gəlmişdi. O, Rantikin tutulduğunu görcək dərhal mağazanı tərk etdi. Əvvəlcə Yədulla dava salıb aranı qarışdırmaq və beləliklə də Rantikin aradan çıxıb qaçması üçün şərait yaratmaq istədi. Lakin bunun mümkün olmadığını görüb yavaş-yavaş mağazanı tərk etdi. Hüsü Hacıyev küçəsi ilə
beşmərtəbə binaya tərəf addımlayarkən Rantiki həbsdən qurtarmaq, sonra da özünə tabe etmək üçün planlar qur-mağa başladı.
Yədulla çox fikirləşdikdən sonra şahidləri nəyin bahasına olursa-olsun satın almaq, pulu oğurlanan kişinin pulunu qaytarmaq və ona hədə-qorxu gələrək, məhkəmədə ifadəsini dəyişdirməyə məcbur etməyi qərara aldı.
Yədulla öz planını həyata keçirmək üçün saysız-hesabsız məşuqələrindən biri olan Klaragilə gəldi. Məsələni ona danışıb dedi:
– Gərək mənə bu işdə kömək edəsən. Dediyim cibgir Rantiki mütləq qurtarmaq lazımdır. O mənim xoşuma gəlib. Şahidlərin və pulu oğurlanan kişinin kim olduqla-rını və harada yaşadıqlarını öyrən. Gözdən pərdə asmaq üçün özünü Rantikin nişanlısı kimi qələmə ver. Puldan qorxma. Nə qədər lazım olsa xərclə. Sənə beş gün vaxt verirəm.
Rantiki cibgirlik yoluna gətirib çıxardan yalançılığı və gop edib özünü öyməsi olmuşdu. Rantik lap uşaq yaşlarından yalan danışmağa adət etmişdi. O, gözlərini açıb anasının hər addımda qonşulara yalan satdığını, tez-tez tanışlarını, qohum-qardaşlarını aldatdığını görmüşdü.
Rantikin atası da arvadından geri qalan deyildi. O da arvadı kimi yalançı və lovğa idi. Kişi tez-tez Rantikin yanında utanıb çəkinmədən yalan satır, evdə soğan-çörək yeyib, bayırda toyuq-plovdan dəm vurur, böyük vəzifəli 16
şəxslərlə oturub-durduğundan, onlarla dostluq etdiyindən danışırdı. Rantikin atası çox zaman tanışları yanında öyünmək üçün yalandan rəhbər işçilərə telefonla zəng vurub, onların kefini soruşur, bu və ya başqa məsələ haqqında məsləhətləşir, bundan həzz alırdı. Rantik də tezliklə həm məhəllədə, həm də məktəbdə yalançı və gopçu kimi tanındı. Yoldaşları Rantikin gopçu olduğunu, nəfəsi-nin yalanla gedib-gəldiyini bildiklərindən onu tez-tez ələ
salırdılar.
Bir gün Rantik məktəbdən evə gələrkən bir tanış oğlana rast gəldi. Rantik bilirdi ki, bu oğlan oğrudur. Nədənsə oğurluqdan, cibgirlikdən söz düşdü. Adəti üzrə
Rantik yenə gop etdi:
– Eh, cibə girməkdən asan nə var. Bu, su içmək kimi asan bir şeydir. Mən özüm də elə cibgirəm.
Yoldaşı Rantiki ələ salıb dedi:
– Ay Rantik, öz aramızdır, yenə məni xamlamaq istəyirsən. Sən hara, cibgirlik hara?
Rantik, yalan danışmadığına and içdi. Yoldaşı isə de-di:
– Mən sənə inanmıram. Əgər sən, doğrudan da, cibə
girməyi bacarırsansa, nə üçün pulsuz olursan? Ondan-bundan qəpik-quruş borc alırsan? İnanmıram.
– Kilsə haqqı düz deyirəm, – deyə Rantik and içdi.
– Sübut elə.
– Nə təhər sübut edim?
– Mənim yanımda cibə gir, baxaq görək, düz deyirsən, ya yalan.
Dilindən bəlaya düşən Rantik qorxdu. Zarafata salıb işdən əl çəkməyə çalışdı. Ancaq yalançını evinə qədər 17
qovmağı qət edən tanışı ondan əl çəkmədi. Rantik əlacsız qalıb cibə girməyi qərara aldı.
Onlar Dzerjinski adına parkın yanında 8 nömrəli tramvaya mindilər. İş gününün sonu olduğundan tramvay tünlükdü. Rantik o yan-bu yana baxdı, tər tökdü, yoldaşının yanında xəcalətli olmamaq üçün özü də hiss etmədən qeyrətə gəldi və bir qadının sumkasını açıb pulunu çıxartdı.
Rantikin məharətinə heyran qalan oğlan onu təbrik etdi. Rantik tanışını restorana aparıb qonaq elədi. Elə həmin gündən başlayaraq, pula şirnikləşib cibgirliyə başladı.
Beş il sonra şəhərdə Rantik məşhur cibgir oldu. O, tramvayda, trolleybusda və ya alıcılarla dolu olan mağazalarda böyük məharətlə hərəkət edərək, sol əli ilə ehmal-ca cibləri yoxlayıb özü üçün “ov” axtarırdı. Kimin cibinə
girəcəyini müəyyən etdikdən sonra Rantik həmin adamı bir tərəfə sıxışdırır, sağ əlinin iki nazik barmağını işə salardı. Barmaqlarının cibə girməsi ilə bayıra çıxması bir olardı. Bu zaman Rantik o qədər ustalıqla hərəkət edərdi ki, “ov” cibinə girdiyini hiss etməz, hətta qəsdən bir tərəf sıxışdırıldığını belə başa düşməzdi. İstədiyinə nail olan kimi Rantik başqa cibgirlər kimi dərhal çıxıb getməyə tə-ləsməz, bir az sakitcə gözləyər və ilk dayanacaqda təm-kinlə vaqondan düşərdi. Çox zaman Rantikin yanında köməkçi “Zorba Səftər” də olardı. Həmişə səliqə ilə geyinmiş və qoltuğuna portfel tutmuş olan Səftərin bütün işi Rantikin gözlərinə baxmaqdan ibarət idi. Rantik sol gözünü qırpdıqda Səftər “ovu” sağ tərəfə sıxışdırır, sağ gözünü qıydıqda isə əksinə hərəkət edərdi. Bir qayda olaraq 18
onlar tramvaydan düşdükdən sonra dərhal taksiyə minir və buranı tərk edirdilər.
Rantikin cibgirlikdə bəxti də gətirirdi. Bu beş il ərzində Rantik bir dəfə də olsun cibgirlik üstündə tutulma-mışdı. Doğrudur ki, iki dəfə onu əyrilik üstündə tutub möhkəmcə əzişdirmişdilər. Ancaq Qrant Nalbandyan hə-lə oğurluq üstündə həbsxanaya düşməmişdi. O, həbsxana haqqında ancaq oğru yoldaşlarından eşitmişdi. Bu dəfə
isə Rantik möhkəm ələ keçmişdi. Doğrudur, Rantik milis şöbəsində də, prokurorluqda da cibgirliyini danışmış, ona böhtan deyildiyini bildirmişdi.
Ancaq Rantik yaxşı başa düşürdü ki, bütün bunlar faydasızdır. Axı pulu oğurlanan kişi də, şahidlər də Rantikin üzünə durmuşdular. Buna görə də Rantik azı beş il iş alacağına əmin idi.
Rantik həmişə yaxşı yeyib-içməyə alışmışdı. Həbsxana çörəyi isə onun boğazından keçmirdi. Rantiki hər şeydən çox təəccübləndirən dostu və şəriki “Zorba Səftər”
idi. Bu günlər ərzində Səftər bir dəfə də olsun həbsxanaya gəlməmiş, ona yemək göndərməmişdi. Qəribə burasıdır ki, Rantikin doğma anası belə oğlunu yaddan çıxarmışdı.
Bunun da təqsiri Rantikin özündə idi. Axı, adətən o, tez-tez şəhərdə itib-batır, həftələrlə evə gəlməzdi. Anası onun tutulduğunu bilmirdi. Buna görə də Rantik həbsxanaya düşəndən bir neçə gün sonra arıqladı, rəngi soldu, gözlərinin altı qaraldı. Doqquzuncu gün Bayıl həbsxanasında istintaqda olan Rantik, gözlənilmədən bir yemək bağlaması aldı. Yeməyi Klara adlı bir qız göndərmişdi.
Rantik belə bir adamı tanımadığını nəzarətçiyə bildirmək istədi. Lakin dərhal fikrini dəyişdi. Yeməyin kimin tərə-19
findən göndərildiyinin fərqinə varmadan acgözlüklə xö-rəyin üstünə düşdü.
O gündən başlayaraq, naməlum Klaradan tez-tez müxtəlif yemək bağlamaları gəlirdi. Rantik fərqinə varmadan bu bağlamaları qəbul edir, hərdənbir Klaranın kim olması haqqında düşünür, heç kimi ağlına gətirə bilmirdi.
“Yəqin, dövlətli qızdır. Mənə vurulmuşdur” deyə öz-özünə düşünürdü. Buna görə də o, qab-qacağı həbsxanadan qaytararkən Klaraya məhəbbətlə dolu məktublar yazır, bu qızı çox sevdiyini, hədsiz dərəcədə ona minnətdar olduğunu bildirirdi.
Məhkəmədən bir neçə gün əvvəl Rantik dustaq yoldaşlarının məsləhti ilə öz işini yüngüllətmək üçün hər şe-yi boynuna almaq, özünü yazıq adam kimi qələmə vermək qərarına gəldi. Ancaq məhkəmə gününün axşamı fikrini dəyişdi. Bu da səbəbsiz deyildi. Həmin axşam o, Klaradan təzə kostyum, ipək köynək, modalı ayaqqabı, xörək və iri bir təndir çörəyi aldı. Çörəyi kəsdikdə içindən bir kağız çıxdı. Kağızda yazılmışdı: “Heç nəyi boynuna alma, hər şeyi inkar et. Allah qoysa sabah görüşə-rik”.
Rantikin kefi duruldu. O şənlik edir, fit çalır, tez-tez mahnı oxuyurdu. Rantik məhkəməyə təzə bəylər kimi geyimli-kecimli gəldi. Özünü darta-darta müttəhimlər kür-süsündə əyləşdi.
Bir neçə dəfə adamla dolu salona nəzər saldı. Buradakı qızları bir-bir nəzərdən keçirdi. Tanımadığı Klaranı axtarıb tapmağa çalışdı.
Əvvəlcə şahidlər dindirildi. Rantik özünü elə aparırdı ki, sanki bütün bu söhbətlər onun haqqında getmir. Şahidlərin ifadəsi Rantiki təəccübləndirmişdi. Cibinə girdi-20
yi kişi səhv etdiyini, cibgirin qısaboylu, arıq bir oğlan olduğunu, bu gəncə qətiyyən oxşamadığını bildirdi. Rantikin üzünə duran iki şahidin biri “xəstələndiyi” üçün məhkəməyə gəlməmişdi. İkincisi isə məhkəmə sədrinin suallarına mənfi cavablar verirdi.
Artıq bəraət qazanacağına əmin olan Rantik sevindi.
Son sözündə özünü düz adam, böhtan qurbanı kimi qələmə verdi. Rantik səhv etmədi. Deyəsən, onu doğrudan da buraxacaqdılar. Ancaq məhkəmə sədri də, prokuror da Rantikin heç bir ictimai-faydalı əməklə məşğul olmamasını ona irad tutdular. Məhkəmə sədri dedi: “Nalbandyan, ayıb deyilmi? Şəhərimizdə hamı çalışır, xalqımız dinc quruculuq əməyi ilə məşğul olur. Sən və sənin kimi avara tüfeylilər isə camaatın əl-ayağına dolaşır, işimizə
mane olursunuz? Belə həyatın axırı yoxdur. Bu həyat gec-tez səni məhkəməyə gətirib çıxaracaq. O zaman biz sənə aman verməyəcəyik, tüfeyli həyatdan əl çək, adam ol, işləməyən dişləməz. İşə gir, sənət sahibi ol. Oxu, həm xalqa xeyir ver, həm də öz həyatını qur. Özün işə düzələ
bilməsən bizim yanımıza gəl. Biz sənə iş taparıq.
Məhkəmə sədrinin bütün bu sözlərini qulaqardına vuran Rantik “baş üstə” deyib, yerində əyləşdi. Yarım sa-at sonra məhkəmənin hökmü ilə Rantik Nalbandyan bəraət qazandı. Rantik elə düşünürdü ki, onu elə buradaca azad edəcəklər. Ancaq bu belə olmadı. Nalbaldyanı təzədən Bayıl həbsxanasına apardılar. Bir neçə saat burada saxlayıb, müxtəlif sənədləri tərtib etdikdən sonra buraxdılar.
Rantik köhnə paltarlarını dustaq yoldaşlarına bağışlayıb, kameranı tərk etdi. Həbsxananın qapıları onun ardınca bağlanan kimi dərindən nəfəs aldı. Bir papiros yan-21
dırıb ətrafına göz gəzdirdi. Qarşıdakı səkidə səliqə ilə geyinmiş hündürboylu qız dayanmışdı. Qızın şabalıd rən-gində qıvrım, saçı ağ, girdə üzünə yaraşmayan uzun burnu vardı. Əlində sarı çanta tutmuşdu. Qız Rantikə baxıb gülürdü. Rantik qızı tanıdı. O, məhkəmədə lap arxadakı skamyada, küncdə əyləşmişdi. “Yəqin Klaradır” – deyə
öz-özlüyündə fikirləşən Rantik qıza yaxınlaşıb ədəblə salam verdi. Qız əlini uzadıb dedi:
– Tanış olaq, Klara mənəm.
– Siz ermənisiniz?
– Xeyir, azərbaycanlı.
– Bəs adınız nə üçün Klaradır?
– A…a… Gülarədir də. Padruqalarım məni belə çağırır.
– Çox şadam, Klaracan. Məni beş illik bir əziyyətdən qurtardınız. Mən sizdən yerdən-göyə qədər razıyam. Mən sizin kim və nəçi olduğunuzu bilmirəm. Bu məni qətiyyən maraqlandırmır. Bircə onu deyə bilərəm ki, siz mənim bütün qohumlarımdan, tanış və dostlarımdan qeyrət-li çıxdınız. Heç bilmirəm ki, sizin bu yaxşılığınızın əvəzini nə ilə çıxacağam. Əmr edin, qulluğunuzda olum. Sizə hər nə lazımdırsa edim. Canımı sizə qurban verim.
Klara şıltaqlıqla soruşdu:
– Sən mənim üçün hər nə istəsəm edə bilərsən?
– Lap göydən ulduzu da qopararam. Lazım gəlsə yo-lunuzda qurban kəsərəm.
– Qurbanın qoyun olsun, Rantik. Mənə heç nə lazım deyil. Bil ki, mən də səni tanımıram. Ala gözlərinə də aşiq olmamışam. Bircə onu bilirəm ki, sən cibgirsən. Özü də
bilməlisən ki, bu yaxşılığı sənə mən etməmişəm. Sənin ala gözlərinə başqa bir adam aşiq olub. Ona görə də səni azad 22
etməyi mənə tapşırıbdır. Mən də bu tapşırığı yerinə yetirmişəm, vəssalam. Daha bu barədə danışmaq lazım deyil.
Gedək, bizi gözləyirlər.
– Kim gözləyir? Mənə kim aşiq olub?
– Tələsmə. Yerimizə gəlib çıxanda özün də o adamla tanış olarsan. Səni həbsxanadan o qurtarıb.
Rantik daha danışmadı. Onlar gəzə-gəzə Krasin küçəsinə gəldilər. Klara küçədən keçən ilk taksini saxlatdırdı. Onlar dal oturacaqda əyləşdilər. Yolda Rantik bir dəfə
Klaranın əlini tutub tumarlamaq istədi. Ancaq qız onu itələdi. Rantik araya çökən sakitliyi pozmaq üçün zarafat edib, bir-iki lətifə söylədi. Klara isə onun söhbətini cavabsız buraxdı.
Az sonra taksi onları Sovet Ordusu parkının yanına gətirib çıxartdı. Klara taksinin pulunu verib. Göy məscidə
tərəf yollandı. Rantikə də ardınca gəlməsini tapşırdı. Qız məscidin yanındakı birmərtəbəli evlərdən birinə girdi.
Rantiki boş otaqda qoyub bayıra çıxdı. Rantik hara və nə
üçün gəldiyini dərk etməmiş dal qapı açıldı. Bir kişi otağa girdi. Bu, Yədulla idi.
Yədullanın at sifətinə bənzər üzü sərt idi. Çənəsində-ki bıçaq yarası tünd-qəhvəyi rəngə çalırdı. Başına sarı Bu-xara dərisindən papaq qoymuşdu. Yədulla həmsöh-bəti-nin üzünə baxmırdı. O, şüşə kimi hərəkətsiz dayanmış
gözlərini Rantikin başı üstündən divara zilləmişdi. Sanki o, arxada kimin və nəyin olduğunu müəyyən etmək istəyirdi. Sonra Yədulla Rantiki yuxarıdan aşağı diqqətlə nəzərdən keçirdi. Onun üzündə iyrənc bir təbəssüm oyandı.
O, yaxın gəlib kürsüdə əyləşdi. Sağ ayağını sol qıçının üstünə aşıraraq gülə-gülə dedi:
23
– Xoş gəlmisən, cibgir ağa. Necə deyərlər: var o, gül ol, bülbül ol, ancaq qəfəsdə olma.
Rantik həbsxanada ləzzətli xörəklər üçün, məhkəmədə şahidlərin öz ifadələrini dəyişdirmələri üçün kimə
minnətdar olduğunu dərhal başa düşdü. Buna görə də başını itaətlə əyərək dedi:
– Xoş gününüz olsun. Çox sağ olun, mən sizdən çox razıyam.
– İndi ki, razısan, onda əyləş söhbət edək. Mənim adım Yədulladır, ləqəbim “tapança”. Kim və nəçi olduğumu sonra başa düşərsən…
O gündən başlayaraq Rantik sözün əsl mənasında Yədullanın qulu oldu, onun bir sözünü iki eləmədi. Həmişə itaətində durdu.
Artıq iki il idi ki, Yədulla ilə Rantik dostluq edirdilər.
Həbsxanadan azad olunması nəzərə alınmazsa, bu iki il ərzində Rantik Yədulladan heç bir yaxşılıq görməmişdi. O
daima Yədullanın qarşısında alçalmış, onun bütün cina-yətlərinin fəal iştirakçılarından biri olmuşdur. Əgər Yədullanın əvəzinə başqa bir adam ona bu qədər pislik etsəydi, Rantik həmin adamla çoxdan əlaqəsini kəsərdi. Yədulla ilə isə əlaqəni kəsmək mümkün deyildi. Çünki Rantik bütün varlığı ilə Yədullaya bağlı idi. Bu da səbəbsiz deyildi. Çünki o, Yədulladan bərk qorxurdu. Rantik yaxşı bilirdi ki, Yədulla istədiyi adamı yerin deşiyindən axtarıb tapmaq və intiqam almaq iqtidarına malikdir. Adam öldürmək Yədulla üçün toyuq başı kəsmək kimi asan bir şey olmuşdu. Rantik Yədulla ilə ikiillik əlaqəsində “tapança”nın sözünə baxmayan və özlərini şübhəli aparan, yəni cinayətkarlarla əlaqəni birdəfəlik kəsib, namuslu həyata qayıtmaq istəyənlərin aqibətlərinin necə olduğunu 24
öz gözləri ilə görmüşdü. Onlar Yədullanın intiqamı nəticəsində həlak olurdular. Həmin adamlar ya dənizdə bo-ğulur, ya avtomobil altında qalır, ya qayadan yıxılıb həlak olur, ya da sadəcə naməlum şəxslər tərəfindən bıçaqlanıb öldürülürdülər.
Məhz elə buna görə də Yədullanın itaətində olan cinayətkarlar istədikləri cinayət üstündə milis orqanları tərəfindən məsuliyyətə cəlb edildikdə “tapança”nın dəhşətli üzünü yadlarına salıb qorxudan tir-tir əsir, bütün təqsiri öz üzərlərinə götürür, qulduru ələ verməyə cürət etmirdilər. Buna görə bir çox tüfeyli ünsürlər kimi qorxu hissi Rantikin də iradəsini qırmış, onu ömürlük Yədulladan asılı etmişdi.
BAĞ DƏFİNƏSİ
Ağəli Möhtacov lap uşaq yaşlarından təzə bəylər ki-mi bəzənməyi, axşamlar boş vaxtlarını Nizami, “28 Aprel” və Çaparidze küçələrində, gecələr isə “İnturist”,
“Göygöl” və “Dostluq” restoranlarında keçirməyə alışmışdı. Ağəli qubalı çəkməçi: Mehbalı Möhtacovun yeganə
oğlu idi. Ata-ana həmişə Ağəlini əzizləyir, onun hər bir istək və arzusunu dərhal yerinə yetirər, asqıranda və ya ös-kürəndə onu taksiyə mindirib şəhərin ən yaxşı həkimlə-rinin yanına aparırdılar. Buna görə də Ağəlinin əlindən heç bir iş gəlmir, orta məktəbdə güc-bəla ilə oxuyur, yaz aylarında imtahanlarını “mən ölümlə” verirdi. Bəzi avara gənclər kimi tüfeyli həyata alışan Ağəli də işləməyi özü üçün Azərbaycan Respublikası bilir, pul lazım olanda
“atamın canı sağ olsun” deyib, özünü anasının yanına verirdi. Səkinə xanım da oğlu beş manat istəyəndə nəticə-25
sinə varmadan sandıqdan bir onluq çıxarıb ona uzadır, on manat istəyəndə isə cibinə otuz manat qoyub “özünə
korluq vermə” deyirdi.
Bir dəfə Ağəli kostyum tikdirmək üçün anasından tə-zə parça istəmişdi. Səkinə xanım da sevimli oğlunun arzusunu yerinə yetirərək ona üç metr yaxşı yun parça almışdı. Lakin parça Ağəlinin xoşuna gəlməmişdi. O hay-küy qaldırıb, evdəki qab-qacağı sındırmış, ailəsindən kü-sərək evdən qaçmış və özünü dənizə atıb boğacağını bildirmişdi. Qorxuya düşən ata-ana Ağəlini tezliklə axtarıb tapmış, ona bir kostyumluq əvəzinə üç parça almışdı. O
vaxtdan başlayaraq, Ağəli bəzi modabaz qadınlar kimi, boş vaxtlarını dərzilərin yanında keçirər, gecələr yuxusuz qalıb müxtəlif fasonlu modalar fikirləşər, tez-tez özünə
cürbəcür paltar tikdirərdi. Ağəli həmişə Bakıda Nizami küçəsinə çıxdıqda iynədən təzə çıxmış təzə kostyumlar geyməklə yoldaşları, dostları arasında lovğalanardı. Axşam Səkinə xanım Ağəlidən hara getdiyini soruşduqda o deyərdi: “Anacan, gedirəm bulvara, həm adamlara tamaşa edəcəyəm, həm də özümü göstərəcəyəm”. Səkinə
xanım da boylu-buxunlu oğluna fərəhlə baxaraq: “Get oğlum, yüz dostumuz varsa, on nəfər də düşmənimiz var.
Paxıllıqdan alışıb yanırlar. Gəz, kef elə, qoy düşmənləri-mizin gözünə iynə batsın” deyə oğlunun cibinə bir iyir-mibeşlik qoyub onu yola salardı. Ağəli də bu pulları çox sevdiyi “Kəmşirin” və “Ağstafa” çaxırlarına verib gah Dağüstü parkda, gah da dəniz sahilindəki müxtəlif restoranlarda kef edərdi. Ağəli çaxıra o qədər alışmışdı ki, bir oturumda dalbadal beş-altı butulka şərab içə bilirdi.
Bu qayda ilə 19 yaşına çatan Ağəli güc-bəla ilə orta məktəbi bitirdi. Ağəli universitetə daxil olmaq üçün çox 26
çalışdı, çox əlləşdi. Səkinə xanım sevimli oğlu ilə o yan-bu yana qaçdı, xeyli tər tökdü. Xərc çəkib tanış axtardı. Ancaq bütün bunlardan nəticə hasil olmadı. Elə ilk imtahanda “iki” qiyməti alan Ağəlini ali məktəbə qəbul etmədilər.
Yağışlı sentyabrın ilk günlərindən birində Ağəlinin atası qəflətən vəfat etdi. O, atasının dəfnindən sonra xeyli vaxt yas saxladı. Sonra qeyrətə gəlib iş axtarmağa başladı.
Hər yanda, “Sənətin yoxdur, qardaş, sən bizə lazım deyilsən” deyə onu geri qaytardılar. Sənət əldə etmək üçün çalışmaq, tər tökmək lazımdı. Ağəli isə belə şeylərə alış-mamışdı. Adi fəhlə işləməyi isə özü üçün əskiklik sayırdı.
Bir axşam Ağəli dərdini dağıtmaq üçün Dağüstü parkdakı “Dostluq” restoranına gəldi. Həmişə dost-aşna ilə kef etməyə alışmış Ağəli bu dəfə bir küncə çəkilərək, altı butulka “Kəmşirin”i qatar düzdü, qəlyanaltı etmədən şərabı vurmağa başladı. Elə bu zaman o biri salondan bir dəstə gəncin şən mahnısı, qəhqəhəsi eşidildi. Şənlikdəki-lər arasında bir nəfərin səsi Ağəliyə tanış gəldi. O durub qonşu salona keçdikdə şərab dostlarından birinin – ka-babçı Həsənin ziyafət təşkil etdiyini gördü. Həmişə belə
hallarda olduğu kimi, dostlar Ağəlini də ümumi stola dəvət etdilər. Ağəli qəmgin halda badəni badə ardınca vurur, ümumi şənliyə qoşulub mahnı oxumur, hərdənbir kədərli nəzərlə Həsənə baxırdı.
Gecədən xeyli keçmiş ziyafət dağıldı. Dostlar bir-bir, iki-iki dağıldılar. Axıra bir Ağəli, bir də Həsən qaldı. Həsən dostunun çox qəmgin olduğunu görüb soruşdu:
– Ağəli, sənə nə olub, nə üçün belə kədərlisən?
– Heç, elə-belə.
– Yəqin yenə rəhmətlik atanın fikrini çəkirsən, düz-dürmü?
27
– Xeyir, dostum, mən tamamilə başqa şey haqqında düşünürəm.
– Məsələn, nə haqqında?
– Qazanc haqqında, Həsən, pul haqqında.
– Eh, sən nə axmaq adam imişsən. Pul nədir ki, onun fikrini çəkirsən. Pul əl çirkidir, yudun, qurtardı, getdi. Sənin kimi sağlam, vidli-fasonlu oğlan da pul haqqında dü-şünərmi?
– Həsən, əzizim, bəs mən yazıq nə edim? Sənətim yoxdur, heç yerdə işə götürmürlər. Fəhləliyə isə özüm getmək istəmirəm. Zavodda, yaxud tikintidə nə qazana-cağam ki, onunla həm bu boçka qarnımı şərabla doldu-rum, həm də bədbəxt anamı saxlayım…
– Sən pul qazana bilmirsən? – deyə Həsən təəccüblə
soruşdu.
– Bəs indiyədək restoranlarda dost-aşnaya, dodağı qırmızı qızlara xərclədiyin pulları haradan alırdın?
Ağəli utancaqlıqla başını aşağı salıb dedi:
– Onları mənə atam-anam verirdi.
О проекте
О подписке
Другие проекты