– Derörest nədir? – deyə soruşdu. Qorbaçov Həsən bəlkə Red Kit danışmaq ehtiyacı duyar deyə dərhal cavab vermədi. Pembo yenidən soruşdu:
– Dürorast nədir?
– Dürorast deyil, terrorist, – Qarbaçov Həsən dedi. – Silahla adam öldürən terroristə terrorist deyilir, – deyərək də TDK lüğətini yerlə bir edən tərif dedi.
6, 5 yaşındakı Pembonun başı qarışmışdı. Zehinindəki ehtimalları ölçüb-biçdi. “Tommiks”lə “Ten-Ten”düşünüb:
– Yəni Red Kit kimi? – deyə soruşdu.
– Lan axmaq oğulu axmaq, – dedi Qorbaçov Həsən. Red Kit adam öldürərmi? Pembo guya fikirləşərək başını qaşıyırdı.
– Öldürməz, – dedi məcburən. Hələ məktəbə başlamadığından cizgi-roman qəhrəmanları şəkillərindən, bir azdə “Milliyet-Uşaq” oxuyanların izah etdiklərindən bilirdi. Qorbaçov Həsən mövzunun mütəxəssisi ədasıyla:
– Öldürməz təbii, – deyə davam etdi. “Texas Məktubu!”u oxumamısan? Red Kit, adamlar çox məcbur etsə atəş açır, o zaman da silahlarından vurur. Amma terrorist elə deyil, öldürür.
– Kimi öldürər?
– Körpələri öldürər. Əsgərləri öldürər.
Pembo yaxşıca düşünüb daşındıqdan sonra:
– “Daltonlar” kimi? – deyə soruşdu.
– Eh, ona yaxın.
Pembo kədərləndi. Hüznlə Red Kitə baxdı, çünki onu sevirdi. 23 apreldə “Çokomel” paylananda boyu çatmadığı üçün, götürə bilməmişdi, iki dənə alan Red Kit, birini ona vermişdi. Çarpayıları da yan-yana olduğundan, strateji ortaq olaraq gördüyü bu yoldaşıyla arasını pozmaq istəməzdi. Daha çox danışmadı.
Red Kit isə bu terrorla mübarizə söhbəti əsnasında bir iki dəfə Qorbaçov Həsənə düşməncəsinə baxmaqla kifayətlənmişdi. Hərçənd bir ara:
– Sən əvvəl alınındakı ləkəyə bax, – deməyi düşünmüşdü amma sonra nədənsə imtina etmişdi. Onsuz da Həsənə də Qorbaçov ləqəbinin verilməsini hələ xeyli vaxt vardı, hələlik, internatda ümumiyyətlə Bic Həsən olaraq tanınırdı.
Red Kit, pəncərə kənarındakı dibçəyin tozunu almağa başladı. Saxsının yanında unudulmuş su stəkanını gördü, çək-çevir etdi. Kafelərdə “duble çay” istəyincə gələn milli su stəkanı idi, “Paşabahçe Palaks”.
Qorbaçov Həsənyenidən balıqlara dönüb:
– Bunların yemi haradadır? – deyə soruşdu.
Problemin cavabını akvariumun altındakı şkafı qarışdırmağa başlayanda tapdı. Əlindəki yem paketini sevinclə yellədi. Beləcə üç uşaq, akvariumun içində dolanan üç Yapon balığının ətrafında toplandı.
* * *
İnternatın müdiri Xeyri Atanın həyatda sevdiyi üç şey vardı: Zilli, Hafiz və Yangider. Bu üçlüyü bir qısa şəkildə belə ifadə edərək, "Xeyri Ata həyatda ən çox Yapon balıqlarını sevərdi," deməyin yeri yoxdur. Çünki Xeyri Ata, hər balığının özünə xas bir xarakteri olduğunu bilərdi. Məsələn, Hafiz heç bir şeyi unutmazdı. Yangiderin onsuz da adı üstündə idi. "Bunlar havaya uçmadı axı övladım!" deyə qışqırdı.
Üç uşaq Xeyri Atanın ətrafına düzülmüşdü. Akvariumda Yapon balığı yox idi. Xidmətçi Rakım Əfəndi:
– Hansınız götürüb lan! Tez söyləyin!" – deyə bağırdı.
Xeyri Ata onu bir əl işarəsiylə sakitləşdirdi. Bu müəmmanı həll etmək üçün pedaqoji incəliklərdən faydalanması lazım olduğunu anlamışdı.
– Baxın övladım, – ən şəfqətli səsiylə dilləndi. Qorxmanıza ehtiyac yoxdur. Hara qoydunuzsa söyləyin. Sizə eyni belə bir akvarium alcağam. İçinə də üç dənə Yapon balığı qoyacağam.
Qorbaçov Həsənlə Pembo bu vədə sevindilər. Üzlərinə axmaq bir təbəssüm yayıldı. İkisi də Red Kitdən şübhələnirdi. Qorbaçov Həsən onu göstərərək:
– Bu götürüb Xeyri Ata, – dedi. Söyləsənə lan sən götürdün elə deyil? Bax indi Xeyri Atam, mən Pemboyla tualetə getdim, bu tək qaldı otaqda. O zaman götürmüşdür. Anası-atası terrorist deyilmi onsuz da? Bu götürüb, dəqiq.
– Sən haradan eşitdin bu terrorist sözlərini? – Xeyri Ata dedi.
– Siz danışarkən eşitdim Xeyri Ata. Keçən axşam. . .
Xeyri Ata sərt bir yumruq ilişdirdi.
– Sən gizli-gizli bizi dinləyirsən?
Qorbaçov Həsən yanağını tutdu.
– Yox Xeyri Ata!
Boyu paspasa çatmayan Pembo:
– Balıqlara da yem vermişdi itmədən əvvəl, – deyərək qızışdır.
– Yemi haradan tapdın lan? – Xeyri ata soruşdu.
– Oranı eşələyirdi, – Pembo barmağıyla şkafı göstərib, dedi.
Xeyri Ata bir yumruq da ilişdirdi.
– Gizli-gizli otağımı qarışdırırsan lan!
Qorbaçov Həsən ağlamaya başlamışdı. Burnunu sildiyi əlini Pemboya yelləyib:
– Lan axmaq oğulu axmaq, – dedi. Mən sənin ən yaxşı yoldaşın deyiləmmi?
Xeyri Ata, tarazlığı təmin etmək üçün Pembo və Red Kitə də bir yumruq atdı.
– Harada lqn bu balıqlar? Hansınız götürmüsünüz!
Pembo qızarmış yanağını tutub:
– Nə vurursan buşt! – dedi və müdirin qaval sümüyünü 28 nömrəli ayaqqabısının ucuyla təpiklədi. Otağa bir səssizlik çökdü, Xeyri Ata və Rakım Əfəndi çaşqın gözlərlə Pemboya baxdılar. Xeyri Ataəlinin üstüylə şalvarını çırpdı.
Pembo əsasən müti bir uşaq idi amma qanuni müdafiə haqqına böyük əhəmiyyət verərdi. Həyatında bir dəfə gördüyü atası – keçən il bayram ziyarətinə gəlmişdi – "Heç bir şeydən qorxma," demişdi. "Biri sənə söysə söy, nə olursa olsun davadan qaçma" demişdi. Bunu o zamandan bəri həyat fəlsəfəsi halına gətirmişdi və buna görə bir ildir onu döyməyən qalmamışdı. Qorbaçovun axmaq oğulu axmaq deməsi xaricində, – amma o onsuz da hər kəsə belə xitab edərdi – heç bir söyüşə və hücuma dözümü yox idi. Əlindəki bütün imkanlarla dərhal cavab verməyə çalışırdı. Xeyri Ata ard-arda üç yumruq atınca nə baş veriyini anlaya bilmədi.
Qorbaçov Həsən, Pembonu qucaqlayıb:
– Vallah-billah biz götürmədik Xeyri Ata, – dedi. Çörəyə, qurana, nemətə and olsun! Red Kit susdu. Xeyri Ata, Qorbaçov Həsənlə Pembonu qolundan itələdi:
– Siz çıxın çöldə gözləyin!
Red Kitlə baş-başa qalanda masanın üstündən “Maltepe”sini götürdü. Paketi yoxlasa azalan siqaretləri də fərq edə bilərdi. Əli alışqana getmədən Rakım Əfəndi özünü çatdırıb yandırdı. Nikotini alın tərəfindən başının ağrısını bir az sakitləşdi.
– Sən götürdünsə de, vallah əsəbiləşməyəcəm. Danışsana oğulum. Mən də sənin bir atan sayılaram.
Red Kit yenə çiyinini silkələyincə Xeyri Atanın əsəbləri pozuldu. Dodağının ucundakı “Maltepe”nin tüstüləyərkən, onu yaxasından yapışıb silkələməyə başladı.
– Susma, lan, it! Hara qoydun balıqları! Danışsana len! Susma len! Danış len!
3
Behzat Ç. əllərini başının arxasında birləşdirmiş, diqqətlə tavanı araşdırırdı. Otağı saten boyayla örtüldüyündən bəri, hamar tavanda şəkil meydana gətirmək üçün ciddi bir təxəyyül lazım idi. Səlim qapını döyüb:
– Müfəttişlər gəlib amirim, dedi.
Behzat Ç. ona baxmadan başını tərpətdi.
Səlimin əynində dəri pencək vardı, saçını rezinlə yığmışdı. Harun, əlindəki meyvəli “Top kek”in qabını açarkən hirslə baxdı onun arxasınca:
– Bu adam arvad kimi saçını uzadır. Niyə kimsə bir şey demir! – Bir gözüylə komandirini süzdü. Behzat Ç. vecinə almadı, diqqətini tavana cəmlədi, bir küncdə tac xətti kimi bir şey vardı.
Harunun qarşısında oturan Cövdət:
– Polisin yeni imici budur, – dedi.
– Soxaram elə imicə, Harun bunu dedikdən sonra Cövdətə doğru əyildi. – Qarı kimi saç uzadacaqsa Narkotikə getsin, Cinayətdə nə işi var?
– Niyə? Cinayətdə saç uzatmaq olmaz deyə bir qayda var?
– Var, anasını satım. Lan bu bizim məhəllədən keçsə, ağızını burnunu əlinə verərlər. Polis olduğunu söyləsə sən necə polissən deyə bir daha döyərlər.
Behzat Ç. jaketinin yaxasını sağa-sola çəkişdirdi. Sinəsinə bir ağırlıq çökdü, nəfəs almaqda çətinlik çəkirdi. Tac xəttindən ümidi kəsib qalxdı, avto dayanacağa baxan boz pəncərəni açdı. İlıq hava vurdu üzünə.
– Yaydan qalma bir gün, – Cövdət köks ötürüb Çexov pyeslərindən çıxmış bir personaj ədasıyla dilləndi. İki gün əvvəl sulu qar yağırdı. İndi havaya bax. Qlobal. . . Harun söhbətin gedəcəyi istiqaməti anlayıb:
– Qlobal istiləşmə heç umurumda deyil! – cümləsiylə Cövdətin səsini kəsdir. Ardınca bir müddətdir seyr etdiyi “Top kek”i bütöv olaraq ağızına atdı. Keksi çeynəyərkən – Qütb ayıları düşünsün, – deyə donquldandı.
Cövdət ümidsiz bir üz ifadəsiylə Haruna baxdı. Bir insanın necə bu qədər laqeyd ola biləcəyini anlaya bilmirdi. Cinayət bürosuna, işsiz universitet məzunlarına polis olma haqqı tanıyan qanundan faydalanıb gəldiyi üçün, fikirlərinin ciddiyə alınmamasına alışmışdı. Amma az-çox mütəxəssisi sayıldığı belə bir mövzuda da – əkinçilik mühəndisi idi – susmağa niyyətli deyildi. İstixana effktindən, istilik statistikalarından və yaxud Harun onları başa düşməzsə, Ankarada son qırx bir ilin ən quraq qışının yaşandığından bəhs etməyə qərarlı idi.
Harun, hələ Cövdət sözlərinə başlamadan sözünü kəsdi.
– Onsuz da müfəttişlər gəlib, beynim xarab olub. Zibil qutusuna atdığı “Top kek”in qabıyan keçdikdən sonra – On il əvvəl ozon dəliyi deyirdiniz, – deyə davam etdi. – İndi onu tikdiniz, qlobal istiləşmə çıxdı ortaya.
Cinayət və Soyğundan məsul Polis Şöbəsinin Müdir yardımçısı Tahsin, Hayaletlə birlikdə otağa girdi. Daha doğrusu əvvəl Tahsinin göbəyi girdi, bir müddət sonra yanında Hayaletin də olduğu aydın oldu. Cövdətə baxdılar. Cövdət xüsusi bir mövzunun danışılacağını anladığından, birdən qalxdı. Qalxarkən kürsünüvə ratsiya telefonu aşırtmışdı.
– Yavaş, Harun dedi. – Yavaş! Götünlə dağları aşırtdın. Ondan sonra nə bilim qlobal istiləşmə, nə bilim qütb ayısı.
Cövdət küskün halda çıxdı, qapını bağlayarkən Tahsin:
– Çay varmı? – deyə soruşdu.
– Yetər! – Cövdət dəhlizdə üsyan etdi. Səlim yanına yaxınlaşın nə olduğunu soruşdu. Cövdət – Boş ver qardaş, – deyərək səsini çıxarmadı.
Tahsin, əvvəlki gün çəkdiyi planı Behzat Ç.-nin masasına sərmişdi.
– Bu iş önəmlidir. Baxın bura! Dörd polis planın üstünə əyildilər. Behzat Ç. “216” qutusunu eləcə uzatdı. Hayalet götürdü, Harun iki gündə üç siqaret çəkdiyindən götürmədi, Tahsin "Tərgitmişəm," dedi. Behzat Ç.-nin həyatda anlaya bilmədiyi iki insan tipi vardı: biri uşaq qatilləri, digəri siqareti tərgidənlər. Hərçənd birincisini peşə təcrübələrindən anlaya bilirdi bir az. Tahsinə tərs tərs baxdığı üçün, Harunun “İki gündə müfəttiş gələr?” – deyə soruşduğunu eşitmədi.
– Artıq belədir, – Tahsin dedi. Dərhal müdaxilə. Bu Erməni vurulduqdan sonar işlər qarışdı, müdirləri belə bir gündə yox edirlər. Yəni mən sizdən daha betər vəziyyətdəyəm bu an. Tahsin, müdir yardımçısı olaraq, icazəli olan Polis Şöbə Müdirini əvəz etdiyi üçün, özünü də müdirlər arasında görməyə başlamışdı.
– Baxın. Bura SSK İşhanı. Bura da hadisənin olduğu ümumi tualetin önü. . . – Telefon zırıltısı sözünü kəsdi.
Harun telefonu açdı.
– Alo. Kim dedin? Kim! – Harunun dodağı qaçdı, gülümsəyib davam etdi, – Məmnun oldum, mən də Fantom. Söylə canım. – Hər zamankı vərdişlə üç dənə qələm götürdü qələm qabından, biri yazmasa o birisi yazardı. Baş barmağıyla əlindəki qələmi sıxdı. Tahsinin planını önünə çəkdi, kənarına qeyd etməyə başladı. – Hara? Kuğulupark. İt? Nə iti? Qutu? Niyə iti qutuya qoydun? Nə etdin! Basdırdın. Nə etdin! Yəni, basdırdım deyirsən. Harun 2,5 saniyə düşündü, üzündəki təbəssüm silindi. Polislər maraqla baxırdı. Harun davudu səsiylə – Oğulum sənin var ha, – deyə bağırdı. – Nömrədən yerini təsbit edərəm, kim olduğunu taparam, sonra da gəlib səni şil-küt edərəm. Telefonda avaralıq edəcəksənsə get 112-yə zəng et. Yaxşı, ağıllı ol indi.
Harun telefonu söndürəndə Tahsinlə Hayalet "Kim o ya!" deyə birlikdə dilləndilər.
– Red Kit.
– Red Kit?
– Özünə Red Kit deyən bir telefon avarası. Kuğuluparka bir qutu basdırdım, qutunun içində bir it var deyir.
– Niyə Cinayətə zəng edib? – Hayalet soruşdu.
– Nə bilim.
Harun, Tahsinə dönüb:
– Amirim, – dedi. Tahsin tutuldu bir az, “müdirim” deyilməsini istərdi.
– Bu 155-dəki qızlara söyləyin. Hər istəyənə cinayətin telefonunu verməsinlər.
– Nömrəyə baxaqmı? – Hayalet soruşdu.
– Ehtiyac yoxdur, – Tahsin dedi. Akbabaya söyləyin, ətrafa bir nəzər salsın. O haradadır?
– Harada olacaq, nümunədə.
– Nə edir?
– Nə edəcək, yaralama xəbərinə getdi.
– Nəysə tamam, buraxın bunları, – Tahsin dedi. Planı qarşısına çəkdi. Siqareti tərgitdikdən sonra daşımağa başladığı təsbehin imaməsiylə vura-vura hər kəsə yerini göstərdi. – Bu böyük kvadrat SSK İşhanının həyətidir. Bura hadisənin olduğu ümumi tualetin önüdür. İndi hər kəs anlasın yerini. Sən buradasan. Sən onun arxasında. İki dəfə dayan xəbərdarlığı etdiniz. Adamın SSK-dan çıxıb kütləyə qarışma ehtimalı vardı. Hayaletya döndü:
– Sən ortada yox idin. Bir şey görmədin.
– Tamam, – dedilər. Qırx dəfə izah etmişdi onsuz da.
– İndi Harun sən diqqət yetir, – Tahsin dedi. – Müfəttişlər, prokurora verdiyin ifadə elə deyil, deyə bilər. – Adamı əlimdən qaçırdım, deyəcəksən.
– Bu bədənlə necə qaçırdın deyərlər, – Hayalet, Harunu süzüb dedi. Harun tərs-tərs baxdı Hayaletə. İki Hayaleti yan-yana və üst-üstə qoyunca yarım Harun etməzdi.
– Şişirtməyin, – Harun dedi. Uzaqbaşı müfəttişlərdir. Elə incə düşünə bilməzlər.
Harun, tək müfəttişin qarşısına çıxacağını ümid etdiyindən təlaşlandı.
– Neçə nəfər müfəttiş var?– deyə soruşdu.
– İki, – Tahsin dedi. Biri polis müfəttişi, digəri mülkidir. Polis müfəttişi səni qoruyacaq onsuz da, çox üstünə gəlməz. Amma mülki müfəttişə diqqət yetir! Başdanxarab bir arvad olduğunu eşitdim. Əsla tərs bir cavab vermə.
– Niyə mənim ifadəmi alırlar ki? – Harun dodaq büzdü.
– Sırf sənin deyil, – Hayalet dedi. – Əvvəl üçümüzün ifadəsini alacaqlar.
– Üçüncü kimdir?
– Akbaba. Hadisəni üçümüz görmüşük. Bir də ümumi tualetin sahibi.
– Haaaağğğ! – Tahsin araya gidi. – Tualetçiylə danışmısınızmı?
– Uyğun bir dillə danışdım, – Harun dedi. – Heç bir şey görmədiyinə and içəcək vəziyyətdədir.
– Adamlar prokurorluqdan betər işləyir. – Hayalet dedi. – Əvvəl hal şahidləriylə danışacaqlar. Bütün məlumatları yığdıqdan sonra. . . Bir dodağı qaçdı, başıyla Behzat Ç.-ni göstərib, – ondan sonra üstünə gedəcəklər, – deyə tamamladı.
Tahsin, Behzat Ç.-yə tərəf döndü.
– Susma haqqını istifadə etməsəydim yaxşı olardı, – dedi. İndi şübhələri daha betər çəkdin üstünə. – Tahsin, cavab verməsini gözləyirmiş kimi Behzat Ç.-yə baxdı. – Normalda səni işdən uzaqlaşdırmaqları lazım idi, – deyə davam etdi.
О проекте
О подписке
Другие проекты