Читать книгу «Qiyamət günü açarı» онлайн полностью📖 — Джеймса Роллинса — MyBook.
image
cover

Ceyms Rollins

Qiyamət günü açarı

Fantastik roman

3

Tarixi xarakterli qeydlər

On birinci əsrin ikinci yarısında ingilis kralı Fateh Vilhelm özünün yeni torpaqlarının ətraflı təftişinin aparılmasını əmr etdi. Bu cəhdlərin nəticəsi olaraq, “İngiltərənin torpaq siyahısı” adını almış – orta əsrlərdəki həyat tərzinin ən ətraflı təsvirini əks etdirən böyük bir cild alındı. Tarixçilərin çoxu bu nəticəyə gəlirlər ki, bu cür möhtəşəm bir iş İngiltərə əhalisindən alınan vergilərin dəqiq ölçüsünü təyin etmək üçün görülüb, amma buna tam əminlik yoxdur. İndiyədək, bu tədqiqat xeyli sirlərlə bağlıdır: məsələn, aydın deyil, niyə bu işlər belə tələskənliklə edilirdi, həmçinin niyə bəzi yaşayış məntəqələri məlum olmayan səbəblərdən yalnız latınca olan kəlmə

ilə – “Vastare”, yəni “viran edilmiş” olaraq qeyd olunub. Bu siyahıya-alınmanın tərtibatını müşayiət edən çoxlu xeyli təf-silatlı qəribə hallar müasirlərin bu kitaba son dərəcə qərəzsiz ləqəbin qoyulmasına səbəb oldu. O, tarixə “Qiyamət günü kitabı” adıyla daxil oldu.

On ikinci əsrdə, sonralar müqəddəs Malaxiya adlandırılan, Mel Medok adlı irland katolik keşişinin Romaya ziyarəti zamanı öncəgörməsi oldu.

Ekstaz halındaykən ona, dünyanın sonunadək Müqəddəs taxta başçılıq etməli olan bütün papalar haqda məlumat əyan oldu. Bu geniş siyahı – yüz on iki papanın özünəməxsus kataloqu – yazılıb və saxlanmaq üçün Vatikan arxivlərinə yerləşdirilmişdi, amma kitab tezliklə yoxa çıxdı və yalnız on altıncı əsrin axırında müəmmalı şəkildə yenidən peyda oldu.

Bəzi tarixçilər hesab edirlər ki, qaytarılan kitab çox güman sax-4

tadır. Hər halda, sonrakı yüzilliklər ərzində təəccüblü olsa da, məlum olurdu ki, hər növbəti papanın, hətta indiki Roma-katolik kilsəsinin papası XVI Benadiktin təsviri də dəqiq imiş.

Müqəddəs Malaxiyanın öngörməsində indiki papa “De Glora Olivae” (“Zeytunlar zəfəri”) kimi təsvir olunmuşdu. Benedikt-lilərin təriqət rəmzi şərəfinə papanın özünə götürdüyü ad həqiqətən zeytun budağı mənası verir. Lakin hər şeydən çox XVI Benedikitn yüz on birinci papa olması narahatlıq törədir.

Əgər bu qorxunc ehkama inanılsa, növbəti papa ilə dünyanın sonu gələcək.

Elmi xarakterli qeydlər

Cəmi üç il ərzində – 2006-2008-ci illərdə Birləşmiş Ştatlarda bütün əhliləşdirilmiş arıların üçdə bir hissəsi (həm-çinin Kanada və Avropadakı arıların xeyli hissəsi) izsiz-soraqsız yox oldu. Bir qədər əvvəl həyatla qaynayan arı pətəkləri qəflətən boşaldılar. “İctimai həşəratlar koloniyasının fəlakətli dağın-tısı” adını daşıyan bu hadisə, xeyli qorxu və fövqəladə mə-qalələr yaratdı. Bəs əslində arılara nə oldu?

Cavab bu kitabın səhifələrində yerləşir…

Ən qorxulusu isə bunun həqiqətə uyğun olmasıdır.

5

Proloq

1086-cı ilin baharı

İngiltərə

Fəlakətin ilk əlaməti qarğalar oldu.

Tək ata qoşulmuş, üstüörtülü araba ucsuz-bucaqsız arpa tarlaları arasında dolaşan çala-çuxur yolla gedirdi ki, qəflətən havaya qara bulud kimi qarğa dəstəsi qalxdı.

Onlar hay-küylü dövrələrlə get-gedə yüksələrək mavi səmaya yönəldilər. Lakin, bu qorxmuş quşların qeyri-adi təlaşı idi. Qarğalar ənginliklərdə dövrə vurur, qanadlarını qıc olmuş

halda çırpır, havada mayallaq aşaraq qəfildən yerə düşürdülər. Quşlar göydə bir-birilə toqquşur, yağış kimi yerə ya-ğırdılar. Balaca qara topalar qanadlarını və dimdiklərini sın-dıraraq, zərblə yerə dəyirdilər. Şikəst quşlar sınıq qanadlarını zəifcəsinə qaldıraraq titrəyirdilər.

Lakin bütün bunda ən qorxulu olan tam səssizlik idi.

Nə bir hənirti, nə bir qışqırıq.

Sadəcə çılğın qanad çırpıntısı – sonra isə quş cəsədlərinin döyəclənmiş yerə və daşlara dəyən yumşaq şappıltısı.

Arabaçı xaç çəkib, arabanı saxladı. Onun ağır göz-qapaqları ilə yarıaçıq gözləri səmaya zillənmişdi. At başını silkələyib, sərin səhər havasına ağzından buxar buludu buraxaraq, ağır-ağır nəfəs alırdı.

− Yola davam edək, − arabada oturan səyyah dedi.

Bura Kral Vilhelmin gizli fərmanı ilə göndərilən Martin Borr, kral müstəntiqlərindən ən gənci idi.

Martin yun plaşa bürünərək, mumla bərkidilmiş, kral möhürü ilə möhürlənmiş fərman haqqında fikirləşirdi. Xəzinə

müharibə zamanı dağıdılmışdı və Vilhelm ölkənin hər tərəfinə

6

onlarla krallıq komissarı göndərmişdi ki, onun bütün torpaqlarının və əmlakının siyahısını tərtib etsinlər. Toplanan bütün məlumatlar müəmmalı latıncada bir alim katib tərəfindən

“İngiltərənin torpaq siyahısı” adlı nəhəng kitaba qeyd olunurdu. Bütün bunlar xəzinə tərəfindən toplanmalı olan vergilərin həcmini dəqiq müəyyən etmək üçün edilirdi.

Hər halda belə deyilirdi.

Torpaqların belə dəqiq öyrənilməsinin başqa məqsədlə

həyata keçirilməsindən şübhələnənlər də vardı. Bu insanlar kitabı Bibliyanın Qiyamət günü təsviri ilə müqayisə edirdilər.

Bibliyada deyilir ki, Allah Həyat kitabında bütün insan əməl-lərinin hesabını aparır. Və tədricən, şayiə bu tədqiqatların arxasında başqa ad möhkəmlətdi: “Qiyamət günü kitabı”

Skeptiklərin özləri belə, bunu bilmədən, həqiqətə yaxın idilər.

Martin, mumla möhürlənmiş fərmanı oxudu. O, tənha katibin kral komissarlarından gələn məlumatları incəliklə böyük cildə necə daxil etdiyini görürdü. Sonda alim latınca tək bir sözü qırmızı mürəkkəblə fərqləndirdi:

“Vastare”. Yəni, “viran edilmiş”.

Bu sözlə çox vilayətlər, eləcə də müharibə zamanı dağıdılmış və talan edilmiş torpaqlar qeyd olunmuşdu.

Ancaq iki qeyd tamamilə qan-qırmızı mürəkkəblə yazılmışdı. Bunlardan biri İrlandiya və İngiltərə sahilləri arasında itmiş tənha adanı təsvir edirdi. İndi isə Martin ətraflı tədqiqat aparmaq haqqında kral əmri alıb bu yerlərdən ikin-cisinə yaxınlaşırdı. O, susacağına and içmişdi. Kömək üçün ona üç adam verilmişdi. Onlar at belində arabanın arxasınca gedirdilər.

Arabaçı nəhəng yük atının addımlarını yeyinlətmək üçün yüyənini dartdı. Araba çarxları ilə qarğaların titrəyən cəsəd-7

lərinin üstündən keçib, xırçıltı ilə sümükləri əzib və qanı ətrafa sıçradaraq irəlilədi.

Nəhayət onlar yoxuşa qalxdılar, oradan aşağıdakı münbit vadiyə mənzərə açıldı. Uzaqda, aşağıda bir tərəfdən daş malikanə, digər tərəfdən isə şpilli kilsəylə sıxılmış kiçik bir kənd yerləşirdi. Qalan tikililər şalbandan olan onlarla ev və taxta qoyun tövlələri və göyərçin damlarının xarabaqlıqları idi.

– Мilord, bura lənətlənmiş yerdir, – arabaçı dedi. – mənim sözümü yadda saxlayın. Buranı dağıdan heç də taun deyil…

– Biz buraya məhz hər şeyi öyrənmək üçün gəlmişik.

Arxada dağ yolu kral ordusu tərəfindən kəsilmişdi. Heç kimi irəli buraxmırdılar, lakin bu ətraf kəndlərdə vadiyə

düşən qeyri-adi taun xəstəliyi haqqında gəzən şayiələri saxlaya bilmirdi.

– Lənətlənmiş… – arabanı aşağıya, kəndə gedən yola yönləndirən arabaçı təkrarladı. – Mən nə vaxtsa bu torpaqların kafir keltlərə mənsub olduğu haqda danışılanları eşitmişəm.

Deyirlər, bütpərəstlər üçün bu yerlər müqəddəs idi. Əvvəlki kimi o təpələrin yamacındakı çuxurlarda onların daşlarını tapmaq olar.

O, qırışmış əli ilə göyə ucalan yüksək təpələrin zirvəsini bürümüş qalın meşələri göstərdi. Ağacların başını kəsdirən duman, yaşıl çətirlərə qara və boz çalar verirdi.

– Keltlər bu yeri lənətləyiblər, mən sizə dəqiq deyirəm.

Xaç gəzdirən hər kəsə ölüm gətirdilər!

Martin Borr bu cəfəngiyatı eşitmək istəmirdi. Romadan tutmuş Britaniyaya qədər ən yaxşı alimlərin başçılığı altında elmə yiyələnən bu gəncin 32 yaşı vardı. Və bura öz işinin peşə-karları ilə həqiqəti aşkar etmək üçün gəlmişdi.

8

Geriyə çevrilən Martin balaca bir kəndi göstərərək, əlini yel-lədi və üç atlı atlarını mahmızladı. Onlardan hər biri öz vəzifəsini bilirdi. Martin tələsmədən, yolda gördüyü hər şeyi öy-rənərək və qiymətləndirərək, onların ardınca getdi. Bu kiçik dağlıq vadidə Hayqlen adı ilə tanınan tənha kənd bu ət-raflarda öz saxsı qabları ilə məşhur idi. Gil qaynar bulaqlardan əldə edilirdi, yüksəklikdə meşənin üzərində sürünən bu dumanlı tüstü bununla izah olunurdu. Deyilənlərə görə, yerli bişirmə üsulu və gilin tərkibi gizli saxlanılan sirr idi, bunu yalnız kənd sakinləri bilirdi.

İndi isə bu sirrlər həmişəlik itirilmişdi.

Araba taqqıldayaraq çovdar, yulaf, paxlalılar əkilmiş sahələrin, tərəvəz ləklərinin yanından keçərək gedirdi. Bəzi sahələrdə məhsul bu yaxınlarda yığılmışdı, digərləri isə, görünür, yandırılmışdı. Doğrudanmı kənd sakinləri həqiqətdən şübhələniblər?

Araba vadiyə düşən kimi, içəridə hökm sürən dəhşəti qismən gizlədən yüksək çəpərlərlə əhatəyə alınmış qoyun ağılları göründü. Təravətli otlaqlar şişmiş qoyun cəsədlərinin yüzlərlə

yun qalaqlarının çopurluğu ilə ala-bəzək olmuşdu. Həmçinin kəndin yaxınlığında ölümə yaxalanmış batıq gözlü donuz və

keçi cəsədləri də yerə sərələnmişdi. Tarlada əvvəlki kimi kotana qoşulmuş bir cüt zorba öküz sərilmişdi.

Araba ağacların yaşıllığında gizlənmiş kəndə çatdı. Ətrafa tam səssizlik çökmüşdü. Səyyahları nə itlərin hürməyi, nə to-yuqların qaqqıltısı, nə də ulağın qışqırığı qarşılamadı. Kilsə

zəngi çalınmadı, kəndə gələn yadları heç kim səsləmədi. Səssizlik sıxıcı idi.

Sonra aşkar oldu ki, ölmüş sakinlərin çoxunun cəsədi öz evində idi. Onlar ölümdən qabaq çölə çıxmaq üçün çox zəif halda idilər. Amma malikanənin daş pilləkənlərinin qa-bağın-9

da bir cəsəd otun üstündə soyumuşdu. Kişinin meyiti üzüstə

elə yıxıldığı yerdəcə uzanırdı. Ehtimal ki, o pil-ləkənlərdən yıxılıb boynunu sındırmışdı. Martin hələ ara-badan sümükləri örtmüş solğun dəriyə, dərin batmış gözlərə, qeyri-təbii arıqlığa fikir verdi.

Tarladakı heyvanlarda da həmin arıqlıq müşahidə olunurdu. Adama elə gəlirdi ki, bütün kənd uzun müddət mühasirədə olub və burdakı bütün canlılar aclıqdan məhv olub.

Yaxınlaşan at dırnaqlarının səsi eşidildi. Recinald atını arabanın yanında saxladı.

– Bütün taxıl anbarları doludur, – o, əllərini şalvarına silərək dedi. – Bir də orada siçan və siçovullar var.

Martin sual dolu baxışlarla Fransanın şimalından kral Vil-helmlə birlikdə gəlmiş, hündür, çoxlu çapıqları olan bu adama baxdı.

– Ölüdürlər… ətrafdakı hər şey kimi… Eynilə o lənətləmiş

adadakı kimi.

– İndi isə taun bizim sahillərə kimi gəlib. – Martin donquldandı. – Bizim torpaqlara gəlib.

Buna görə onları bura göndəriblər, buna görə kəndə gələn yol bağlanmışdı, buna görə hamısı susmağa and içmişdilər.

– Jirar sizin üçün yaxşı meyit tapıb, – Recinald davam edirdi, – O birilərindən daha təzə. Oğlandır. Jirar onu dəmirçixanaya sürüdü.

O, daş bacası olan taxta anbarı göstərdi.

Martin başıyla işarə edərək arabadan düşdü. O, tam əmin olmalı idi, bunun üçünsə ancaq bir yol mövcud idi. Kral müstəntiqi kimi onun borcu ölülərdən həqiqəti öyrənmək idi.

Martin işin ən qanlı hissəsini fransız qəssabına saxlamağı qərara aldı.

10

O, dəmirçixananın açıq qapısından içəri addım atdı. Jirar artıq onu orada, kürənin qabağında əyilib gözləyirdi. O, kral Vilhelmin ordusunda çalışır və döyüşçülərin şikəst qalmış

bədən üzvlərini kəsərək onların həyatını xilas edirdi.

Jirar dəmirçixananın ortasındakı masanı boşaltdı. O, artıq meyitin paltarlarını çıxarmış və onu masaya bağlamışdı. Martin solğun, cılız meyitə nəzər saldı. Onun öz oğlu təxminən bu yaşda idi. Dəhşətli ölüm bədbəxt oğlanı qocaltmış, qırış-dırmışdı… 8-9 yaşında, bu belə olmamalı idi.

Jirar bıçaqları hazırlayana qədər Martin meyitin bədəninə

diqqətlə baxdı. Dərini çimdikləyib piy qatının olmadığını gördü. Sonra çatlamış dodaqları, başında salamat qalmış saç-ları, şişmiş topuqları və dabanlarını incələdi. Daha böyük diqqəti isə qabarıq sümüklərə ayırdı. Əllərini sümüklərin üstü ilə elə

aparırdı ki, sanki xəritəni oxumağa çalışırdı: qabırğalar, almacıq sümükləri, göz yuvaları, çanaq.

Burda nə baş verib?

Martin başa düşürdü ki, cavab heç də yaxında deyil.

Jirar əlində uzun gümüşü ülgücü sıxaraq masaya yaxınlaşdı.

– Cənab, işə başlayaq?

Martin təsdiq mənasında başını tərpətdi.

On beş dəqiqədən sonra oğlanın bədəni içalatı çıxarılmış

donuz cəmdəyinə oxşayırdı. Qasıqdan boğaza qədər yarılmış, dərisi soyulmuş və masaya yapışdırılmışdı.

Jirar yarılmış qarına yaxınlaşdı. Onun əlləri soyuq dərin-liklərdə itdi.

Kənarda duran Martin əli ilə oğlanın alnına toxundu və

bu nəzakətsiz müdaxiləyə görə ölünün onları bağışlaması üçün dua edərək, səssizcə dodaqlarını tərpətdi. Əlbəttə, oğlan-11

dan əfv gözləmək üçün artıq çox gec idi. Lakin onun ölü bədəni son xidməti göstərə − son əndişəni təsdiqləyə bilərdi.

Jirar rəhmətliyin içindən tünd qırmızı dalaq sallanan elastik və bəyaz mədəsini çıxartdı. Bıçağın bir neçə dəfə ba-carıqla hərəkət etdirən Jirar bağırsaqların hörüyünü yardı və ayrılmış

mədəni masanın üstünə atdı. Daha bir cəld kəsik – və mədə

ikiyə ayrıldı. Elə o saat dəmirçixanaya kəskin, üfu-nətli qoxu yayıldı. Martin əli ilə ağzını və burnunu tutdu – üfu-nətdən yox, həqiqətdən qorunaraq.

– Oğlan aclıqdan ölüb; bu, açıq-aşkar görünür, – Jirar de-di. – Lakin o aclıqdan dolu mədə ilə ölüb.

Martin daxilində hər şeyin buzlaşdığını hiss edərək, geri çəkildi. Budur, təkzibedilməz sübut. Əlbəttə, tam əmin olmaq üçün digər meyitləri də öyrənmək lazım gələcək. Görünür, burda da ölümün səbəbi “Müşahidə kitabı”nda adı “viran edilmiş” göstərilən adadakı ilə eynidir.

Martin içalatı çıxarılmış uşaq cəsədindən gözünü çəkə bilmirdi.

Ardınca onların gizli missiyalarının həqiqətən nədən ibarət olduğu indi aydın idi. Doğma torpaqlara zərbə vuran mə-rəzi tapmaq və yayılmamışdan qabaq onu məhv etmək. Kənd sakinlərinin ölüm səbəbi tənha adadakı ilə eyni idi. Qə-ribə

mərəzə yoluxan insanlar elə hey yeyirdilər və yeyirdilər, lakin nəticədə qidalandırıcı maddə qəbul almadan tükənərək, aclıqdan ölürdülər.

Masadan uzaqlaşan Martin dəmirçixananın qaranlığından gün işığına çıxdı və acgözlüklə təmiz hava uddu. Nəzərini uzağa – bol yaşıllıqla örtülü olan təpələr silsiləsinə saldı. Əsən külək arpa, yulaf, buğda və çovdar sahələrini tərpətdi. Martin okeanın ortasında salda üzən, susuzluqdan yanan, hər tərəfdən içməli olmayan su ilə əhatələnmiş adamı təsəvvür etdi.

12

Burda da həmin vəziyyət idi.

Martin bahar günəşinin solğun şüaları altında titrəyərək büzüşdü. O bacardığı qədər bu vadidən uzaqda olmaq is-təyərdi… Bu vaxt onun diqqətini sağdan – kəndin əks tərəfindən gələn qışqırıq çəkdi. Açıq qapının qabağında qaraya bürünmüş bir fiqur dururdu. Martin bir anlığa qorxdu, bu fiquru ölümün özü sandı. Lakin fiqur əlini tərpədərək yaratdığı obrazı dağıtdı. Bu, kiçik dəstənin sonuncu üzvü, Kelt abbatlığının İrlandiyadakı baş keşişi abbat Orren idi. Kənd kilsəsinin girişində durmuşdu.

– Gəlin, buna baxın! – abbat qışqırdı.

Martin ona tərəf tələsdi.

Gənc müstəntiq dəmirçixanaya qayıtmaq istəmirdi. Oğlanı fransız qəssabının ixtiyarına buraxmışdı. Kənddən keçəndə Martin pilləkənləri qalxdı və katolik rahibinə qoşuldu.

– Nə məsələdir, abbat Orren?

Rahib dönərək, kilsənin içərisinə doğru irəlilədi.

– Bu, əsl kafirlikdir! – irland abbat dedi. – Baxın görün, bu insanlar müqəddəs yeri necə təhqir ediblər! Təəccüblü deyil ki, onlar hamısı Allahın bəlasına düçar olublar!

Martin abbatın ardınca tələsdi. Əyninə böyük olan isti plaşında skelet kimi arıq rahib xəyalətə bənzəyirdi. Yalnız o, İrlandiya sahilindəki ölü adaya ayaq basmış və oradakı viranlığın şahidi olmuşdu.

– Müqəddəs ata, siz axtardığınızı tapdınız? – Martin maraqlandı. Cavab vermək yerinə rahib kilsə zalının içinə doğru irəlilədi. Martinin onun ardınca getməkdən başqa yolu yox idi.

Onun daxilində qəmgin qaranlıq hökm sürürdü. Torpaq döşəməni saman qatı örtürdü. Skamyalar yox idi, sıx çatıların arxasında alçaq dam görünürdü. Yeganə işıq uzaqdakı ensiz, hündür pəncərələrdən mehrabın – sadə daş lövhənin üstünə dü-13

şürdü. Ehtimal ki, çılpaq daşı əvvəllər mehrab parçası örtürdü, lakin indi o dağıılıb ətrafa atılmışdı. Görünür bunu axtarış aparan rahib etmişdi.

Mehraba yaxınlaşan abbat Orren əsən əli ilə iri daş parçasını göstərdi. O qəzəbindən əsirdi.

– Bu əsl kafirlikdir! – o təkrarladı, – Allahın evində bütpərəst simvollarından naxış çəkmək!

Martin yaxın gəldi və mehrabın qarşısında diz çökdü.

Lövhənin üzündə çox güman ki, bütpərəstlərə aid yayılan şüalar ilə günəş diskləri və dolaşıq spirallar, dairələr və qəribə

naxışlar əks olunmuşdu.

– Niyə möminlər belə bir günah işləyiblər?

– Mən fikirləşmirəm ki, Hayqlen sakinlərinin əməlidir, –

Martin etiraz etdi.

O, əlini mehrabın üstü ilə apardı. Onun barmaqları ya-rısilinmiş şəkillərin qədimliyini hiss etdi. Şübhəsiz onlar çox qədim idilər. Martin arabaçının bu yerlərin lənətlənmiş, qədim keltlər üçün isə müqəddəs olduğu və onların nəhəng daşlarını əvvəlkitək təpələrin başındakı dumanlı meşələrdə tapmağın mümkünlüyü haqqında dediyi sözləri xatırladı. Martin qamətini düzəltdi. Görünür, bu daşlardan birini Hayqlenə gətirib, kilsənin mehrab daşına çeviriblər.

– Əgər bu kənd sakinlərinin işi deyilsə, bəs bunu kim edib? – abbat soruşdu.

O, mehrabın arxasındakı daşa yaxınlaşıb əli ilə onun üzərindəki böyük şəkli göstərdi. Xaçla dörd yerə ayrılmış dairəni təsvir edirdi.

Martin buna bənzər rəsimləri qədim başdaşılarda və xarabalıqlarda əvvəllər də görmüşdü. Kelt kahinləri bu şəkilləri müqəddəs sayırdılar.

– Bütpərəst xaçı, – Martin mızıldandı.

14

– Bunun eynisini biz həmin adada tapdıq. Bütün qapıların üzərində qeyd olunmuşdu.

– Bəs bunun mənası nədir?

Abbat boynunda asılan gümüş xaça toxundu.

– Hər şey kralın qorxduğu kimi oldu. İrlandiyada qayna-şan, müqəddəs Patrik tərəfindən adadan qovulan ilanlar bizim sahillərə keçiblər.

Martin başa düşdü ki, rahib gerçək meşə ilanlarını yox, ilanabənzər – druidləri, qədim keltlərin başçılarına bənzər əyilmiş əsa gəzdirən, bütpərəst kahinləri nəzərdə tuturdu.

Müqəddəs Patrik bütpərəstləri imana gətirdi və ya İrlandiyadan qovdu.

Bu, altı əsr əvvəl baş vermişdi.

Martin dönərək kilsənin açıq qapısından ölü kəndə baxdı.

Onun beynində Jirarın sözləri canlandı: “Oğlan dolu mədə ilə

aclıqdan tələf olub”.

Bunda heç bir məna yox idi.

– Bütün bunları yandırmaq lazımdır, – abbat arxada donquldandı. – Torpağı isə günəş yandırar.

Martin sakitcə başını tərpətdi. Ancaq onun içində həyəcan artırdı. Burda yaradılmış hər şeyi alov yox edə bilərdi? O

bu suala cavab tapa bilmirdi, ancaq bir şeydən əmin idi: Sona hələ çox var.

15

Müasir zaman

8 oktyabr, 23:55

Vatikan

Marko Covanni ata qaranlıq daşlıq meşədə gizlənirdi.















На этой странице вы можете прочитать онлайн книгу «Qiyamət günü açarı», автора Джеймса Роллинса. Данная книга относится к жанру «Современная зарубежная литература». Произведение затрагивает такие темы, как «тайны», «наука». Книга «Qiyamət günü açarı» была издана в 2022 году. Приятного чтения!