– Hey, hey, əcəb maymaq adam imişsən. Mən isə səni indiyədək ağıllı-kamallı bir cayıl bilirdim. Yox, yox, qardaş, mən səhv edirəm. Səni kişi adlandırmaq olmaz. Sən hələ saqqallı-bığlı bir uşaqsan. Kişi adını daşıyan gərək qaz vurub qazan doldurmağı, daşdan qızıl çıxarmağı ba-carsın.
– Nə edim, oğurluğa gedim?
– Qardaş, mən sənə belə bir axmaq məsləhət verə bilmərəm. Papağını qabağına qoy, fikirləş, pul qazanmaq yolu axtarıb tap.
28
– Əzizim, bəs dost dosta nə gündə lazım olar? Əgər sən belə bir yol bilirsənsə, məni də başa sal, xəcalətli qal-maram.
– Xəcalətli düşmənin olsun. Yaxşısı budur ki, mənim bir sualıma cavab ver.
– Buyur, qoy sualın iki olsun.
– Yadındadırmı, Ağəli, iki il bundan əvvəl sən bizi Qubanın Nüğədi kəndindəki bir alma bağına qonaq aparmışdın.
– Bəli, çox yaxşı yadımdadır.
– O zaman sən dedin ki, həmin bağ bizə ulu babala-rımızdan qalıb, eləmi?
– Bəli, demişdim.
– İndi de görüm, bağ doğrudanda sizindir?
– Əlbəttə, bizimdir. Bağ babamdan qalıb. Atamın idi.
İndi anamın adına keçirmək istəyirik. Bunları niyə soru-şursan?
– Elə belə maraqlanıram.
– Doğrusu, mən bu başı bəlalı bağı satmaq istəyirəm.
Azı beş min verərlər. Mən o pulu xərcləyib bir sənət öyrənmək istəyirəm.
– Adə, sənin başına at təpib? Adam da bağ satar?
Axmaqlama, de görüm ildə bağınız nə qədər alma verir?
– Ağaclara yaxşı qulluq edəndə beş-altı ton, etməyən-də üç-dörd ton.
– Yaxşı, bəs siz almaları nə edirsiniz?
– Bir hissəsini yeyirik, bir qədərini quruduruq. Qalanını isə satmaq üçün kooperativ ticarəti idarəsinə veririk.
– Soruşmaq ayıb olmasın, kiloqramını neçəyə verirsiniz?
29
– Doğrusunu bilmək istəsən, mən bu işə qarışmıram.
Ancaq evdə ucundan-qulağından eşitmişəm ki, anam hər il payızda həmin ticarət idarəsi ilə müqavilə bağlayır. Gah almanın kiloqramını 30 qəpikdən, gah da 35 qəpikdən təhvil verir.
– Daha bir sualım var. De görüm bu il necə, bağın almalarını təhvil vermisiniz?
– Xeyr, bu ayın axırında gəlib aparacaqlar. Müqavi-lədə göstərilmişdir ki, almaları onların özləri dərməli və
yeşiklərə yığıb aparmalıdırlar. Anam elə bu gün-sabah Qubaya getmək istəyir.
– Hə, bax indi gəldik əsl mətləb üstünə. Əgər sən adam olmaq, insan kimi dolanmaq istəyirsənsə, həmin almaları kooperativ ticarət idarəsinə satmamalısan. Kasıb-lıqdan çıxmaq üçün bu sənin əsl qurtuluş yolundur, həqiqi qazanc yolundur.
– Heç nə başa düşmürəm. Belə mənə açıq de ey, almaları nə üçün satmayım?
Həsən istehza ilə gülümsünüb dedi:
– Çünki sizin alma bağınızda çoxlu mal-dövlət basdı-rılıb.
– Mal-dövlət? Nə deyirsən, Həsən! Səni qara basmır ki?
– Xeyr, qardaş, mən hələ huşumu itirməmişəm.
– Bəlkə… bəlkə keflisən. Ona görə də hətərən-pətərən danışırsan?
– Ağlını başına yığ, Ağəli! Mən sərxoş deyiləm. Sən özün yaxşı bilirsən ki, mən heç bir zaman sərxoş olmu-ram, şərab mənə təsir etmir. Mənə inan. Bağınızda həqiqətən çoxlu mal-dövlət basdırılmışdır. Orada böyük bir dəfinə vardır.
30
Sevincindən özünə yer tapa bilməyən Ağəlinin üzü güldü. Təəccüblə soruşdu:
– Bəs belə isə nə üçün indiyədək susurdun? Nə üçün bağımızda dəfinə olmasını mənə demirdin?
Həsənin üzündəki istehzalı təbəssüm hələ də yox olmamışdı. O, gülə-gülə dedi:
– Mən belə hesab edirəm ki, sən bunu bilirsən. Restoranda xərclədiyin pulları da həmin dəfinədən götürürsən.
Ağəlinin gözləri yağlı ətə baxan pişik gözləri kimi parıldadı. Onun səbri tükəndi. Tələsik dedi:
– Həsən, qadan alım, bəs onda nə üçün biz burada oturmuşuq.
Tez ol dur, maşın tap, Qubaya gedək. Bağımızdakı dəfinəni çıxardaq. Yarısı sənin, yarısı mənim.
– Sağ ol, dostum, mənə sənin bir qəpiyin də lazım deyil. Öz mal-dövlətim mənə bəsdir. Dəfinənin yerini isə
mən sənə sabah deyərəm.
– Sabah nə üçün, elə indi de, qurtarsın getsin.
– Çünki mən görürəm ki, sən xam adamsan. Dəfinənin yerini sənə indi desəm, gecə ilə başına adam yığıb ba-ğa hücum çəkəcəksən. Hər yanı qazıyıb alma ağaclarının kötüklərini açacaqsan, onları qurudacaqsan.
– Vallah, Həsən, and içirəm, heç nə etmərəm, sabaha qədər gözləsəm ürəyim partlar.
– Yaxşı, Ağəli, indi bu saat mən sənə dəfinənin harada basdırıldığını deyərəm. Ancaq sözümü kəsmə, dedik-lərimə diqqətlə qulaq as, yadında möhkəm saxla. Bil və
agah ol. Dünyada iki cür adamlar olur: ağıllılar və axmaqlar. Ağıllılar mənim kimi olurlar. Alver edib çoxlu pul qa-zanırlar. Axmaqlar isə sənin kimi qəpik-quruş əldə etmək 31
üçün özlərini ora-bura vurur, ayda yetmiş-səksən manata işə girməyə çalışırlar.
– Yəni deyirsən mən də gedim alver edim?
– Alver edəndə nə olar.
– Bazarda durub tuman-köynək satmaqdan nə çıxar?
– Kim sənə deyir ki, gedib bazarda tuman-köynək sa-tasan.
– Bəs sən hansı alverdən danışırsan?
– Mən, Ağəli, hər dəfə azı on min manat gəlir verən alver haqqında danışıram.
– O necə alverdir, qardaş?
– O dəfinə alveridir, Ağəli, dəfinə. Allah sənə böyük bir dövlət verib, sən isə ondan istifadə etməyi bacarmır-san? Bəli. Sənin dəfinənin bir ucu Nüğədi kəndindəki al-ma bağında, ikinci ucu isə Sverdlovsk, Çelyabinsk və
Çkalov şəhərlərindədir, başa düşdün?
– Dostluğumuz haqqı heç nə anlamıram. Bayaq deyirdin ki, dəfinə bağdadır, indi isə Sverdlovskidən, Çel-yabinskdən dəm vurursan.
Bilirsən, Ağəli, sənin alma bağın mənim əlimdə olsaydı, indi milyonerdim. Ağıllı adamlar sizin kimi hərəkət etmirlər. Onlar bağdan yığdıqları almanın kiloq-ramını otuz qəpiyə kooperativ ticarət idarəsinə satmırlar.
Onlar bağda, dərinliyi üç-dörd metr olan zirzəmi qazıyır-lar. Ora saman döşəyirlər. Almaları payızda dərib səliqə
ilə buraya yığırlar, qışa kimi saxlayırlar. Dekabr-yanvar aylarında isə kiloqramına 40 qəpik verib, təyyarə ilə Ural şəhərlərindən birinə daşıyırlar. Ayrı-ayrılıqda kiloqramını üç manat 50 qəpiyə, bir yerdən isə üç manatdan satıb ciblərini pulla doldururlar. Hər il azı on min manat təmiz qazanc əldə edirlər. Onda anladın ay axmaq, yoxsa…
32
Ağəli yerindən qalxıb dostunun boynunu qucaqladı, bir neçə dəfə üz-gözündən öpdü. Fındıqça çalıb oynadı.
Sonra dedi:
– Sağ ol, dostum, çox sağ ol. Sən ölümü yerdən götür-dün. Məni o dünyadan qaytardın. Adam etdin, dəfinənin yerini göstərdin. Mən bütün ömürboyu sənə minnətdar olacağam. Sən məni bir o qədər də axmaq sayma. İnan-dırıram ki, sənin layiqli şagirdin olacağam. Bağı bir az da genişləndirəcəyəm. Yeni alma ağacları əkdirəcəyəm.
– Baxaq görək, Ağəli, axırı necə olacaq?
– Arxayın ol, dostum. Görərsən analar necə oğullar doğub. Ancaq sən mənə özün haqqında heç nə demədin, sənin də alma bağın var?
– Xeyir əşi, mənim alma bağım olsaydı, özümü dünyada ən xoşbəxt adam sayardım. Mən alma-armudu kol-xozlardan satın alıram. Hərdən bir imkan düşəndə Mərdəkandan Moskvaya gül də aparıram. Şüvələn bağlarında gülün birini üç qəpiyə almaq olar. Moskvada isə biri ot-uz-qırx qəpiyə göydə fırlanır.
Dostlar səmimi görüşüb ayrıldılar. Ağəli dərhal qızğın fəaliyyətə başladı, anası ilə Qubaya getdi. Kooperativ ticarət idarəsi ilə müqaviləni pozdu. Gözəl bir anbar tik-dirib bağın almalarını səliqə ilə ora yığdı. Tanış tapıb kolxozçu olduğu haqqında arayış düzəltdi. Yanvar ayında bir-iki ton da yandan alma alıb, özünü verdi Maqnito-qorsk şəhərinə. Almaları üst-üstə kiloqramını üç manatdan satıb, yol xərcini çıxmaqla birdən-birə on iki min manat təmiz qazanc əldə etdi.
Beləliklə “haqqın yolunu tapan” Ağəli hər il qışda Ural şəhərlərindən birinə səyahət edir, sonra bir dəfə ya Novosibirsk, ya da Omsk şəhərlərinə gül aparır, ilin qalan 33
aylarını isə eyş-işrətdə keçirirdi. Adətən, hər dəfə Sibir şəhərlərinə gül səyahətindən sonra, yəni may aylarında Ağəli bir-iki ay Kislovodsk şəhərində istirahət edir, daha doğrusu qumar oynayıb Bakıya qayıdırdı.
QUMAR MƏCLİSİ
İndi də belə idi. Özünü günəşli Azərbaycanın ən xoşbəxt adamlarından biri sayan Ağəli Möhtacov Kislovodsk şəhərində təzə tanış olduğu sarışın bir qızla dağda yerləşən “Xram Vozduxa” restoranında oturub kef edirdi.
Ağəlinin dərdi-qəmi yox idi. Bu günlər Ağəlini hərdən az-çox düşündürən bir şey vardısa, o da qızıl alveri üstündə Həsənin məsuliyyətə cəlb olunması idi. Ancaq Bakıdan şad bir xəbərin gəlməsi müvəqqəti olaraq Həsənin unudulmasına səbəb olmuşdu. Bəli, bu günlər Ağəlinin bəxti bərk gətirmişdi. Tanışlarından biri birinci pul-şey lo-toreyasının cədvəlini Bakıdan Ağəliyə gön-dərmiş, o da cədvəli yoxlayarkən “Volqa” avtomobili udduğunu aşkar etmişdi. Bu münasibətlə Ağəli üç gün-üç gecə Kislovodsk şəhərinin mərkəzindəki “Çayka” restoranında ziyafət təşkil etdi. Araq-çaxır sel kimi axırdı. Dördüncü gün isə Ağəli vaxtını təzə tanış olduğu Lyudmila adlı qıza sərf etmək qərarına gəldi. Dağın başında “Xram Vozduxa” restoranında kef edən Ağəli naharı tez başa çatdırmaq, yaşıllıqlar içərisində qərq olmuş dağda Lyudmila ilə gəzmək istəyirdi. Buna görə də Ağəli xörəkpaylayan qadını çağırıb haqq-hesab istədi. Qadın gülə-gülə dedi:
– Cavan oğlan, təəssüf ki, mən sizdən pul ala bilməyəcəyəm.
– O nə üçün?
34
– Çünki, yediyinizin pulu verilib, özü də artıqlaması ilə.
– Kim? Stolun pulunu kim verib?
– Üzr istəyirəm, cavan oğlan. Onu mən sizə deyə bilməyəcəyəm.
Ağəli ötəri salona nəzər salıb, heç yerdə tanış adam görmədi. Təəccüblə xörəkpaylayan qadına baxdı. Bu zaman lap küncdəki stolun arxasında iki nəfər qafqazlı gəncin oturduğunu gördü. Onlar diqqətlə Ağəliyə baxır, gü-lürdülər. Ağəli Bakı qumarbazlarından “Qızılbarmaq” ləqəbi daşıyan və daim heç bir səbəb olmadan gülən Rantiki dərhal tanıdı. Ağəli sevincindən nə edəcəyini bilmədi.
Meşəli dağda gəzmək də, Lyudmila da yaddan çıxdı. Axı, keçən il Ağəli elə burada, Kislovoskda “Qızılbarmaq Ran-tikdən” iki min manat pul udmuşdu. Ağəli o zaman ali-cənablıq etmişdi. O, Rantikin şərəfinə “Çayka” restoranında böyük ziyafət təşkil etmiş, Bakıya qayıtmaq üçün yumşaq vaqonda ona bilet almış və cibinə yüz manat pul qoymuşdu.
Ağəli dərhal stola yaxınlaşıb, Rantikin əlini sıxdı:
– Xoş gəlmisən, Rantik, nə xoş görüşdür?
– Mən də çox şadam, çox şadam, Ağəli.
– Keçən il iyul ayında görüşmüşdük. İndi isə iyulun əvvəlidir. Deməli, bir ildir ki, ayrılmışıq. Belədir?
– Belədir, dostum, belədir.
– Tanış ol, Ağəli, bu kişi mənim dostumdur, özü də
canlara dəyən oğlandır, – deyə Rantik Yədullanı Ağəliyə
təqdim etdi.
Az sonra Ağəli Lyudmilanı da stola dəvət etdi. Yenidən kef məclisi düzəldi. Bu zaman Rantik üzünü döndərib xörəkpaylayan qadına göz vurdu. O da on şərab bu-35
tulkasını gətirib stolun üstündə qatar düzdü. Butulkala-rın heç birinin üstündə şərabın adı yoxdu. Rantik çaxırı badələrə doldurub dedi:
– Görüşümüz uğurlu olsun!
O dəqiqə stolun ətrafındakılar öz badələrini boşalt-dılar. Ağəli çaxırı böyük məmnuniyyətlə, ləzzət ala-ala iç-di. Onun sevincinin həddi-hüdudu yox idi. O, Rantikə
müraciət etdi.
– Bura bax, dostum, bu ki xalis “kəmşirin”dir.
– Bəli, dostum, düz tapmısan.
– Bəs bayaq mən xörəkpaylayandan “Kəmşirin” istədim. O dedi ki, bizdə belə şərab olmur. Gör sizin burada nə qədər hörmətiniz var ki, sizin üçün “kəmşirin” də gəti-rirlər.
– Səhv edirsən, Ağəli, sənin keçən il mənə etdiyin yaxşılığı unutmamışam. Məni hörmətlə Bakıya yola saldı-ğına görə bir daha minnətdaram. Mən bu şərabları Bakıdan şəxsən sənə hədiyyə gətirmişəm.
– Afərin oğlan. Səndə belə fərasət?
– Görürsən də.
Bu zaman Yədulla gizlincə Rantikin ayağını basdı.
Oğurluq və cibgirlik yolunda həmişə Yədulla ilə birgə addımlayan Rantik quldurun hər bir işarəsini sözsüz başa düşməyə alışmışdı. Ancaq bu dəfə o, Yədullanın nə demək istədiyini anlamadı… Təəccüblə quldurun üzünə
baxdı. Yədulla işarə ilə sarışın qızı göstərdi. Rantik quldurun Lyudmila ilə təklikdə qalmaq istədiyini başa düşüb Ağəliyə tərəf döndü, ağzını onun qulağına yaxınlaşdırıb pıçıldadı:
– Bura bax, dostum, iki dəqiqəliyə bayıra çıx, səninlə
söhbətim var.
36
– Bu dəqiqə.
Onlar üzr istəyib qarşıdakı çəmənliyə getdilər. Yədulla ilə Lyudmila tək qaldı. Yədulla mülayim səslə soruşdu:
– Xanım qız, nə üçün mənə əyri-əyri baxırsınız?
Dünyada qorxu nə olduğunu bilməyən Lyudmila cə-sarətlə dedi:
– Çünki sənin üzündən dələduzluq yağır.
– Yox əşi, heç bilmirdim. Sizdə təqsir yoxdur, xanım qız. Həmişə gözəl qızlar kifir kişilər haqqında bu cür dü-şünürlər. Sizi inandırıram ki, bütün Bakıda mənim kimi mülayim xasiyyətli, dostluqda sədaqətli kişi tək-tük tapılar.
– Yura, deyəsən, özünü öyməyi çox sevirsiniz.
– Yurə nə üçün? Mənim öz adım var.
– Adınız nədir?
– Yədulla.
– Necə-necə? Yatullax.
– Xeyir, Yədulla.
– Əzizim, bu çox çətin addır. Mən bu adı yadımda saxlaya bilmirəm. Gəlin sizin adınızı dəyişib Yura qoyaq.
Bu çox yaxşı addır. Həm də yaxşı səslənir.
– Mən razı deyiləm, xanım qız. Mənim öz adım özümə xoşdur. Lyudmila nə isə fikirləşib əlini stola uzatdı.
Kağız solfetlərdən birini götürüb Yədullanın qabağına qoydu. Onu bir gözü ilə diqqətlə süzərək dedi:
– İndi ki, belədir, adınızı bu kağızda aydın yazın.
Mən də əzbərləyib öyrənim.
Həmişə ehtiyatlı tərpənməyi sevən Yədulla zarafata salıb, adını kağıza yazmaq istəmədi. Ancaq Lyudmila çox israr etdiyindən tezliklə təslim oldu. İri hərflərlə adını yazdı. Bununla iş bitmədi. Lyudmila Yədullaya familyası-37
nı da kağıza yazmağı xahiş etdi. Yədulla təəccüblə soruşdu:
– Xanım qız, deyəsən, üz verəndə astar istəyirsiniz.
Deyin görüm mənim familyamı nə edirsiniz?
– Nə bilim. Mənə belə gəlir ki, bizim bu tanışlığımız təsadüfi deyildir. Siz çox qüvvətli, eyni zamanda cürətli adama oxşayırsınız. Nədənsə düşünürəm ki, siz mənim həyatımda böyük rol oynayacaqsınız. Ona görə də sizinlə
daha yaxından tanış olmaq istəyirəm.
Yədulla daha bir söz demədən salfet kağızında, adının yanında “Balaqardaş oğlu” sözlərini də yazdı.
İyirmi iki yaşlı Lyudmila Kiyevin maşınqayırma zavodunda, kommunist əməyi briqadasında işləyirdi. O buraya üç həftə bundan əvvəl istirahətə gəlmişdi. Hər şeylə
dərindən maraqlanan Lyudmila Ağəli ilə iki gün əvvəl mərkəzi parkdakı rəqs meydançasında tanış olmuşdu. Sa-də fəhlə ailəsində böyüyüb boy-buxuna dolan, gözəl tərbiyə alan Lyudmila yaxşını pisdən ayırmağı bacarırdı. O, Ağəlinin əliəyri adam olduğunu ilk tanışlıqdan hiss etmişdi. Əslində bunu təyin etmək bir o qədər də çətin deyildi. Ağəli Kislovodsk şəhərinə gələn gündən fərqinə
varmadan pulunu sağa-sola xərcləyirdi. Lyudmilanı da maraqlandıran elə işin bu cəhəti idi. O heç bir zaman gecənin bu vaxtı tanımadığı bir kişi ilə dağdakı restoranda əyləşib stəkan-stəkana vurmazdı. Ancaq indi, gecənin yarısı Lyudmilanı “Xram Vozduxa” restoranına gətirib çıxa-ran onun vətənpərvərliyi idi. Axı, Lyudmila Yasenko za-vodda sex komsomol təşkilatının katibi, həm də drujinaçı idi. Lyudmila elə drujinaçı olduğu üçün də indi buraya gəlmişdi. Bəli, bəli, o, Ağəlinin əliəyri adam olduğuna əmin idi. Çünki bu Ağəlinin hər bir hərəkətindən məlum 38
idi. Buna görə də Lyudmila bir drujinaçı kimi Ağəlinin gəlir mənbəyini aşkara çıxarmağı qərara almışdı. Doğrudur, Lyudmilaya heç kim belə bir tapşırıq verməmişdi. O
özü bu işlə maraqlanmış, sayıqlıq göstərmişdi. Doğrusunu bilmək istəsəniz, Lyudmila oğru və quldurlarla gecə
qaranlığında tək qalmaqdan belə qorxmurdu. Bu da səbəbsiz deyildi. Axı, drujinaçılıq etdiyi dövrdə Lyudmila əliəyrilik və xuliqanlıq edən şəxslərlə mübarizədə mətin-ləşmiş və mərd olmuşdu.
İndi Yədullanı diqqətlə nəzərdən keçirən Lyudmila bu kişinin də, onun dostu Rantikin də Ağəli kimi əliəyri adam olduqlarını özlüyündə yəqin etdi. Buna görə də bu adamlarla ehtiyatlı tərpənməyi, onların hər bir hərəkətinə
göz qoymağı qərara aldı.
Lyudmila özünü şən göstərməyə çalışaraq gülə-gülə
soruşdu:
– Yura, deyəsən, özünü öyməyi çox sevirsiniz?
– Yenə məni Yura deyə çağırırsınız? Nə olsun, xanım qız, qoy siz deyən olsun. Ancaq bilin ki, mən öyünmü-rəm, olanı danışıram. Mən qazma ustasıyam. Neft mədə-nindən qabaqcıl qazma briqadasının başçısıyam. Həmişə
mədəndə ən çətin və dərin neft quyularını qazmağı mənə
tapşırırlar. Hər ay azı beş min manat maaş alıram.
– Başa düşmürəm, bütün bunları mənə nə üçün deyirsiniz?
– Çünki siz mənim çox xoşuma gəlirsiniz.
Lyudmila özünü yüngül aparan qızların roluna girməyi qərara alıb əzilə-əzilə dedi:
– Mən çoxlarının xoşuna gəlirəm. Ancaq nə fayda, onların hamısı quru məhəbbətdən dəm vurur.
– Bəs siz hansı məhəbbəti xoşlayırsınız?
39
– Pullu məhəbbəti.
– Ağəli pulludur?
– Bilmirəm, cəmi iki gündür ki, tanış olmuşuq. Bu birinci görüşümüzdür.
– Xanım qız, siz daha nəyi xoşlayırsınız?
– Heç nə. Mən dünyada bir pulu, bir də nəvazişi sevirəm.
– Bunların hamısı məndə var, – deyə Yədulla lovğa-lıqla cavab verdi.
Lyudmila dodaqlarını büzərək həqiqətən artistlik etməyə başladı. İşvə-nazla dedi:
– İnanmıram. Mən, ümumiyyətlə, kişilərə inanmıram.
Onların hamısı dil pəhləvanıdır, – deyə Lyudmila mavi gözləri ilə Yədullanı bir daha diqqətlə süzdü. Sonra əlavə
etdi.
– Köynəyiniz yaxşıdır, ancaq əminəm ki, cibiniz boş-dur.
– Kimin? mənim cibim boşdu? – deyə Yədulla çox ciddi soruşdu.
– Bəli, mənə elə gəlir.
– Heç bilirsiniz mən kiməm?
– Dediniz ki, qazma ustasısınız.
– Onu demirəm.
– Bəs nəyi deyirsiniz?
– Pulluluq məsələsini. Mən, Lyudmila, sizin üçün ağırlığınız qədər xərc çəkə bilən oğlanlardanam.
– Bütün bunlar boş sözdür, Yura. Bəli, bəli, boş sözdür. Həqiqi kişilər sözlə deyil, işlə özlərini göstərirlər.
Yədulla heç bir söz demədən əlini cibinə saldı. Bir brilyant qaşlı üzük çıxardıb Lyudmilanın barmağına tax-40
dı. Bu qədər səxavətli olmasına özü də heyran qala-qala soruşdu:
– Xoşunuza gəlirmi?
– Nə qədər də qəşəngdir, – deyə Lyudmila sevinə-sevinə bir neçə saniyə üzüyə baxdı. Birdən onun qaşları çatıldı. Yədullaya şübhəli baxıb soruşdu:
– Oğurluq mal deyil ki? Birdən məni tutarlar.
Yədulla özünü təhqir edilmiş adam kimi göstərərək inciyən tərzdə dedi:
– Ayıb deyilmi, xanım qız, siz məni təhqir edirsiniz.
– İnciməyin. Yura, bunu mən sizi sınamaq üçün soruşdum. Yədulla səxavətlilikdə bununla kifayətlənmədi.
O cibindən bir dəstə onluq çıxarıb on dənəsini ayırdı. Əs-kinazları Lyudmilanın ovcuna basıb dedi:
– Bura bax, xanım qız, mən istəmirəm ki, siz burda Ağəli ilə qalasınız. Onlar qayıdan kimi bir şeyi bəhanə
edib gedərsiniz.
Lyudmila özünü itirdi. Öz-özünə dedi: “Bu nə kələk-dir mən düşdüm. İndi mən nə edim? Bu pul, bu üzük mənim nəyimə lazımdır. Gərək qaytaram. Deyəsən, bu quldur məni satın almaq istəyir”. Təhqir olunduğunu başa düşən Lyudmila dərhal ayağa qalxıb üzüyü də, pulları da Yədullanın başına çırpmaq, dərhal buranı tərk etmək istədi. Lakin bu zaman ürəyində ikinci bir səs ona dedi. “Yox, yox. Lyudmila, sən səhv hərəkət edirsən. Axı sən komso-molçusan. Bu o deməkdir ki, öz vəzifəni axıra qədər yerinə yetirməlisən. Deməli, müvəqqəti olaraq hər şeyə döz-məlisən. Buna görə də oynadığın rolu davam etdir. Özünü bu əliəyri adamlarla dost kimi göstər, sirlərini öyrən.
Sonra pulu da, üzüyü də milis orqanlarına təhvil verərsən”.
41
Bütün bunları özlüyündə qət edən Lyudmila özünü elə göstərdi ki, guya bir könüldən min könülə bu əliaçıq kişiyə vurulmuşdur. O gülə-gülə Yədulladan soruşdu:
– Əzizim, bəs sonra mən sizi harada görüm?
Artıq qızı özünə məftun etdiyinə əmin olan Yədulla əmredici tərzdə dedi:
– Sabah saat doqquzda “Çayka” restoranının qabağında gözləyəcəyəm. Gəlməsəniz…
– Bu nədir, Yura, siz mənə hərbə-qadağa gəlirsiniz?
– Bəli, gəlirəm.
– Nahaq yerə, sizə bildirmək istəyirəm ki, mən heç nədən və heç kimdən qorxmuram. Yədulla acıqlandı:
– Bunun mətləbə dəxli yoxdur. Dedim ki, sabah səhər körpünün üstündə gözləyəcəyəm.
– Mən də dedim ki, gəlməyəcəyəm. Axı, siz sözünü-zü qurtarmadınız, deyin görək gəlməsəm nə olar?
– Bilmirsən, nə olar? – deyə özündən çıxan Yədulla sağ əlini uzadıb kəlbətin kimi Lyudmilanın qolundan tutaraq sıxmağa başladı.
Yədullanın üzündə iyrənc bir təbəssüm əmələ gəldi.
quldurun gözləri od saçıb vəhşiyanə bir qəzəblə Lyudmilaya baxırdı. Lyudmila əvvəlcə qışqırıb hay-küy salmaq, Yədullaya bir sillə ilişdirib ətrafdakıları köməyə çağırmaq istədi. Lakin buraya hansı məqsədlə gəldiyini yadına salıb yumşaldı. Süni gülüşlə dedi:
О проекте
О подписке
Другие проекты