Əgər Çin, dünya balansında özündən sonra indiki vəziyyəti saxlamaq istəyirsə ən əvvəl öz texnoloji inkişafını sü-rətləndirməlidir. Onlar ABŞ ilə nüvə arsenalına dair mənasız disskusiyalara baş qoşmamalıdırlar.
– Boş disskusiyalar? – deyə prezident gülümsündü. Cefri qıpqırmızı olfu.
– Yox, yox – prezident əlini qaldırdı – sizin ifadəniz mənim xoşuma gəldi.
Birdən-birə Cefri özünü axmaq kimi hiss etdi. Nə
boşboğazlıq edirəm. Prezident Bişopun mənim bu boş fikir-lərimə maraq göstərməsini necə fikirləşə bilərəm?
Prezident qalxdı və pencəyini geyindi. Düşünürəm ki, siz düz deyirsiniz, cənab Hessmayer. Heç bir ölkə bu soyuq müharibəni maliyyələşdirmək istəməz.
Doğru buyurursunuz, əfəndim – Cefri mızıldandı.
14
Ölkələrimiz arasında münasibətlər daha da gər-ginləşməmiş, bu problemin həlli yollarına bəlkə də ümid etmək olar, ancaq bunu üçün daha çevik olmaq lazımdır –
prezident qapıya tərəf getdi. – İşinizi tamamlayın, cənab Hessmayer.
Yeni minilliyin Günəş tutulmasını qaçırmaq olmaz.
Hökumət başçısı otaqdan çıxdı. Cefri taqətsiz halda kresloya oturdu və gözlərini yumdu. Prezidentin özü ona qulaq asmış və onunla razılaşmışdı.
Cefri bu uğura görə qismətinə təşəkkür etdi. O, dikəldi və
ikiqat enerji ilə yenidən işinə davam etdi. Yəqin ki, bu gün uzun müddət onun yaddaşında qalacaqdı.
15
II O VAXT
Sakit Okean qurşağı vaxtı ilə 16:44
San Fransisko, Kaliforniya
Ofis binasının eyvanından San-Fransisko körfəzinə gözəl mənzərə açılırdı. Buradan Günəş tutulmasını izləmək üçün Jirardelli meydanına toplaşan insanlar görünürdü. Lakin Dorini cəlb edən bu deyildi. Onu, ömründə yalnız bir dəfə görə
biləcəyi mənzərə maraqlandırırdı.
Göyün tən ortasında körfəzin göy suları üzərində qara Günəş asılmışdı.
Məhz bu gün üçün Dorin optikadan tünd şüşəli eynək almışdı. Göydə qara dairə şəklində görünən Günəş parlaq, uzun dilləri ilə insanları heyrətə gətirirdi. Astronomiya sahəsindən olan ekspertlərin CNN kanalına verdiyi məlumata görə, həmin gün Günəşin qeyri-adi yüksək aktivliyi tutulmanı daha da mənzərəli edəcək. Və onlar yanılmamışdılar.
Dorinin ətraflında dayanan hüquq firmasının katibləri və
digər işçiləri bu gözəl mənzərəni seyr edərkən, heyranlıqlarını müxtəlif səs ifadələrilə bildirirdilər. Radio vasitəsi ilə astronomların növbəti məlumatı verildi. CNN xəbərdarlıq edir ki, atmosferin üst qatının yüklü zərrəciklər tərəfindən topa tutulması nəticəsində efirdə bəzi nöqsanlar baş verə bilər.
Körfəzin sularında qara Günəşin əksi o qədər gözəl görünürdü ki, Dorin bu mənzərədən gözlərini ayıra bilmirdi.
Bu gözəl zamanda yaşamaq onun üçün bir şans idi.
– Ey, hiss etdiniz? – deyə xanım katiblərdən biri təlaşla soruşdu.
16
Ayaqları altında zəif titrətmə hiss edən Dorin, qızın nə
demək istədiyini başa düşdü. Artıq dibçəklər də tərpənməyə
başladı və radiodan yalnız fısıltı səsləri eşidilirdi.
Zəlzələ! – deyə kimsə qışqırdı.
San-Fransiskoda yaşayan bəzi insanlar üçün bu titrəyiş
çaxnaşma yaratmaq üçün səbəb deyildi. Amma yenə də
şüurun dərinliyində bir xoşagəlməz fikir oyanırdı: “Bəlkə bu dəfə güclü olacaq?”
Firmanın böyüyü hamıya içəri keçməyi əmr etdi. Eyvan-da toplaşanlar, bir-birini itəliyərək içəri keçməyə can atırdılar.
Dorin sonuncu dəfə göyə baxdı. Buradan elə görünürdü ki, sanki hansısa nəhəng göydə böyük qara dəlik açıb. Elə bu an Dorin cır-cındır geyimli evsiz qadını və onun dediklərini xatırladı: “Bu gün biz hamımız öləcəyik”.
Dorin otağa getdi. Eyvan ayaqları altında titrəməyə
başladı. Bəli, bu adi zəlzələyə oxşamırdı.
– Tez olun! Qurtulmaq lazımdır! – deyə bosssəsələndi.
Dorin içəri otağa atıldı, lakin ürəyinin dərinliyində o başa düşürdü ki, qurtuluş tapmaq çətin olacaq və onlar öləcəklər.
Okean qurşağı vaxtı ilə 16: 44 (yerli vaxtla 1444)
Alleut adaları. Alyaska
Qayanın buzlu zirvəsində dayanan Cimmi yavaş-yavaş
yoxa çıxan Günəşə baxırdı. Küçüyü Nanuk isə təlaşlı halda onun yanında fırlanırdı Həyəcandan soyuğu da unudan üç ingilis turisti görüntüdən zövq alırdılar. Bu tarixi an foto-apparat və kameraların yaddaşına köçürülürdü.
Cimmi dərindən ah çəkdi və soyuq daşın üstünə oturdu.
Ağacdan düzəldilmiş bütə söykənərək, o Sakit Okean üzərində vüsət almış qara günəşə baxırdı. Bu qeyri-adi təbii 17
işıqlandırmada adalar sanki donub qalmış və qeyri-real görünürdü. Hətta dənizin gümüşü-parıltılı rəngə çalan üzü də
donuq görünürdü.
Səhər açılandan bəri küçük Nanuk narahat idi və elə hey mırıldanırdı. Yəqin ki, o Günəşlə nə baş verdiyini başa düş-mədiyindən belə idi.
– Narahat olma, balaca, – deyə sahibi onu pıçıltılı səslə sakitləşdirdi – Bu sadəcə günəşi udmaq istəyən ac balinadır.
Cimmi əlini uzadıb küçüyü sığallamaq istədi, amma onu yanında görmədi. O, qaşqabaqlı halda arxaya boylandı, küçük isə Günəşə deyil, şimala doğru baxırdı. Cimmi itin baxışlarını izləyərək, təəcüblü halda ah çəkdi.
– Aman Tanrım!
Şimalda Günəşin tutulmasından qaralan göy üzü dal-ğavari və dövriyyələrlə göy rəngin bütün çalarlarını alırdı.
Cimmi o dəqiqə anladı ki, onun izlədiyi şimal şəfəqidir.
Ancaq o heç vaxt onun belə intensivliyini görməmişdi, həm də indi zaman da uyğun deyildi.
Şüalar yel kimi fırlanıb qalxır və sanki səmada daha bir parıltı, dəniz əmələ gəlirdi.
– Mən elə bilirdim ilin bu vaxtı şimal şəfəqi olmur – deyə, ingilislərdən biri çığırdı.
Elədir – deyə, Cimmi cavab verdi.
Eylin adlı ingilis xanımı əlindəki kamera ilə Cimmiyə tərəf addımladı.
Necə də gözəldir! Bu Günəş tutulmasından daha da yaxşıdır.
Cimmi cavab vermədi. İnuitlər üçün şəfəqinin baş
verməsi müxtəlif əlamətlər və sirlərlə əlaqəli idi. Yayda, şimal şəfəqinin əmələ gəlməsini onlar hansısa bəlanın baş verməsi kimi qəbul edirdilər.
18
–Bu nədir? – deyə, Eylin soruşdu. Torpaq doğrudan da titrəyir, yoxsa bu mənə elə gəlir?
–Eylinə cavab olaraq möhkəm yeraltı təkan baş verdi.
Ada öz iri daş bədənilə lərzəyə gəldi. Eylin qışqıraraq qorxu içində yerə yıxıldı və digər iki turist onun köməyinə atıldılar.
Cimmi ağacdan olan bütdən yapışdığına görə yıxılmadı.
– Nə edək? – Eylin qışqırdı.
– Narahat olma, bir-bir buradan qurtulacayıq – deyə ingilislərdən biri cavab verdi.
– Aman Tanrım! – deyə Cimmi bir anlıq fikirləşdi. Yaxşı ki, hal-hazırda oğlum buralardan uzaqlaşdı.
Alleut adalarının ən uzaq torpaqları sanki yavaş-yavaş
Sakit Okean sularında itirdi. Bu gün sanki okean Tanrıları o torpaqlar uğrunda öz hüquqlarını müdafiə etmək üçün gəlmişdilər.
Sakit Okean qurşağı ilə 16:44 (yerli vaxtla 10:44)
Alanya, Quam torpağı
Quberniya valisinin qış bağında dayanan Cefri Günəş
tutulmasını seyr edirdi. 26 yaşına qədər, bir neçə dəfə cüzi Günəş tutulmasını izləsə də, tam Günəş tutulmasını birinci dəfə görürdü. Quam adası Yer səthinin ensiz zolağında yer-ləşdiyinə görə, Günəş tutulması buradan daha aydın görünürdü. Elə buna görə də, sammitin keçirilməsi üçün məhz bu ada seçilmişdi.
Cefri dövlət katibi Elliotun qeydlərini bilgisayarda yazıb qurtarandan sonra, inanılmaz tamaşanı izləmək üçün də vaxtı qalmışdı O, ucuz eynəyi gözünə taxıb, digər amerikalı nümayəndələr ilə birlikdə bağın qərb tərəfdə yerləşən qapısının yanında dayanmışdı. Çinlilər isə həyətin qarşı tərəfində top-19
lanmışdılar. Adama elə gəlirdi ki, bu iki qrupu da Sakit Okean ayırır.
Cefri bu iki qrup arasında hiss olunan gərginliyə məhəl qoymadan, Günəşin möhtəşəm görüntüsündən zövq alırdı.
Bu an o bir səs eşitdi:
– Çox gözəldir, deyilmi?
Cefri üzünü çevirdi və yenidən, artıq ikinci dəfə, prezident Bişopu gördü.
– Cənab prezident! – Cefri eynəyini çıxarmaq istəyirdi ki, prezident ona mane oldu.
– Lazım deyil, çıxarmayın. Seyrinizə davam edin. Belə bir gözəlliyi yəqin ki, bir də iyirmi ildən sonra görə biləcəyik.
– Bəli, cənab.
Hər ikisi göyə baxmağa davam etdilər. Prezident elə göyə
baxa-baxa dedi:
– Çin inanclarına görə, Günəş tutulması həyatda baş verən əsas dəyişikliklər müjdəçisidir – ya yaxşıya doğru, ya da əksinə.
– Əminəm ki, yaxşıya doğru dəyişər, həm də hər iki xalq üçün, – deyə Cefri dilləndi.
Prezident Bişop əlini Cefrinin çiyninə qoyaraq dedi:
– Ax, budur gənclik optimizmi! Siz vitse-prezidentlə söh-bətləşsəniz, yaxşı olar. Siz onunla həyat sevgisini paylaşa bilərsiniz və o da sizinlə həyata real baxışlarını, – deyə öz zarafatından məmnun olub, istehza ilə gülümsündü.
Cefri bu sözlərin mənasını başa düşdü. Vitse-prezident Lorens Neyfin kommunizmin son istinadgahlarından biri ilə
əlaqələrin hansı tərzdə qurulmasına dair xüsusi fikirləri var idi. Lorens Neyf aşkarda Bişopun diplomatik vasitələrin köməyilə Çinlə aralarında olan qarışıqlığı həll etmək niyyətini dəstəklədi. Lakin buna baxmayaraq, o özünü teleka-20
meralardan uzaq tutaraq, daha aqressiv mübarizəyə üstünlük verirdi.
– Siz hökmən bu ziddiyətləri aradan qaldırmağı baca-racaqsınız, mənim buna heç şübhəm yoxdur, – Cefri dedi.
–Yenə də sizin optimizminiz.
Dövlət katibi jestlərlə prezidenti səslədi və otağa keçməsini rica etdi. Prezident yenidən əlini Cefrinin çiyninə
qoyub, gülümsünərək dedi:
– Deyəsən, yenidən Amerika-Çin münasibətlərini yoluna qoymaq məqamı yetişib.
Prezident sözünü ağzında tamamlamışdır ki, möhkəm titrəyiş hiss olundu. Hələ də əli Cefrinin çiynində olan prezident onu sıxdı. Hər ikisi ayaqda möhkəm dayanmağa çalışdılar.
– Zəlzələ! – deyə Cefri qışqırdı.
Ətrafda pəncərələrin şüşələri qırıldı. Cefri şüşə
qırıntılarından qorunmaq üçün özünü ovucları ilə tutdu.
Quberniya valisinin bütün pəncərələri eyni anda qırılıb yerə
töküldü. Pəncərənin yanında duran bir neçə adam bu şüşə
qırıntılarından yaralanaraq, qan içində yerdə uzanmışdılar.
Cefri kömək məqsədilə irəli atılmaq istəsə də, prezidenti tək buraxa bilmədi. Digər tərəfdə ola Çin nümayəndələri sığınacaq məqsədilə evin içərisinə atıldılar.
Cefri ayaqları altında dəhşətli uğultu hiss etdi. Dövlət katibi bir qrup məxfi agentin əhatəsində izdihamı yararaq irəli addımlayırdı. Nəhayət, prezidentin yanına çataraq, onun əlindən yapışdı və dedi:
– Tez ol, Den, bir nömrəli borta qayıtmaq lazımdır! Bu ada yerlə-yeksan olmamış, mən sənin təhlükısiz bir yerdə
olmağını istəyirəm! Prezident onun əlini itələdi.
21
– Yox, mən bacarmaram.... – lakin sözünü sona çatdıra bilmədi. Haradasa, cənub tərəfdə möhkəm partlayış səsi eşidildi.
Cefri birinci olaraq dedi:
– Cənab prezident, siz getməlisiniz!
Prezident Bişopun üzərində gərginlik və təşviş hiss olunurdu. Cefri bu insanın Vyetnamda qulluq etdiyini bilirdi və bilirdi ki, onu yolundan döndərmək o qədər də asan deyil.
Sən bacarmalısan! Sənin özünü riskə atmağa haqqın yoxdur, Den!
Nəhayət, prezident razılaşdı.
– Yaxşı, gedək – deyə razılaşdı. Amma mən özümü qorxaq kimi hiss edirəm.
Prezident iki cangüdənin əhatəsində çıxış qapısına tərəf addımladı, dövlət katibi isə Cefriyə baxıb dedi:
– İndi limuzini gətirəcəklər. Sən prezidentin yanında qal və nəzarət et ki, o mütləq təyyarəyə minsin.
– Bəs..... bəs siz?
– Mən çalışacam ki, nümayəndələrimizdən bacardığım qədər toplayıb aeroporta çatdırım. Getməmişdən əvvəl Elliot Cefriyə sərt baxışlarla baxıb əlavə etdi: – Nəzarət et ki, vaxtında qalxsın və prezident burada tələyə düşməsin. Bizi gözləməyin.
Cefri razılıq etdi və çıxışa doğru tələsdi.
Prezidentə çatan Cefri, onun dodaqaltı nə isə öz-özünə
danışdığını gördü.
Deyəsən, çinlilər haqlıydırlar.
22
III
Və sonra
Sakit Okean qurşağı vaxtı ilə 18:45
San Fransisko, Kaliforniya
Gecə yaxınlaşırdı. Dorin Makklaud əyri-üyrü asfalt ilə
Rusiya təpələrinə doğru istiqamətlənir. Dorin sağ qalanardan eşidib ki, xilasetmə dəstəsinin könüllüləri orada bir düşərgə
dü-zəldiblər.
Dorin son dərəcə ac və susuz idi və hava da get-gedə so-yuyurdu. Nəhayət ki, yeraltı təkanlar sakitləşdi, lakin onlar artıq öz işini görmüşdülər.
Belə ki, San-Fransisko tamamilə dağılmışdı.
Dorinin ayaqları yorğunluqdan əsirdi. Dorin arxaya boylandı və okean sahilindəki o gözəl şəhərin yerlə-yeksan olduğunu gördü. Bu mənzərə duman tüstüsündə alovlanan şəfəq şölələrini sanki cəhənnəm təsvirinə bənzədirdi. Şəhər elə bil üstündən nəhəng çəkiclə vurulmuş kimi görünürdi.
Təcili yardım maşınları gəlməkdə davam edirdi, ancaq xilas etməyə daha adam qalmamışdı. Salamat qalan binaları barmaqla saymaq olardı. Dorin qarşısına çıxan meyitləri gör-dükcə nitqi tutulurdu. Dorin özü də yaralanmışdı və
başından qan axırdı, lakin yaranın ağrısından daha çox ətrafdakı insanların dağılmıç evləri qarşısında dayanmaları onun ürəyini ağrıdırdı. Bütün bu insanların baxışları demək olar ki, eyni idi – ölü və boş.
Növbəti təpənin başında bir parıltı göründü. Bu yanğın alovu deyildi. Bu düz işıq Dorinin qəlbində sönmüş olan ümidi, sanki bərpa etmiş oldu. Bu, yəqin ki, xilasetmə
23
düşərgəsi idi! O, addımlarını yeyinləşdirərək, sürətini bir az da artırdı.
Nəhayət, Dorin işıq gələn tərəfə çatdı. Təsərrüfat dü-kanının qarşısında xeyli kişi toplanmışdı. Orada olan ye-şiklərin içərisindən fənərləri götürüb, bir-birlərinə payladılar.
Bu fənərlər qaranlıq vaxtı onlara çox lazım olacaqdı.
Dorin bir az daha toplaşanlara yaxınlaşdı. Bəlkə ona da bir fənər verəcəklər deyə öz-özünə düşündü.
Dorin iki kişinin ona tərəf baxdığını görüb, kömək is-təmək məqsədilə onlara yaxınlaşmaq istədi. Lakin bu baxışlar ona xoş gəlmədi. O, ayaq saxladı və qəribə bir şey onun nəzərini cəlb etdi. Bütün kişilərin geyimləri eyni idi. Daha diqqətlə baxdıqda geyimlərin üzərində belə bir yazı oxudu:
“Kaliforniya bələdiyyə həbsxanası, məhkum”. Onlar gülümsünərək Dorinə baxırdılar.
Dorin üzünü çevirib tələsik oradan uzaqlaşmaq istədi, lakin cinayətkarlardan biri ilə toqquşdu. Dorin onu itələmək istədi, ancaq cani onun üzərinə bir şillə vurdu və Dorin yerə
yıxıldı. Digər məhkumlar da ona yaxınlaşdı.
– Yox, yox – büzüşmüş halda inildəyərək dedi.
Buraxın onu, vaxtımlız yoxdur – deyə cinayətkar lardan biri kobudcasına səsələndi. Milli qvardiya gəlməmiş, bu zəhrimara qalməş şəhərdən canımızı qurtarmalıyıq.
Dorin bu qorxulu insanların getdiyini görüb bir qədər arxayınlaşdı və elə bu arxayınlıqdan da möhkəm hönkürüb ağlamağa başladı.
Dorin başını qaldırıb onu xilas edən məhkuma təşəkkürünü bildirmək istəyirdi ki, üzünə tərəf istiqamət almış tapança lüləyini gördü.
– Daha çox patron götürün, qaz balonları da yaddan çıxmasın! – deyə kişi digər məhkumlara əmr etdi.
24
Daha sonra heç qadının üzünə baxmayıb tətiyi çəkdi.
Dorinin bədəni atəşdən bir kənara atıldı, bütün dünya gözündə qaraldı və yox oldu.
Sakit Okean qurşağı vaxtı ilə 20:15, yerli vaxtla 18:15
Alleut adaları, Alyaska
Gecə idi. Baş verən Cimmi Pamatuku okean sularına atılmışdı. O, ağacdan düzəldilmiş bütdən möhkəm yapıçaraq suyun üzərində durmağa çalışırdı.
Hələ suya düşməmişdən bir neçə saat əvvəl Cimi ağacdan düzəldilmiş bütü balta vasitəsilə bərkidilmiş
yerindən ayırıb suya atmışdı. İngilis turistləri isə Port-Roys istiqamətinə qaçırdılar, baxmayaraq ki, Cimmi onların ölümə
doğru getdiklərini xəbərdarlıq edirdi. Onlar düşdükləri təlaşdan heç nə eşitmirdilər.
Tək qalan Cimmi özünü suya atıb, əvvəlcədən suya atdığı bütdən yapışır. Sıldırım qaya üzərində yalnız nanuk qalmışdır. O, qayanın üstündə ora- Bura var-gəl edərək nə
edəcəyini bilmirdi. Cimmi onu xilas etmək üçün heç nə edə
bilmirdi. Hələ bir özü sağ-salamat qala bilsəydi!
Çox böyük çətinlikə bütün üstünə oturdu və əlləri ilə
avar çəkməyə başladı. O irəlidə salamat qalmış adalara doğru istiqamətlənmişdir.
Birdən möcüzə baş verdi. Qəfildən Cimmi Nanukun hürməyini eşitdi. Bu doğrudan da Nanuk idi. O, arxaya baxdı və ona doğru üzən iti gördü.
Hə Nanuk, gəl oğlum! – deyə Cimmi qışqırdı. Cimminin soyuqdan göyərmiş dodaqlarında gülüş əmələ gəldi.
Lakin birdən o, itin üzən qəribə bir şey gördü. Aman Tanrım! Bu ki, balinadır!
25
Cimmini ürəyi sıxıldı. O, əlini itə doğru uzatsa da, artıq gec idi. Cimmi dostunun xilas olması üçün əcdadlarının Tanrısına dua etməyə başladı.
Birdən it suda yoxa çıxdı və okean suları qırmızı rəngə
boyandı. Bu görüntü Cimmiyə çox pis təsir etdi. O an balina da oradan uzaqlaşdı.
Bir azdan göyün üzündə qeyri-təbii qırmızı içıq göründü.
Cimmi üzünü göyə qaldırdı. Bu işıq xüsusi xilasetmə
katerindən atılan siqnal atəşi idi. Cimmi əlini havada yellədərək qışqırdı:
– Kömək edin!
Qayıqdan fit səsi eşidildi. Onu görmüşdülər. Sonra qayıq tərəfdən meqafondan çıxan bir səs gəldi:
Biz sizi görürük! Tərpənməyin, olduğunuz yerdə qalın!
Əlini aşağı yendirərərk, daha rahat oturdu və arxayınçılıqdan dərin nəfəs aldı. Lakin birdən o, yanında hansısa bir varlıq olduğunu hiss etdi. Düz yanında qara uzun üzgəc göründü. Cimmi astaca ayaqlarını sudan çıxartdı.
О проекте
О подписке
Другие проекты