Читать книгу «Qum fırtınası» онлайн полностью📖 — Джеймса Роллинса — MyBook.
image
cover











– Mən cəmi bircə dollara bunu udmuşam, – bəxti gətirən bu kişi şadyanalıqla qışqırdı. Onun qırmızı, şişmiş gözlərindən bütün gecəni bu oyun zalında keçirdiyi görünürdü.

Peynter başını yelləyib onun yanından keçərək kart paylayan oyunçunun sözünü təkrar etdi.

– Uğur olsun, ser!

Əslində kazinonun özündən savayı, burada qalib oyunçu yox idi. Yalnız oyun aparatları keçən il səkkiz milyon dollar təmiz qazanc gətirmişdi. Görünür peko tayfası keçən əsrin səksəninci illərində məşğul olduğu qum və çınqıl karxanasından çoxdan uzaqlaşmışdı.

Bədbəxtlikdən, oyun bumu Peynterin atasından yan keçmişdi. Elə səksəninci illərin əvvəllərində o, xoşbəxtlik axtarmaq üçün rezervasiyadan Nyu-Yorka yollanmışdı. O, orada Peynterin anası ilə – sonda yeddi illik ailə həyatı və oğlunun doğulmasından sonra ərinin başını kəsən ehtiraslı italiyalı qızla tanış oldu. Anası eletrik stuluna yollandı, Peynterin özü isə müxtəlif uşaq evlərində tərbiyə aldı. Orada tez bir zamanda susmağın və görünməz olmağın ən yaxşı şey olduğunu mənimsədi. Bu, onun həyatda ilk dərsi olsa da, sonuncu olmadı.

Çjan mehmanxananın mühafizəçisinə öz nömrəsinin açarını göstərib, cangüdənlərinin müşaiyəti ilə Böyük Peko qülləsinin vestibülünə daxil olub liftə tərf yönəldi.

Peynter onun yanından keçdi. Onun qoltuğunun altında smokinqin gizlətdiyi qoburunun içində doqquz kalibirlik tapança vardı. Peynter tapançanı çıxarıb Çjanı peysərindən vurmaqdan özünü güclə saxladı. Çində ölüm hökmü məhz bu cür icra edilir. Amma bu yolla, Peynter əsas məqsədinə çata bilməyəcəkdi. O, bununla, orbital plazmatik topun nə ilk hesabını, nə də layihəsini geri qaytara biləcəkdi.

Çjan mühafizə olunan federal serverdən informasiyaları ələ keçirib, özündən sonra kompüter virusu saxlamağa müvəffəq oldu. Səhərisi gün Los-Alamos laboratoriyasının əməkdaşı Harri Klyayn faylı açaraq, özü də bilmədən silahlar haqqında olan məlumatların hamısını məhv edən virusu aktivləşdirdi və parallel olaraq Klyaynın özünə işarə verən saxta iz buraxdı. Bu kompüter kələyi müstəntiqlərə hədər gedən iki həftəlik zəhmət bahasına başa gəldi.

DARPA-nın onlarla mütəxəssisi əsl oğru – Şanxayda telekommunikasiya ilə məşğul olan “Çanqnet” kompaniyasının rəsmi işçisi sayılan kompüter casusluğunun mahir ustası Çzin Çjanı müəyyən etməzdən öncə, virusun yaradığı bu bataqlıqda eşələnirdilər. MKİ-nin məlumatına əsasən, oğurlanmış informasiyalar hal hazırda Çjanın nömrəsindəki çamanadanın içində – portativ kompüterdə yerləşirdi. Sərt maqnit diskdə yerləşən toplayıcı mürəkkəb sistemli kriptoqrafik müdafiə ilə təchiz edilmişdi. Giriş parolunun daxil olunması zamanı bircə səhv kompüterdə bütün informasiyaları məhv olmağına kifayət edirdi.

Heç bir halda buna imkan vermək olmazdı. Los-Alamosdakı virusun dağıdıcı hücumundan sonra heç bir şey qalmamışdı. Aparılan tədqiqatların nəticələrinin itməsi işləri on ay geri atacaqdı. Ən pis bu idi ki, informasiya çinlilərin əlinə keçdiyi halda, bu onlara sıçrayışın icrasını beş il irəliyə aparmasına imkan verəcəkdi. Faylların tərkibində fenomenal kəşflər və ən yeni texnologiyalara aid məlumatlar yerləşirdi. DARPA-nın vəzifəsi onları geri qaytarmaq idi. Bunun üçünsə, Çjanın kompüterinə yiyələnib giriş parolunu öyrənmək lazım idi.

Vaxt bitirdi.

Peynter “fortuna təkəri” adlı avtomatdan əks olunan inikasla Çjanı güdürdü. O, Çjanın və onun cangüdənlərinin dayanmadan yuxarı – lyuks nömrənin olduğu mərtəbəyə qalxan sürətli liftin kabinəsinə necə girdiyini gördü.

Peynter larinqofona pıçıldadı.

– Onlar qalxır.

– Kommander, aydındır. İndi iş sənə qalıb.

Peynter sürətlə qonşu liftə atıldı. Onun qapılarını üstündə iri qara hərflərlə “Lift işləmir” yazılmış tünd-sarı lent örtmüşdü. Peynter düyməni basıb lentin altına cumdu. Qapı açılan kimi, kabinəyə atılıb larinqofonu basdı.

– Hazırdır. Haydı!

– Möhkəm dayan! – Sançes cavab verdi.

Qapılar bağlandı və Peynter ayaqlarını geniş aralayıb ka-binənin qırmızı taxtadan üz vurulmuş divarına qısıldı. Lift Peynteri döşəməyə sıxaraq, yuxarıya sarı götürüldü. O,əzələlərini sıxıb, tabloda rəqəmlərin bir-birini tez-tez əvəzləməsini izləyirdi. Sançes bu liftlə xüsusilə məşğul olub, onun maksimal sürətlə hərəkət etməsinə nail olmuşdu. Bundan başqa, o, işi elə qurmuşdu ki, Çjanın liftinin sürəti 24 faiz ləngiyirdi, bu da demək olar ki, hiss olunmurdu.

Otuz ikinci mərtəbəyə çatanda lift silkələnərək dayandı. Bu zaman Peynter döşəmədən havaya atılıb yerə düşdü. Peynter qapıların tamamilə açılmasını gözləmədən və sarı lent çəpərinə ziyan vermədən kabinədən bayıra atıldı. O, qonşu liftin tablosuna nəzər yetirdi. Çjanın hələ üç mərtəbə qalxmalı idi.

Tələsmək lazım idi. Peynter dəhliz boyu qaçaraq Çjanın nömrəsini tapdı.

– Bizim dispozisiyamız nədir? – o, mikrofona pıçıldadı.

– Qız çarpayıya qandallanıb. İki cangüdən böyük otaqda kart oynayır.

– Aydındır.

Sançes işıq ötürücülü videokameraları nömrənin isitmə sisteminin vintelyatoruna quraşdırmışdı. Peynter nömrənin qa-pısını açıb içəri girdi.

Kassandra Sançes sanki hörümçək öz toru ətrafında oturmuş kimi, elektron müşahidə sisteminin cihazları və monitorlarının əhatəsində oturmuşdu. O, hündür çəkmələrdən, üst köynəyinə qədər tamamilə qara geyinmişdi. Hətta qoltuğunun altındakı qobur da bu rəng tonuna uyğun idi. Sançes öz tapançasını sifarişlə hazırlanmış rezin tutacaqla təchiz etmiş, qoruyucu düyməni sol əlinin böyük barmağının altına qoydurmuşdu. O, heç vaxt hədəfdən yayınmırdı. Peynter kimi bu gənc qadın da yalnız xüsusi təyinat qoşunlarının tərkibində təlim keçdikdən sonra, “Siqma” dəstəsinə qəbul edilmişdi.

Sançes Peynteri gözlərinin sevincli parıltısı ilə qarşıladı: par-tiyanın sonunu yaxınlaşdıran coşqun həyəcan hiss olunurdu. Onu görəndə Peynterin nəfəs alması sürətləndi. Gənc qadının sinəsi qoburun kəməri ilə sıxılmış köynəyinin nazik parçasından qabarmışdı. Peynter özündə güc tapıb, baxışlarını ondan ayırdı. O, Sançeslə birgə beş il idi ki, işləyirdi və son vaxtlar onun Sançesə münasibətində romantik çalarlar meydana gəlmişdi. İşdən sonra barlara başlayan gedişlər sonralar tədricən restoranlarda uzun şam yeməkləri ilə əvəz olundu. Ancaq, buna baxmayaraq, hansısa son bir əlamətin hələ qarşısı alınmadığından, onların arasındakı müəyyən məsafə hələ də qalırdı. Sanki Peynterin fikirlərini oxuyaraq Sançes nəzərinin ondan çəkdi.

– Bu alçaq indilərdə gəlməlidir. – o, üzünü monitorlara tərəf tutaraq söylədi. – Yaxın on beş dəqiqə ərzində onun bu faylları açması bizə lazımdır, əks halda… Lənət!

– Nə olub ki? – Peynter ona tərəf addımladı.

Gənc qadın monitorların birini göstərdi. Orada Böyük Peko qülləsinin yuxarı mərtəbələrində üzərində qırmızı xaçın hərəkət etdiyi üçölçülü kəsik göstərilmişdi.

– O, yenə də aşağı enir.

Xaç hal-hazırda cəld aşağı enən mikroötürücünün mövqeyini göstərirdi.

Peynter yumruğunu sıxdı.

– Onu nə isə qorxutdu. Çjan liftə minəndən sonra öz nömrəsi ilə əlaqəsi olubmu?

– Əsla.

– Kompüter hələ də oradadır?

Sançes Çjanın nömrəsini ağ-qara görüntülərlə əks etdirən başqa monitoru göstərdi. İçərisində noutbuk olan çamadan əv-vəlki kimi çay stolunun üstündə idi. Kaş parol olmayaydı. Belə olsaydı, nömrəyə girib, kompüteri oğurlayaraq qaçmaq olardı. Qeyd etmək lazımdır ki, onun içindəki informasiyalara daxil ol-maq üçün yalnız Çjanın özünə məlum olan açar tələb olunurdu. İmplantasiya olunmuş dinləmə qurğusu klaviş hər dəfə basıldıqca kodu, yadda saxlayaraq qeydə alacaq. Kod əldə edildikdən sonra isə, Çjanı və onun əlaltılarını həbs etmək mümkün olacaq.

– Mən aşağı düşməliyəm. Biz onu itirə bilmərik, – Peynter söylədi.

O, mütləq Çjanın yan-yörəsində hərlənməli idi, çünki mikro ötürücünün fəaliyyət radiusu iki yüz yarddan uzaq məsafəni aktivləşdirə bilmirdi.

– Əgər o hiss edibsə…

– Bilirəm.

Peynter qapıya sarı atıldı. Çjanı aradan götürmək lazımdır. Bu halda bütün fayllar biryolluq itirilmiş olsa da bununla belə silah Çinə gedib çatmayacaq. Bu, ehtiyat variantı idi. Bütün ehtiyat tədbirləri müxtəlif səviyyəli olmalıdır. Çjanın nömrəsindəki ventilyasiyalı barmaqlıqlardan birinin arxasında hətta elektromaqnitli qumbara da gizlədilmişdi. İstənilən məqamda onu distansiya ilə kompüterin müdafiə sisteminə yol açan elektromaqnit impulsu generasiya edərək partlatmaq mümkün idi. Bununla da bütün məlumatlar məhv olacaqdı.

Peynter dəhliz boyu qaçaraq yenə də sarı lentin altına baş vurub liftin kabinəsinə soxuldu və larinqofonu boğazına sıxdı.

– Sən məni onlardan qabaq aşağı buraxa bilərsən?

– Xayalarından möhkəm tut! – Sançes cavab verdi.

Krou onun məsləhətinə əməl etməyə macal tapmamış, kabinənin döşəməsi onun ayaqları altından qaçdı. Peynter uzun müddət çəkisizlik hiss etdi. Mədəsi sanki boğazına qalxdı. Kabinə sərbəst enməyə başladı. Peynter ürəkbulanmanı artıran təlaş hissi keçirdi. Sonra kabinə sanki yuxarı atıldı. Ayaq üstə dayanmağa heç bir imkan yox idi. Reynter dizi üstə yıxıldı. Nəhayət, əks sürət bitdi və kabinə mülayim tərzdə donub yerində qaldı.

Qapılar açıldı. Peynter səndələyərək ayaq üstə qalxdı. Beş saniyədən də az vaxtda otuz mərtəbə. Bu, yəqin ki, mütləq rekord idi. Krou liftdən vestibülə çıxıb, qonşu liftin üzərindəki rəqəmlərə baxdı.

Çjan ikinci mərtəbəni keçirdi.

Peynter şübhə yaratmamaq üçün kifayət qədər geriyə bir neçə addım atdı, bununla belə çıxışı da tutdu: kazinonun mühafizəsinin adi əməkdaşı kimi.

Kabinə aşağı endi və qapılar açıldı. Peynter üzbəüz yerləşən liftin parıldayan bürünc qapılarından izləyirdi. Yox, bircə bu olmasın… O, çevrilərək sürətli liftə atıldı. Kabinədə heç kim yox idi.

Olmaya, Çjan başqa mərtəbəyə qalxmışdı? Peynter boş ka-binəyə nəzər saldı. Bu, mümkün deyil. Sürətli lift yalnız birinci və sonuncu mərtəbədə dayana bilər. Düzdür, fövqəladə dayanacağın düyməsini basıb, sonra qapını əllə açmaq də olardı.

Və burada Peynter kabinənin uzaq divarına yapışdırılmış pa-rıltılı plastmas parçası gördü. “Dinləmə qurğusu”!

Peynter döş qəfəsindən çıxacağı ilə hədələyən ürəyinin necə hiddətlə döyündüyünü hiss edərək liftin kabinəsinə girdi. Onun nəzəri divara yapışıb qalan bu kiçik elektron qurğunun üzərində donub qaldı. O, mikroötürücünü qoparıb müayinə etməyə baş-ladı. Çjan Peynteri tələyə salıb ona kələk gəlmişdi.

– Aman Allah!..

Peynter larinqofonu boğazına sıxdı.

– Sançes!

Cavab gəlmədi.

– O, çevrilərək üstündə sadəcə “lyuks nömrə” yazılmış düy-məni basdı. Qapılar həddən artıq yavaş bağlandı. Peynter qəfəsdə olan şir kimi darısqal kabinədə vurnuxmağa başladı. O, yenə də radio ilə əlaqə yaratmağa cəhd etdi. Amma, cavab gəlmədi. Lift qalxmağa başladı. Peynter yumruqları ilə divarları döyəcləyirdi. Qırmızı ağacdan düzəldilmiş örtük cırıldamağa başladı.

– Lənətə gələsən… Tərpən görək!

İndi anladı ki, artıq gecdir.

* * *

Qrinviç vaxtı ilə saat 14:38.

London, İngiltərə

Safiyə Kensinqton qalereyasının çıxışından bir neçə addım aralı olan dəhlizdə dayanmışdı. Nəfəs almağa taqəti yox idi. Məsələ nə yanmış ağacın üfunətində nə də elektrik naqillərinin izolyasiyasında deyildi. Günahların hamısı intizardadır. Safiyə bütün səhəri müstəntiqlərin və Britaniya hüquq müdafiəçiləri ekspertlərinin qalereyaya girib çıxmalarını müşahidə edirdi. Onun özü üçün isə ora giriş bağlı idi.

Vətəndaşlara sarı lentlə hasarlanmış əraziyə və qa-rovulçuların və ordu bölümlərinin ehtiyatlı baxışlarının yanından keçməyə icazə verilmirdi. Nəhayət günortadan keçmiş Safiyə içəri girib yanğının viranedici nəticələrini öz gözləri ilə görməsinə izn verildi. Bu an ona elə gəldi ki, onun sinəsi nəhəng bir daş yumruqla sıxılıb. Ürəyi döş qəfəsində ürkmüş göyərçin kimi çabalayırdı. O, nə görəcək? Nəyisə xilas etmək mümkün olarmı?

Safiyə özünü qalereya kimi viran və boşalmış hiss edirdi. Muzeydəki işi onun həyatının yalnız elmi hissəsindən ibarət deyildi. Safiyə Tel-Əvivdən sonra yenidən burada öz ürəyini əldə edə bilmişdi. O, öz vətənini tərk etsə də, ondan ayrılmamışdı. Ərəbistanı burada – Londonda bərpa etmişdi. Safiyə terrorçuların meydana çıxmasına qədər olan Ərəbistanı canlandırmışdı, öz torpağı, onun müqayisə olunmaz gözəlliyi, qədim dövrləri və açılmamış sirləri haqqında gözə çarpan hekayə yaratmışdı. Safiyə çoxdan ötüb keçmiş dövrlərin xatirələri ilə əhatə olunan bu zalları gəzərkən, ayaqları altında qumların xışıltısını eşidir, üzündə günəş şüalarının hərarətini, ağzında isə təzə dərilmiş xurmaların dadını hiss edirdi. Bura onun evi idi, bura elə bir yer idi ki, heç nədən qorxmamaq olardı.

Yox, bu hətta daha artıq bir şey idi. O, bu evi tək özü üçün yox, həm də heç xatırlamadığı anası üçün də tikmişdi. Arabir muzeydə axşama qədər ləngiyən Safiyə qəflətən havada uzaq uşaqlıq dövrlərindən qalan xatirə kimi yasəmənlərin güclə sezilən ətrini hiss edirdi.

İndi isə bunlardan əsər-əlamət qalmayıb. Safiyənin qüssəsinin həddi yox idi.

Bizə içəri keçməyə icazə verdilər.

Safiyə səksənərək Rayan Flemminqə baxdı. Təhlükəsizlik xidmətinin rəisi də onunla bərabər intizar yükünü çəkirdi, ancaq deyəsən, bir neçə dəqiqəlik də olsa yuxusunu ala bilmişdi.

– Mən sizinlə birgə gedəcəm, – o dedi.

Safiyə özünü nəfəs almağa məcbur edərək başını yırğaladı. Flemminqin şəfqət və xeyirxahlığı müqabilində o, yalnız bununla ona təşəkkür edə bilərdi. Safiyə muzeyin digər əməkdaşlarının ardınca yeridi. Onların hamısı qalereyanın eksponatlarının siyasının tutulmasına kömək etməyi öhdələrinə götürmüşdülər. Bu iş həftələr tələb edrdi.

Safiyə qalereyada daha tez olmaq cəhdinə və orada görəcəyindən əvvəl keçirdiyi qorxu hissinə çulğanıb qabağa keçdi. Kiçik bir qrup sonuncu hasarlanmış yerin yanından keçdi. Qoruyucu barmaqlığı çıxarıb müstəntiqin laboratoriyasına apardılar. Safiyə qeyri-ixtiyari sevindi. Onun Harri Mastresonun qalıqlarına baxmağa azacıq da olsun nə həvəsi, nə də marağı vardı.

O, qalereyanın girişində dayanıb içəri baxdı. Videoyazılardakı görüntülərə baxmayaraq, Safiyə gördüklərinə heç də hazır deyilmiş. İşıqlı, parlaq qalereya indi hisə verilmiş mağara an-filadası, divarları kömürə dönən kərpiclərdən olan beş sərdabə təsiri bağışlayırdı.

Safiyənin nəfəsi tutuldu. Yaxınlıqda boğuq qışqırıq səsələri eşidilirdi. Od tufanı heç nəyə rəhm etməmişdi. Divarların haşiyələri axıra qədər yanb kərpicləri çılpaq hala gətirmişdi. Qalereyanın mərkəzindəki tənha Babil vazasından savayı heç bir əşya öz yerində deyildi. Qurşağa qədər hündürlüyü olan bu vaza hisə bulaşmasına baxmayaraq şaquli dayanmışdı. Safiyə bəzən qasırğa zamanı amansızcasına parkları boşaldan, evləri dağıdan belə halların viranlıq içində ayaq üstə sakit bir sürətdə dayanan bir velosipedə heç bir zərər dəymədiyi hallar haqqında oxumuşdu.

Bu, izah olunası bir şey deyildi.

Məkanlardan əvvəlki kimi his qoxusu gəlməkdə idi. Döşəmələri isə yanğınsöndürənlərin nasoslarının yaratdığı seldən qalan hisdən qaralmış və bir neçə qarış qalınlığı olan su qatı örtmüşdü.

– Sizə uzunboğaz çəkmə və dəbilqə geyinmək lazımdır, – Flemminq bunu deyib və əlini Safiyənin çiyninə qoyaraq sıra ilə düzülmüş rezin çəkmələrin yanına apardı. Safiyə dalğın halda bir cüt götürdü.

– Nədən başlayaq? – kimsə çaşqınlıqla donquldandı.

Safiyə dəbilqə və çəkmələri geyinib sanki yuxuda hərəkət edirmiş kimi ətrafına göz gəzdirərək mexaniki olaraq qalereyaya addımladı. O, zalların anfiladlarından keçdi. Gənc qadın qalereyanın qurtaracağına çatanda onun çəkmələrinin dabanında nə isə xışıldadı. Safiyə əyilib suyun içini araşdırdı və döşəmədən bir daş parçası qaldırdı. Onun üst hissəsinə mixi yazılar həkk olunmuşdu. Bu,qədim Mesopotomiya varisi olan Assuriya löhvəsinin bir parçası idi. Safiyə dikələrək Kensinqton qalereyasının qalıqlarına nəzər salmağa başladı.

O, yalnız indi yad adamları, öz evində olan kənar şəxsləri gördü.

Adamlar kiçik qruplarla, sanki qəbiristandakı kimi bir-birlərilə astadan danışaraq işləyirdilər. Tikinti ekspertləri daşınınan konstruksiyaların nə dərəcədə xəsarət aldığını müəyyən edirdilər. Yanğınsöndürənlər cib cihazları ilə ərazini çəkirdilər.. Küncdə kiçik bir bələdiyyə mühəndislərindən ibarət dəstə ma-liyyələşmə və bir sıra bərpa işləri haqqında mübahisə edirdi. Polislər çöl divardakı yarığı qoruyurdular. İnşaatçılar müvəqqəti olaraq onu bağlamaq üçün taxtalardan kobud sipərlər düzəltmişdilər.

Yarıqların arasından küçənin əks tərəfində toplaşan avaralar görünürdü. Polis zənciri onların qarşısını alırdı. Avaralar səhərki çiskinin gündüz sulu qara çevrilməyini nəzərə alaraq, həsəd oyadan hislərini nümayiş etdirdilər. Tünd alatoranlıqda turistlərin fotoaparatlarından çıxan işartılar bərq vururdu.

Safiyə hirsləndiyini hiss etdi. O, burdakıların hamısını qov-maq istəyirdi. Bura onun ərazisi, onun evidir. Qəzəb onun fikrini cəmləşdirib, ən mühüm problemlərə qayıtmasına kömək etdi. Onun məsuliyyəti və vəzifəsi var.

Safiyə muzeydə işləyən alim və tələbələrə nəzər yetirdi. Onların hamısı uçqunları qazımağa başlamışdılar. Lüzumsuz işgüzar narazılıqların müvəqqəti də olsa unudulmasını görmək sevindirici idi.

Gənc qadın yardıma çağırılmış adamların işlərini təşkil etmək üçün geriyə, çıxışa tərəf yönəldi. Ancaq birinci zala ça-tanda qapının ağzında böyük bir qrupun yığıldığını gördü. Kara əzmlə qabaqda gedirdi. Əynində fəhlələrə məxsus kombinezon, başında “Kensinqton neft quyuları” kompaniyasının loqotipi olan tünd-qırmızı rəngdə dəbilqə vardı. O, iyirmi nəfərlik komandanı idarə edirdi. Onların hamısı Kara kimi geyinmiş, baş-larına həmin dəbilqədən qoymuşdular.

Safiyə rəfiqəsinə yaxınlaşdı:

– Kara?

Onlar səhərdən bir-birlərini görməmişdilər. Kara muzeyin di-rektoru ilə harasa yox olmuşdu. Görünür, müxtəlif polis və yanğınsöndürənlərin istintaq briqadalarının işlərinin əlaqələndirilməsinə kömək etmək istəyirdi. Görünür bir neçə milyard funt sterlinq dəyərində olan əmlak müəyyən çəkiyə malik idi.

Kara öz kiçik dəstəsini qalereyaya istiqamətləndirib, əli ilə işarə verdi.

– İş başına!

O, Safiyəyə tərəf çevrildi.

– Şəxsi kriminalistlərimi işə cəlb etmişəm.

Safiyə heyrətli nəzərlərini zallara səpələnmiş kiçik orduya tərəf yönəltdi. Ancaq, avtomat və tapança əvəzinə, onlar bütün mümkün alətlərlə silahlanmışdılar.

– Nə baş verir? Bu sənin nəyinə lazımdır?

– Nə baş verdiyini öyrənmək istəyirəm.

Kara öz dəstəsinin işə başlamasına məmnunluqla baxırdı. Onun baxışlarında qətiyyət var idi. Safiyə çoxdan öz rəfiqəsinin üzündə belə ifadə görməmişdi. Karada bu cür qığılcım saçan güc neçə illər idi ki, olmamışdı. Bu cür hərarətli canfəşanlıq onda yalnız bir halda, atasına aid bir iş yaranan zaman oyana bilərdi.

Kara partlayışa aid videoyazıya baxarkən Safiyə onun gözlərindəki izaholunmaz parlaq yüngüllüyü və söylədiyi yeganə sözü xatırladı: “Nəhayət”.

Kara qalereyaya keçdi. Onun mütəxəssisləri artıq müxtəlif səthlərdən nümunələr götürmüşdülər. Kara metal dedektorlarların köməyi ilə döşəməni tədqiq edən iki kişiyə yaxınlaşdı. Onlardan biri qalaqların içindən ərimiş bürünc tikəsinin yanmış zibilini götürüb kənara qoydu.

– Mən meteoritin qırıntılarını birə-bir tapmaq istəyirəm – Kara göstəriş verdi.

Kişilər başlarını tərpətməklə itaət bildirib, işlərinə davam etdilər.

Safiyə rəfiqəsinə yaxınlaşdı.

– Sən burada məhz nəyi axtarırsan?

Kara işıqlı nəzərlərini ona çevirdi.

– Cavabları.

Safiyə rəfiqəsinin sıxılmış dodaqlarında ümid gördü.

– Sənin atan haqqında?

1
...