (heyvanlarda onun mövcudluğu Stenstrupun zamanında hər cür şübhədən kənar idi. İnsana gəldikdə isə hələ indi də bir az şübhə ilə yanaşmaq olar). Stenstrup deyir: “Əgər heyvanın cinsiyyəti təkcə elə mayalanma orqanları ilə məhdudlaşsaydı, o zaman bir heyvanda cəmləşmiş bir-bi-rilə yanaşı mövcud olan iki cinsiyyət mexanizmi fərz olu-na bilərdi. Lakin cinsiyyəti müəyyən cəmləşmə yerinə ma-lik, yaxud müəyyən mexanizmdə ifadə olunmuş bir şey kimi təsəvvür etmək olmaz. O hər yerdə özünü göstərir və canlı varlığın bütün nöqtələrində inkişaf edir. Kişi bədə-nindəki hətta ən əhəmiyyətsiz hər bir hissə o, qadın var-lığındakı uyğun hissəyə nə qədər çox oxşasa da, kişiyə xas-dır. Öz növbəsində, qadındakı ən əhəmiyyətsiz hissə də yalnız qadına xasdır. Hər iki cinsiyyət mexanizminin bir fərddə birləşməsi yalnız o halda onu, həqiqətən, ikicin-siyyətli edər ki, hər iki cinsin təbiəti onun bütün bədənin-də eyni dərəcədə hakim olsun və sonuncunun hər nöqtə-sində özünü büruzə versin. Lakin bu cinsiyyətlərin möv-cud əksliyi halında onların bir-birini qarşılıqlı surətdə məhv etməsi və yaxud həmin varlıqda hər hansı cinsiyyət əlamətlərinin yoxa çıxması deməkdir. ”Əgər empirik fakt-ların mənasına uyğun hərəkət edərək K və Q arasında sonsuz sayda keçid pillələr olması prinsipini orqanizmin bütün hüceyrələrinə şamil etmək lazım olduğunu etiraf etsək, o zaman Stenstrupun rastlaşdığı çətinlik aradan qalxmış olar və hermafroditizm artıq eybəcərlik kimi gö-rünməz.

Mütləq kişilikdən onun tam yoxluğuna, yəni onun mütləq qadınlıqla üst-üstə düşdüyü nöqtəyə qədər olan bütün orta pillələr ayrıca götürülmüş hər bir hüceyrənin sonsuz sayda müxtəlif cinsi xarakteristikaları kimi nəzərə çarpır. Bu fərqlilik şkalasını bir-birilə real şəkildə birləş-miş substansiyalar kimi təsəvvür etmək və yaxud böyük molekullardakı sonsuz sayda çox müxtəlif növ atomlar şəklində vahid protoplazmanı qəbul etmək – bu məsələ-nin həllində hər cür fərziyyələr irəli sürməkdən çəkinmək daha yaxşı olardı. Birinci fərziyyə fiziloji baxımdan tətbi-qə yararlı deyil – onda onun forması fizioloji cəhətdən ey-ni qalsa da, hər bir kişi və qadın bədən hərəkəti üçün onu müəyyən edən şəraitdə ikilik zəruri olardı. İkinci fərziyyə isə daha çox kifayət qədər uğur əldə etməmiş irsiyyət nə-zəriyyələrini xatırladır. Onların hər ikisi, bəlkə də, eyni də-rəcədə həqiqətdən uzaqdır.

Bizim dövrdə hətta təxmini də olsa, təcrübə əsasında bunu sübut etmək imkansızdır ki, götürülmüş hüceyrənin kişiliyi və qadınlığı nədən ibarətdir, hər bir Q hüceyrəsi-nin K hüceyrəsindən histoloji, molekulyar-fiziki, yaxud kimyəvi fərqi nə qədərdir. Biz gələcək tədqiqatların nəti-cələri barədə öncədən qərar vermədən (onlar, yəqin ki, bioloji hadisələri fizika və kimyadan spesifik olaraq çıxar-mağın mümkünsüzlüyünü qəbul edəcəklər) nəinki hü-ceyrələrin məcmusu kimi götürülmüş bütün orqanizmdə, həm də hüceyrələrin özlərində cinsi çaların müxtəlif güc-də olması barədə fikrimizi müdafiə etmək haqqına sahi-bik. Qadınaoxşar kişilər daha çox qadın dərisinə sahib olurlar, onların kişilik orqanlarının hüceyrələri zəif bölün-mə qabiliyyəti ilə seçilirlər və bunun birbaşa nişanəsi də makroskopik cinsi əlamətlərin zəif inkişafıdır və sair və i.a.

Cinsi əlamətlərin bölgüsünü də eynilə cinsi xarakte-ristikanın makroskopik ifadəsinin müxtəlif dərəcələri üz-rə aparmaq lazımdır. Onların təyinatı başlıca olaraq digər cinsə erotik təsirin qüvvəsi ilə əlaqəlidir (ən azından bu heyvanlar aləmində belədir). Con Qenterin hamılıqca qə-bul olunmuş nomenklaturasından kənara çıxmamaq üçün mən kişi və qadın rüşeym vəzini (testis, epididymis, ova-rium, epoophoron) ilk əsas cinsi əlamətlər adlandırıram. Rüşeym vəzilərinin daxili çıxışları (toxum kanatçıqları, to-xum qovuqcuqları, tubauterus, təcrübə göstərir ki, öz cin-si əlamətlərinə görə bəzən rüşeym vəzilərindən xeyli fərq-lənirlər) birinci dərəcəlidir. Nəhayət, “xarici cinsi əlamət-lər” gəlir ki, doğuş zamanı insanın cinsiyyəti onlara görə müəyyən olunur və hətta bəlli şəkildə onun taleyi həll olunur (görürük ki, çox vaxt da düzgün həll olunmur). Yerdə qalan digər cinsi əlamətləri birləşdirən ümumi cə-hət isə ondan ibarətdir ki, onlara cinsi əlaqə məqsədləri üçün bilavasitə gərək yoxdur. İkinci dərəcəli cinsi əlamət-lərə isə hər şeydən öncə onları aid edə bilərik ki, onlar za-hirən cinsi yetkinlik dövründə üzə çıxır və demək olar ki, etibarlı şəkildə müəyyən olunmuş fikir belədir ki, rüşeym vəzilərinin qana ifraz etdiyi müəyyən maddə olmadan in-kişaf edə bilmirlər (kişilərdə saqqal, qadınlarda saç, döşün inkişafı, səsin dəyişilməsi və s.)

Nəzəri əsaslardan daha çox praktiki əsaslara istinad edərək xarici təzahürlərə və hərəkətlərə görə bilinən kişi-lərdə əzələ qüvvəsi və iradə möhkəmliyi kimi anadangəl-mə xüsusiyyətləri üçüncü dərəcəli əlamətlər adlandıraq. Nəhayət, elə buraya adət, vərdiş və ya məşğuliyyət sayə-sində təsadüfi qazanılmış – kişilərdə siqaret çəkmək, içki içmək, qadınlarda əl işləri kimi cinsi əlamətlər əlavə oluna bilər. Bu sonuncular həmçinin, bəzən digər cinsə özünün erotik təsirini göstərə bilir və elə bu da onu göstərir ki, on-lar düşünüldüyündən daha tez-tez asanlıqla üçüncü dərə-cəli əlamətlərə çevrilir, bəzən isə daha dərinə gedərək bi-rinci dərəcəli əsas cinsi əlamətlərlə əlaqəyə girirlər. Təsni-fatın özü cinsi əlamətlərin belə sahmanını öncədən qərar-laşdırmır, ruhi xüsusiyyətlərin cismani xüsusiyyətlərə nis-bətən ilkin olub-olmadığını, yaxud sonuncular tərəfindən şərtləndirildiyini və hadisələrin uzun səbəb zənciri yolu ilə onlardan alınıb-alınmadığını müəyyənləşdirmir. O əksər hallarda yalnız digər cinsə cəlbedici təsirin gücünü, cinsi əlamətlərin gözə çarpıldığı zamanı, digər cinsin gözləri önündə nümayiş etdirdiyi aydınlığı göstərir.

“İkinci dərəcəli əlamətlər” barədə danışarkən biz ar-tıq rüşeym hüceyrələrinin orqanizmin ümumi dövranına daxil etdiyi ifrazata işarə etmişdik. Həm bu ifrazatın təsi-rini, həm də süni surətdə kastrasiya ilə yaradılmış yoxlu-ğunu hər şeydən öncə məhz ikinci dərəcəli cinsi əlamətlə-rin inkişafı ya da geriləməsi üzərində öyrənmişlər. Daxili ifrazat isə bədənin bütün hüceyrələrinə şəksiz təsir göstə-rir. Nəinki bədənin ikinci dərəcəli cinsi əlamətlərə malik hissələrində, həm də bütün bədəndə kişiləşmə dövrünə doğru baş verən dəyişikliklər bunu sübut edir. Eynilə bu-nun kimi hər hansı bir vəzinin ifrazatını da öncədən yal-nız orqanizmin bütün toxumalarına bərabər yayılmış ola-raq təsəvvür etmək lazımdır.

Rüşeym vəzilərinin daxili ifrazatı fərdin cinsiyyətinin tamamlanması deməkdir. Buna görə də hər bir hüceyrə üçün ilkin cinsi xarakteristikanı qəbul etmək, sonra isə ona keyfiyyətcə təyin olunmuş tamamilə hazır masculinum yaxud femininum yaranması üçün tamamlayıcı əlavə şərt kimi bəlli ölçüdə rüşeym vəzilərinin ifrazatı əlavə olunma-lıdır.

Rüşeym vəzisi yalnız elə bir orqandır ki, cinsi əlamət onda hər şeydən daha parlaq şəkildə özünü büruzə verir; bu əlaməti onun morfoloji birliyində daha asan görmək olur.

Eynilə bunun kimi razılaşmaq lazımdır ki, orqaniz-min həm cins, növ, həm də ailə xüsusiyyətləri rüşeym və-zilərində hər şeydən daha yaxşı təmsil olunur. Digər tə-rəfdən, Stenstrup tamamilə haqlı olaraq təsdiq edə bilərdi ki, cinsiyyət orqanizmin spesifik “cinsi hissələrində” cəm-ləşməyib onun hər yerinə yayılmışdır. Eləcə də Neheli de Vris, Oskar Qertviq və digərləri bu məsələdə çox şeyə ay-dınlıq gətirən bir nəzəriyyəni inkişaf etdirmiş və vacib də-lillərlə əsaslandırmışlar. Bu nəzəriyyəyə görə çoxhücey-rəli orqanizmin hər bir hüceyrəsi növə aid bütün xüsusiy-yətlərin daşıyıcısıdır, bu sonuncular isə xüsusi qüvvə ilə rüşeym hüceyrələrində cəmləşmişdir. Vaxt gələcək bu nə-zəriyyə ehtimal ki, bütün tədqiqatçılar üçün öz-özlüyün-də anlaşılan olacaq. Xüsusilə bu faktı diqqətə alsaq ki, hər bir canlı varlıq onda şırımların yaranması və bölünmə sa-yəsində bir hüceyrədən yaranır.

Adı çəkilmiş tədqiqatçılar topladıqları və sonradan is-tənilən bir hissədən orqanizmin bərpası sahəsində aparıl-mış saysız-hesabsız təcrübələrlə və müxtəlif növ qonoloji toxumalarda kimyəvi fərqliliyin müəyyənləşdirilməsi ilə əlavə olunmuş çoxlu faktlar əsasında çoxalma üçün bilava-sitə əhəmiyyət daşımayan spesifik növ xüsusiyyətlərinin məcmusu olan idioplazmanın mövcudluğunu tamamilə ədalətli olaraq qəbul etdilər. Burada həmçinin iki fərqli ar-renoplazma və teliplazma anlayışları da yaradıla bilər və yaradılmalıdır. Onlarda hər bir idioplazma cinsi cəhətdən fərqlənən varlıqlarda üzə çıxır, ancaq artıq əvvəllər söylən-miş müddəaların əsasında empirik reallığın var olduğu sərhədlər kimi yalnız ideal hallar nəzərdə tutulur.

Gerçək olaraq mövcud olan protoplazma ideal arren-oplazmadan get-gedə daha çox uzaqlaşaraq (real yaxud təsəvvür olunan) neytral nöqtədən (hermaphroditismus verus) ən son həddədək teliplazmaya yaxınlaşan protop-lazmaya keçir. Bütün bunlar yalnız bütün yuxarıda deyi-lənlərin ardıcıl nəticəsidir. Ancaq mən xahiş edirəm ki, yeni terminologiyaya görə məni bağışlayasınız. Məqsə-dim heç də oxucunun gözündə mövzunun yeniliyini yük-səltmək deyildir.

Ayrıca götürülmüş hər bir orqana və hətta ayrıca gö-türülmüş hər bir hüceyrəyə arrenoplazma və teliplazma arasındakı hər hansı bir nöqtəyə yerləşdirilmiş cinsi əla-mətlər verilməsi və buna görə də hər bir sadə hissənin ən başlanğıcdan cinsi mənada müəyyən formada səciyyələn-məsi barədə müddəanı çox asanlıqla aşağıdakı faktdan müəyyən etmək olar: hətta eyni bir orqanizmdəki müxtə-lif hüceyrələr cinsi xarakteristika ilə heç də həmişə bəra-bər səciyyələnmir. Bir bədənin bütün hüceyrələrində K və Q heç də bərabər miqdarda deyil, onların arrenoplazmaya və teliplazmaya yaxınlığı eyni deyil. Eyni bir bədənin hü-ceyrələri bu qütblərin arasında yerləşən sıfır nöqtəsinin hətta müxtəlif tərəflərində yerləşə bilir. Əgər biz daim ki-şilik və qadınlıq demək yerinə, onlar üçün fərqli işarələr-dən istifadə etsək, əlbəttə hər cür məkrli gizli niyyətsiz ki-şi başlanğıcı müsbət, qadın başlanğıcı isə mənfi qəbul et-sək, onda yuxarıda göstərilmiş müddəanı belə ifadə edə bilərik: eyni bir orqanizmin müxtəlif hüceyrələrinin seksu-allığı nəinki müxtəlif mütləq qiymətli, həm də müxtəlif işarəlidir (yəni + və ya -). Məsələn, kosa saqqallı və zəif əzə-ləli kifayət qədər yaxşı inkişaf etmiş masculmalara yaxud döşü az inkişaf etmiş demək olar ki, tipik femininalara rast gəlmək olur. Digər tərəfdən uzun saqqallı tamamilə qadın kimi kişilər və qeyri-normal qısa saçlı gözə kifayət qədər dəyən üz tükünə sahib, lakin iri gözəl döşlü geniş çanaqlı qadınlar da olur. Qadın budlu və kişi baldırlı, sol budu qadın sağ budu kişi olan insanlar da tanıyırdım. Ümumiy-yətlə, bədənin hər iki tərəfinin simmetrikliyi yalnız çox seyrək müşahidə olunur, əksər hallarda isə sol və sağ his-sələrdə cinsi xarakteristikanın, cinsi əlamətlərin təzahür dərəcəsinin müxtəlifliyi özünü büruzə verir, məsələn saq-qalın bitişində burada daima saysız-hesabsız asimmetriya müşahidə olunur.

...
5