Читать книгу «Cins və xarakter» онлайн полностью📖 — Отто Вейнингера — MyBook.
image
cover





Buna görə də bu xüsusi seçici xüsusiyyətin əsasının daha dərində – çiçəklərin özündə olması barədə fərziyyə daha inandırıcı görünür. Burada məsələ, bəlkə də, insan-da olduğunun eynidir, yəni cinsi cazibə o hallarda daha güclüdür ki, bir fərddə olan K, digər fərddə olan Q qədər-dir, bu da yenə də yalnız əvvəlki formulun başqa bir ifa-dəsidir. Belə bir açıqlamanın mümkünlüyü ehtimalı onun-la xüsusilə artır ki, erkəkciyi yüksək, dişicikləri isə qısa kişi çiçəklərdə çiçək tozcuqları uzun dişicikli daha qadın çiçə-yin homoloji hissələrində olduğundan daha iri, lülək əm-zikləri daha kiçik olur.

Buradan görünür ki, burada məsələ kişilik və qadınlı-ğın müxtəlif dərəcələrindən başqa bir şey də deyildir. Bu-rada ortaya qoyulmuş cinsi yaxınlıq qanunu bu fərziyyə ilə daha parlaq şəkildə təsdiq olunur, çünki məhz heyvanlar və bitkilər aləmində mayalanma o halda daha uğurlu olur ki, valideynlər bir-birilə daha böyük cinsi qohumluğa ma-lik olsunlar (buna az sonra bir də qayıdacağıq).

Heyvanlar aləmində bu qanunun çox böyük bir əhə-miyyətə malik olmasının yüksək ehtimalı “əks cinsi mey-lin” tədqiqi zamanı göstəriləcəkdir. Burada mən diqqəti ona cəlb etmək istəyirəm ki, xırda, zülalla zəngin və o qə-dər də tənbəl olmayan yumurtaların daha yavaş hərəkət edən və həcmli zoospermaları cəlb etməsi ilə yanaşı bö-yük, az hərəkətli yumurta hüceyrələrin daha canlı və zərif spermatozoidlərə daha güclü cəlbedici təsir göstərməsi-nin tədqiq olunması nə qədər maraqlı olardı. Cinsiyyəti təyin edən amillər haqqındakı kiçik tədqiqində L.Veyl gü-man edir ki, bəlkə də, burada əslində onyuqasiya edən iki hüceyrənin hərəkət, yaxud kinetik enerjilərinin qiymətləri arasındakı nisbət özünü büruzə verir. Doğrudur, bunu müəyyən etmək çox çətindir, bu vaxta qədər bir dəfə də olsun müəyyən edilməmişdir ki, birləşən hər iki hüceyrə maye mühitdə sürtünmə və axının göstərdiyi təsiri çıx-maqla bir-birinə hərəkəti sürətləndirən təsir göstərir ya-xud əvvəlki sürətlə hərəkət edirlər? Burada bəzi digər su-allar da qoymaq lazım idi.

Artıq öncədən göstərildiyi kimi, insanlar arasında (eləcə də, yəqin ki, heyvanlar arasında da) göstərilmiş cin-si cazibə qanunu yeganə deyildir. Əgər bu belə olmuş ol-saydı onda onun bu vaxta qədər nə üçün kəşf olunmadığı tamamilə anlaşılmaz qalardı. Məhz ona görə ki, burada çoxlu digər amillərin rolu var və qanunların sayı xeyli də-rəcədə artmalıdır. Bax elə buna görə dəfolunmaz cinsi ca-zibə halları bu qədər azdır. Mən burada bu qanunlardan danışmayacağam, çünki buraya aid tədqiqlər hələ başa çat-mamışdır, amma sadəcə əyanilik xatirinə riyazi emala asan tabe olmayan bir sonrakı amilə işarə edəcəyəm.

İşarə edəcəyim hallar ayrı-ayrılıqda kifayət qədər mə-lumdur. İyirmi yaşa qədərki gənclik dövrünü yaşayan ki-şini adətən özündən yaşca çox böyük – yaşı 35-dən az ol-mayan qadınlar cəlb edir. Yetkinləşdikcə o daha gənc qa-dınları sevməyə başlayır. Eyni ilə bunun kimi gənc yeni-yetmə qızlar gənclərə nisbətən yaşlı kişilərə üstünlük ve-rirlər ki, daha sonra çox vaxt ərlərinə oğlanlarla xəyanət et-sinlər. Bu halların kökü onlara bir lətifədə göstərildiyindən daha dərində olmalıdır.

Bu əsərin tək bir qanunla məhdudlaşması zərurət ol-sa da həqiqət naminə onu ən yaxşı şəkildə formalaşdırma-ğa çalışaq ki, heç bir yalançı sadələşdirməyə yol verilmə-sin. Hətta burada rolu olan bütün amilləri və şübhə altında olan qanunları müstəqil kəmiyyətlər kimi gətirmədən mü-tənasiblik amilini tətbiq etməklə böyük bir dəqiqilik əldə etmiş olacağıq.

Birinci formul yalnız ideal qüvvənin cinsi cazibəsinin bütün bircinsli hallarının “iqtisadi” açıqlamasıdır, çünki cinsi münasibət, ümumiyyətlə, bu qanunla müəyyən olu-na bilər. İndi biz istəyirik ki, hər bir təsəvvür olunan hal-da cinsi qohumluq üçün ifadə verək. Elə bir ifadə ki həm də özünün qeyri-müəyyən forması sayəsində eyni zaman-da eyni bir cinsin müxtəlif növündən olan iki varlığın mü-nasibətlərinin ümumi təsvirini verə bilsin.

Onların qarşılıqlı cazibəsinin gücü belə ifadə olunur:

KA = –xf(t)–(II),

Burada f(t) zamanın hansısa empirik analitik bir funksiyasını, fərdlərin bir-birinə təsir edə biləcəyi zamanı, “reaksiya zamanını” bildirir.

К-mütənasiblik amilidir, buraya biz bütün məlum olan və olmayan cinsi yaxınlıq qanunlarını daxil edirik, o bundan başqa növ, irq və ailə yaxınlığının dərəcəsindən, eləcə də hər iki fərdin sağlamlığından və xəsarətinin olma-masından asılıdır. Nəhayət, bu amil onlar bir-birindən uzaqlaşdıqca azalır və bəlkə də, hər bir verilmiş hal üçün xüsusi müəyyən olunur.

Linkeisin “Poçt karetasında” adlı novellasında cinsi cazibə müdhiş bir ustalıqla qüdrətli kortəbii bir qüvvə ki-mi təsvir olunmuşdur. Cinsi cazibə eyni ilə kökün yerin mərkəzinə tərəf böyüməsi yaxud bakteriyaların mikros-kopda ştiftin kənarlarındakı oksigenə doğru hərəkəti kimi təbiət qanunları ilə şərtlənir. Doğrudur, bu baxışa hələ alış-maq lazım gələcəkdir. Bununla belə, mən bu məqama indi qayıdacağam.

Əgər a-b öz maksimal qiymətinə çatırsa;

lim(a-b)= Max=1)

Onda lim A = kf(t).

Bəlkə də, burada hansısa müəyyən halda, ümumiy-yətlə, insanlar arasındakı bütün simpatiya və antipatiya-lar ifadə olunmuşdur (lakin onların ictimai hüquq qayda-ları üçün əsas kimi dar anlamda sosial münasibətlərə heç bir aidiyyəti yoxdur), bir halda ki, onlar bizim cinsi yaxın-lıq qanununda əsaslandırılmamışdır, qohumluq münasi-bətlərinin gücünə mütənasib olaraq K artırsa, A kəmiyyə-ti, məsələn, yad milliyyətlər arasında olduğuna nisbətən həmfikirlər arasında daha böyük olur.

f(t)-nin öz qiymətini saxlamasını birlikdə yaşayan müxtəlif növ iki ev heyvanı arasındakı münasibətlərdə müşahidə etmək olur: birinci hərəkət çox vaxt barışmaz düşmənçilik, qarşılıqlı qorxudur (burada A mənfi işarəli olur), daha sonra isə onun yerini ən dostyana münasibətlər tutur və onlar bir-birlərini axtarmağa başlayırlar.

Bir halda ki, cinayət qanunlarında sodomiya haqqın-da paraqraf hansısa real faktlara istinad etməlidir və bir halda ki, insanla toyuq arasında da cinsi aktlar müşahidə olunmuşdur, onda buradan görünür ki, k geniş hüdud-larda sıfırdan böyük olur. Beləliklə, biz iki tədqiq olunan fərdi nəinki eyni bir növlə, həmçinin eyni siniflə də məh-dudlaşdıra bilmərik .

Kişi və qadın orqanizmlərinin hər hansı bir görüşü-nün təsadüfi olmayıb müəyyən qanunlara tabe olması fik-ri tamamilə yeni bir baxışdır, ondakı daha öncə göstəril-miş yadlıq məcbur edir ki, cinsi cazibənin təbiətinin tam bir sirr olması haqqındakı dərin məsələ tədqiq olunsun. Vilhelm Pfefferin məlum təcrübələri göstərdi ki, müxtəlif çiçəksiz bitkilərin spermatozoidləri yalnız innatura qadın arxeqoniyaları tərəfindən deyil, həmçinin təbii şəraitdə ya gerçəkdən sonuncular tərəfindən ifraz olunan, ya da süni yolla hazırlanan maddələr tərəfindən cəlb olunur. Çox vaxt hətta elə maddələr tərəfindən cəlb olunur ki, onlarla toxum telləri yalnız eksperimental şəraitdə əlaqəyə girir-lər, çünki təbiətdə onlara heç rast gəlinmir və yalnız elmi təcrübə yolu ilə əldə olunur.

Beləliklə, qıjıların spermatozoidləri arxeqoniyalardan çəkilmiş alma turşusu, həmçinin sintez yolu ilə alınmış al-ma turşusu və hətta melein turşusu tərəfindən cəlb olu-nur. Yarpaqlı mamırların spermatozoidləri isə şəkər qa-mışı tərəfindən. Bizə məlum deyil ki, məhlulun qatılığın-dakı fərqlər spermatozoidə necə təsir göstərir. O daha bö-yük qatılıq istiqamətində hərəkət edir. Pfeffer bu hərəkət-ləri “xemotaktik” adlandırmış və həm bütün bu hallar, həm də digər cinsiyyətsiz hərəkət halları üçün “xemotro-pizm” anlayışı yaratmışdır. Çox şey bunu təsdiq edir ki, heyvanlarda dişinin hiss orqanlarının köməyi ilə onu uzaqdan sezmiş erkəyə göstərdiyi təsirə xemotropizmə bənzər məlum məqamlarda baxmaq lazımdır.

Çox ehtimal ki, bu xemotropizm dişinin bədəninə düşmüş məməlilərin toxum tellərinin etdiyi o enerjili və inadkar hərəkətlərin səbəbidir. Bu hərəkətlər içəridən uşaqlığın boynuna əks istiqamətdə selikli qişanın titrək kirpikciklərinə tərəf yönəlmişdir. Xaricdən heç bir dəstək almadan onlar günlərlə hərəkət etməkdə davam edirlər. Spermatozoid demək olar ki, sirli bir düzgünlüklə bütün mexaniki və digər maneələrə rəğmən yumurta hüceyrəni tapır. Bu bəzi balıqların inanılmaz səyahətlərini çox xatır-ladır. Məsələn, semqa qidalanmadan dənizdən Reynin mənbəyinədək aylarla dolaşır və elə oradaca kürü tökmək üçün təhlükəsiz qida ilə zəngin yer tapır.

Digər tərəfdən Falkenberqin Aralıq dənizində yaşa-yan bəzi ali yosunlarda mayalanma prosesini şərh edən gözəl təsvirini yada salaq. Məsələn, biz iki əks maqnit qüt-bünü birləşdirən güc xətlərindən bəhs edirik. Belə bir təbi-ət qüvvəsini biz spermatozoidin yumurta hüceyrəyə qarşı durdurula bilməyən meylində müşahidə edirik. Bütün fərq ondadır ki, ölü materiyanın hərəkətləri ətraf mühitin gərginlik halından asılı olaraq dəyişə bilir, o halda ki, canlı materiyanın gücü həqiqi güc mərkəzləri olaraq orqanların özlərində lokallaşıb. Falkenberq müşahidə etmişdir ki, yumurtaya doğru hərəkət zamanı spermatozo-idlər, adə-tən, onları işığa cəzb edən qüvvəni belə dəf edirlər. Xemo-taktik təsir, yəni cinsi meyil fototaktik təsirdən daha güclü ola bilir.

Bizim formula az uyğun gələn iki fərd bir-birilə əla-qəyə girəndə az sonra onun ardınca onlardan birini ta-mamlayan üçüncü fərd ortaya çıxır və elə o anda qanuna-uyğun zərurətlə əvvəlki məcburi rabitəni tərk etmək cəh-di yaranır. Nəticədə nikah pozulur. O, kortəbii və kimyə-vi birləşmələrdə olduğu kimi labüddür: FeSО4-də 2KOH -la birləşdikdə SO4 ionları Fe ionlarını tərk edib K ionlarına keçirlər. Əgər kimsə bu təbii hadisələri əxlaqi nöqteyi-nə-zərdən qiymətləndirmək istəsə idi, o çox gülünc görünər-di.

Bu Götenin “ Die Wahlverwandtschaften” (“Seçici yaxınlıq”) əsərinin 1-ci hissəsinin IV fəslində inkişaf etdi-rilmiş əsas ideya, onun dərin, mükəmməl ədalətini öz üzərlərində sınamalı olan kəslər tərəfindən inkişaf etdiril-miş gözlənilməz anlamla dolu oynaq prelüdiyadır. Mə-nim araşdırmam bu ideyaya yenidən baxması ilə öyünə bilər. Lakin mən Göte kimi nikahın pozulmasını müdafiə etməyi deyil, onu sadəcə daha anlaşıqlı etməyi nəzərdə tuturam. Doğrudur, insanı nikah bağlarını pozmaq cəhdi ilə uğurla mübarizə aparmağa məcbur edən motivlər var-dır. Ancaq bu barədə kitabın ikinci hissəsində söhbət açı-lacaq. İnsanın cinsi sferası başqa orqanizmlərdə olduğu kimi təbiət qanunları ilə o qədər də ciddi bağlı deyildir. Bu o faktdan görünür ki, insan ilin bütün fəsillərində seksual-dır və xüsusi yaz cinsi oyanmasının qalıqları onda, hətta ev heyvanlarında olduğundan da azdır.

Cinsi yaxınlıq qanununun nəzəri kimyanın bir məş-hur qanunu ilə daha çox analogiyası var. Doğrudur, bu böyük kənarlaşmalar olduqda özünü büruzə verir. O, “kütlələrin təsir qanunu” ilə əlaqəli hallarla analogiya təş-kil edir. Məsələn, daha qüvvətli turşular, əsasən, daha qüv-vətli əsaslarla birləşir, eynilə daha kişi fərd daha qadın fərdlə birləşdiyi kimi. Amma burada ölü kimyəviliklə mü-qayisədə Novumdan daha böyük bir şey ortaya çıxır. Canlı orqanizm sonsuz sayda bərabər hissələrə bölünən homo-gen izotrop substansiya deyildir: "principium indiviua-tions" (fərdiyyətçilik prinsipi), yəni bütün canlıların fər-diyyət kimi yaşaması faktı orqanizmin müəyyən quruluşa malik olması zərurətini göstərir. Burada daha böyük hissə-nin bir birləşməyə, daha kiçik hissənin isə əlavə məhsul əmələ gətirərək digər birləşməyə girməsi mümkün deyil. Xemotropizm daha sonra mənfi ola bilər. A-b fərqinin mə-lum qiymətindən başlayaraq biz mənfi qiymət, əks meyil, başqa sözlə, cinsi dəfetmə alırıq.

Doğrudur, ölü kimyəvilikdə də elə həmin reaksiya müxtəlif sürətlə baş verə bilər. Lakin heç vaxt, ən azı, ən yeni baxışlarla mühakimə yürüdərək katalizin köməyi ilə uzun və ya qısa zaman fasiləsində eyni bir reaksiyanı onun tam yoxluğu yerinə törətmək (baxdığımız halda de-mək olar ki, əks reaksiyanı) olmaz. Əksinə, müəyyən tem-peraturda yaranan məlum birləşmə onun yüksəlməsi ilə parçalana bilər və əksinə. Əgər reaksiyanın idarə olun-ması temperaturun funksiyasıdırsa, onda canlı orqanizm-lərdə o, əksər hallarda, zamanın funksiyasıdır.

T amilinin, yəni “reaksiya zamanının” qiymətində, əgər ümumiyyətlə, belə müqayisələr mümkünsə, cinsi ca-zibə ilə kimyəvilik arasındakı sonuncu analogiya gizlən-mişdir. Elə burada reaksiyanın sürətlər formulunu, iki fərd arasındakı cinsi reaksiyanın inkişaf sürətinin müxtəlif də-rəcələrini vermək və A-nın t-yə görə diferensasiyasını sı-naqdan keçirmək olar. Ancaq heç kəs faydasız lovğalıqla “riyaziyyatın gözəlliyini”(Kant) alçaltmamalıdır: funksi-yaların sabit olduğu bu qədər mürəkkəb və dolaşıq müna-sibətlərə diferensasiya tətbiq etmək mübahisəli məsələdir. Beləliklə, nə demək istədiyim tamamilə aydındır: uzun müddət birlikdə olmuş, yaxud daha yaxşı ifadə etsək, bir yerə qapadılmış iki orqanizmin duyğusal meyillənməsi mövcudluğu gözə görünənə qədər çox zaman tə-ləb olu-nan kimyəvi proses kimi hətta əvvəlcə nifrətin olduğu yer-də də inkişaf edə bilər. Sevgisiz nikaha girən insanlara ve-rilən təskinlik –”yaşayarsız, sevişərsiz!” qismən bu əsasa dayanır.

Aydındır ki, cinsi yaxınlığın kimyəvi xassə ilə analo-giyalarına böyük dəyər vermək lazım deyil. Ancaq mənə elə gəlir ki, belə müşahidələr çox şeyə aydınlıq gətirir. Bir məsələ hələ də həll olunmayıb: cinsi cazibəni tropizmlərə aid etmək lazımdırmı? Hətta əgər cinsi duyğu üçün bu möhkəm müəyyən olunmuş olsa belə, erotikaya münasi-bətdə bu həll süni olardı. Sevgi halının başqa bir şərhə də ehtiyacı var və onun üçün bu şərh ikinci hissədə verilə-cəkdir. Bununla yanaşı, insanların ehtiraslı meylinin for-maları ilə xemotropizm arasında şəksiz analogiyalar möv-cuddur. Mən yenə də Götenin Die Wahlverwandtschaf-ten” əsərində Eduardla Ottiliya arasındakı münasibətlərə müraciət edəcəyəm.

Nikah problemi ilə bağlı edilmiş bir neçə qeyd artıq bu romanın adı ilə əlaqələndirilmişdir. Bu fəsilin nəzəri his-səsində çıxarılmış bəzi zəruri praktiki nəticələr də həmçi-nin göstərilmiş problemlə bağlıdır. Göstərilmiş cinsi cazibə qanunu və göründüyü kimi ona oxşar bəzi digər qanunlar öyrədir ki, sonsuz sayda aralıq cinsi formalar mövcud ol-duğu üçün bir-birinə ən yaxşı uyan iki belə fərd ola bilər. Bu bioloji nöqteyi-nəzərdən yanaşdıqda nikaha haqq qa-zandırmaq, “azad məhəbbəti” isə inkar etmək lazım gəlir. Doğrudur, monoqamiya haqqında məsələ yenə də digər münasibətlərlə də, məsələn, dövrilik kimi (onun barəsində bir az sonra söhbət açacağıq) həmçinin, yetkinlik ölçüsü üzrə zövqün artıq göstərilmiş tədqiqi ilə mürəkkəbləşir. Beləliklə, bu məsələnin həllinin sadəliyi yenə də azalır.

Heterostiliyanı, xüsusilə “qeyri-qanuni mayalanma-dan” demək olar ki, müstəsna olaraq inkişaf qabiliyyəti az olan rüşeymlərin doğulması faktını xatırladıqda başqa nə-ticə alınacaq. Bu onu güman etməyə məcbur edir ki, digər varlıqlarda ən möhkəm və sağlam nəsil ən güclü qarşılıqlı cinsi həvəs müşahidə olunan əlaqələrdən yaranır. Xalq lap qədimlərdən “sevgi övladları”nı qeyd etmişdir. O dü-şünür ki, daha gözəl və yaraşıqlı insanlar onlardan çıxır. Bu mənada hətta özünü bəşərin nəsil artıranı hesab etmə-yən bir şəxs belə ən azı gigiyenik mülahizələrə görə götür-qoyla bağlanmış nikahdan xeyli fərqlənən sırf pula görə nikaha rəğbət bəsləyə bilməz.

Cinsi meyil qanunlarının öyrənilməsi ev heyvanları-nın çoxaldılmasına nəzərəçarpacaq təsir göstərə bilərdi. İkinci dərəcəli cinsi əlamətlərə və hər iki cütləşən heyvan-da onların inkişaf dərəcəsinə indiyə qədər edildiyindən daha böyük diqqət yetirilməlidir. Dişini xoşlamadığı hal-da erkəklə cütləşdirmək üçün tətbiq edilən hərəkət örnək-ləri, əlbəttə ki, məqsədinə nail olur, lakin, ümumiyyətlə, onlar həmişə pis nəticələrlə müşayiət olunur. Çağdaş gənc-lər kimi brom və dərmanlarla bəslənən saxta madyanlar-dan, ayğırlardan alınmış ağlagəlməz əsəbilik son hesabda yəqin ki, bu qanuna ziddir. Eynilə bunun kimi müasir yəhudiliyin fiziki degenerasiyasında heç də sonuncu olma-yan rolu o cəhət oynamışdır ki, nikahlar yəhudilərdə dün-yanın hər hansı bir yerində olduğundan daha çox sevgiyə görə deyil, araçılar vasitəsilə bağlanılır.

Darvinin geniş təcrübə və müşahidələr yolu ilə özü-nün fundamental əsərlərində müəyyən etdiyi, indi isə ha-mı tərəfindən qəbul olunan budur ki, həm qohum fərdlər, həm də öz növ əlamətlərinə görə öz aralarında heç oxşar-lığı olmayanlar “cüzi fərqlənən” fərdlərə nisbətən bir-bir-lərini daha az cəlb edirlər və əgər iş hər halda mayalan-maya aid olursa, onda toxum ya inkişafın elə ilk mərhələ-lərində məhv olur, ya da zəif, əksər hallarda çoxalma qa-biliyyəti olmayan fərdə çevrilir. Heterostil bitkilərdə də olduğu kimi “qanuni mayalanma” digər kombinasiyalarla müqayisədə sayca daha çox və daha yaxşı toxumlar gətirir.

1
...