Читать книгу «Odərlər» онлайн полностью📖 — Шамиля Садига — MyBook.
image
cover

Şəmil Sadiq
OdƏrlər

tarixi-fəlsəfi roman

MÜƏLLİFDƏN

Uzun illər məni düşündürən, daha doğrusu narahat edən fəlsəfi bir mövzunu araşdırma romanı kimi yazmağı arzulasam da, sonda çox dəyərli bir dostumun təklifi üzrə milli taleyimizi düşündürən süjetlə birgə yazdım. Yazdıqca tarixi-fəlsəfi fikirlə-rim gah həqiqətlərlə, gah fantastik ideyalarla dost oldular. Müxtəlif oxucu kütləsi üçün həm maraqlı, həm qəbuledilməz, həm mübahisəli məqamlarla, həm də aktual problemlərlə zən-gin olan bir romana çevrildi.

Mən məqsədimə çatdım. Millətimin şanlı tarixini və görmək istədiyim gələcəyini ürəyimin səsinə qulaq asaraq təxəyyülü-mün köməyi ilə yazdım. Romanın müxtəlif dünyagörüşlü insa-nımızın qınaq obyektinə çevriləcəyini bilirəm. Amma zərrə qə-dər də kimlərinsə fikrinə hörmətsiz yanaşmaq fikrində olma-dım. Və bundan daima uzaq olmağa çalışdım. Əsərdəki qəhrə-manlar tanıdığım dostlarımın prototipidir. Bu qəhrəmanlar nə qədər ziddiyyətli dünyagörüşə sahib olsalar da, həmişə bir amalda bütün fikirlər üst-üstə düşür. Bu amal isə millətdir! Hər şeydən öncə millət!..

Dədə Əfəndinin söhbətlərini romana salmaqda öncə çox tə-rəddüdlü idim. Hətta romanın altı ay bundan öncə hazır olma-sına baxmayaraq, məhz milli düşüncə tərzinin carçısı Dədə Əfəndinin söhbətlərinə görə düşünməyə qərar verdim. Və son-da heç bir düzəliş etmədən çapa göndərdim.

Qəhrəmanım Arslan Sultanbəyli Türk millətinin tarixinin gizlin mətləblərini ortaya çıxartmaq üçün oxuduğum tarixi mənbələrin izi ilə Dədə Əfəndinin tövsiyələri əsasında öncə Şu-şaya getdi. Əməliyyatı şərəflə və uğurla başa vurdu. Roman üç hissədən ibarət olacağı üçün bu, birinci kitabdır. İkinci kitabda Arslan Sultanbəyli Ulu Şaman Məclisinin tapşırığı ilə Çinə, üçüncü kitabda isə Vatikana getməlidir. Ümid edirəm ki, oxu-cuları intizarda saxlamadan ikinci və üçüncü kitabları da yaza-cağam. Yəqin ki, oxucuların münasibəti digər kitabların yazıl-ması üçün böyük stimul verəcək.

Romanın ərsəyə gəlməsində bir çox mütəxəssisdən və dost-larımdan məsləhətlər və dəstək aldım. Onlardan həmişəki kimi ilk oxucum, tövsiyələri ilə daima düzgün yolu göstərərək dəs-tək verən həyat yoldaşım Zülfiyyə Sadıqovaya, coğrafi xəritə-lərlə işləməkdə daima yardım edən coğrafiyaşünas Famil İsaye-və, tarixi faktları dəqiqləşdirməkdə hər zəngimə və çağırışıma səs verən tarixçi Amil Həsənova və arxeoloq Elvin Əliyevə, iş-ğal altında olan bölgələrimizi uzaqdan da olsa, görməyimə və dağlar-dərələrlə tanış olmağım üçün mənimlə bərabər gecəsini-gündüzünə qatan Rahil Zülfəliyevə, ingilis dilli mənbələri araş-dırmaqda yardım edən Fərid Hüseynliyə, zəngin kitabxana və materiallarla təmin edən Əli İbrahimbəyliyə, hərbi terminləri dəqiqləşdirməyimdə yardım edən keçmiş döyüşçümüz Heydər Rəhimova, qazimiz Kənan Nəcəfov və Sevindik Mehman ilk oxucu kimi tənqidi münasibətlərinə görə tanınmış ziyalılarımız Müşfiq XANa, Elçin Əlibəyliyə, Cəlil Cavanşirə, Elxan Nəcəfo-va, Yusif Alı Afşara, Zöhrə Cəfərovaya, Günel Məmmədovaya və adının çəkilməsini istəməyən və XÜSUSİ məsləhətlər verən dostlarıma dərin minnətdarlığımı bildirirəm.

Daima stumul aldığım, əsərləri ilə həyat konsepsiyamı for-malaşdırdığım ustadım, romanın ilk oxucusu, böyük yazıçımız İsa Muğannaya bir ömür boyu minnətdar olacağımı bildirmək-dən qürur duyuram.

İnanıram ki, süjet xətti təxəyyülümün məhsulu olan bu ro-man tezliklə oxucu rəğbəti qazanacaq.

Ali roman

Yazıçı və müəllim Şəmil Sadiqin erməni separatçıları ilə mü-barizəyə həsr olunmuş "OdƏrlər" romanı nadir əsərdir. Nadir-lik süjet xəttinin son dərəcə orijinallığı, ölkələr, siyasətlər, din-lər, təriqətlər haqqında məlumatın zənginliyindədir. Ziyalı oxu-cu müəllifin, şəksiz, şübhəsiz, böyük istedadının məhsulunu tə-şəkkür hissi ilə qarşılayacaq və Azərbaycan ədəbiyyatına belə bir istedadın gəlməsi ilə fəxr edəcək. Adi oxucu isə romandakı mə-lumatın genişliyindən beynində genişlənmə duyacaq. Öz xalqı-na belə duyğular aşılamaq hər yazıçıya nəsib olmur.

Çox mənalı, müdrik, ali roman yazmısan. Sevinə-sevinə təb-rik edirəm. Böyüksən. Amma daha böyük gələcəyini gözləyi-rəm… Xahiş edirəm səhifələrin arxasındakı qeydlərimə laqeyd olma… Çünki bizim ikimizin taleyi var bu kitabda. Tale birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat birliyi böyük, nadir xoşbəxt-likdir…

İsa Muğanna. 19.04.2013
Milli Qəhrəman Mübariz İbrahimovun və  “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun əziz xatirəsinə ithaf edirəm.

Ölüm var ki, həyat qədər dəyərli…

Hüseyn Cavid

1

Qısa bir zamanda dünyadan bixəbər ucqar kənddə yaşayan kəndlilər xəbər tutdu ki, kəndə nalyığan gəlib. Hamı bir-birinə dəymişdi. Dağ kəndində heç kimin ağlına gələ bilməyəcəyi bir hadisə baş vermişdi. Şəhərdən gəldi-yi ehtimal edilən bir nəfər nal yığırdı. Həm də köhnə nal. Nala verilən pulla dörd təzə nal almaq olardı. Bu işə ən çox sevinən kəndin uşaqları idi, çünki küçələrdən tapdıq-ları dəmir qırıntıları onları xeyli varlandıracaqdı. Amma nə fayda? Nalı hardan tapaydılar bu binəvalar? Texnika-nın inkişafından sonra kənddə atı olan kişilərin sayı azal-mışdı. Lakin bu kənd dağ döşündə olduğu üçün heç ol-masa, iki-üç evə bir at düşürdü. Onların da çoxu yük da-şımaq üçün yaramırdı. Təbiət qoynunda yerləşən bu kən-də yerli turistlər çox gəldiyindən kəndlilər qonaqları bu atlarda dövrəsi bir manata gəzdirirdilər. Yazıq atlar yabı-ya dönmüşdülər. Yalı yoluq toyuqlara bənzəyən atların qabırğaları sananır, quyruğu iki qıçının arasına qısılır, dizləri isə arıqlıqdan bir-birinə dəyirdı. Bir vaxtlar bellə-rində igidlər daşıyan, mərd oğulları döyüşlərə aparan, öz sahibinin öldüyünü, yaralandığını görüb onu qoruyan at-lar indi kimlərinsə əyləncə vasitəsi idi. Atların belinə mi-nənlər ya haram pullardan harınlamış qarınqulular, ya dağın döşündə yeyib-içəndən sonra əylənməyə bir şey tapmayanlar, ya da kişiliyin, ərliyin, mərdliyin nə oldu-ğundan xəbərsiz, əqidəsiz insanların əqidəsizlik əqidəsi ilə böyüyən harın balaları idi. Ən yaxşı halda, tələbələr olardı ki, onların da arasında at belinə minməyə cürəti ça-tanı az idi. Çünki at belinə minib qürrələnməyə qanında türk qanı daşıyıb özünü türk adlandıran şəxsin gərək mə-nəvi haqqı olaydı… Axı at belinə mindinsə özündə bir tə-pər hiss etməlisən, düşmən üstünə yeriməlisən… Türklər iki halda ata minərdilər: bir yağı düşmən üstünə gedəndə, bir də qələbə çalıb, şadyanalıq edəndə… Yoxsa ki, at mey-mun deyil ki, onunla oynayasan…

Deyəsən, türk oğlu atı və at minməyi çoxdan yadırğa-mışdı. Atlar yabılaşıb, igidlər qorxaqlaşıb sıradan çıxmaq-da idi.

Atların da başqa çarələri yox idi: yüyəni onun tale azadlığına qənim kəsilmiş, düzgün yolu azmış bəni-insa-nın əlində idi. Yazıq atların nə kükrəməyə, nə də kişnə-məyə heyləri vardı. Zorlanmış və taleyi ilə barışmış kim-səsiz qadınlar kimi, bu atlar da insanların nazı ilə oynayır, “səhər naxıra, axşam axura” prinsipi ilə həyatı yola verir-dilər.

Hə, belə atlara nal nə gərəkdi ki? Gərək olmadığı üçün şəhərdən gələn nalyığan cəmi 14-15 nal yığa bilmiş-di. Amma hələ də istədiyi köhnə nalı tapa bilməmişdi. Ona daha çox nal lazım olduğunu eşidən kəndlilər nalyı-ğanı qoca Dəmirçioğlunun yanına göndərdilər. Bu nal-bəndə ona görə Dəmirçioğlu deyirdilər ki, o da cavanlı-ğında güclü olmuş, çox özündən deyən Koroğluları sın-dırmışdı. Qolunun gücü, dizinin təpəri bu yaşında onu köməyə möhtac olmaqdan qoruyurdu. Hər işini özü gö-rərdi. Qoca nalbənd bu yaşa kimi heç evlənməmişdi, am-ma kəndin bütün uşaqları özlərini Dəmirçioğlunun nəvə-nəticəsi, Dəmirçioğlunu da özlərinə baba hesab edirdilər.

Nalyığan qoca nalbənd haqqında eşidib birbaşa onun yanına yollandı:

– Yorulmayasan, ay usta!

– Sağ ol, a bala! Sağ ol! Qərib adama bənzəyirsən. Bu-ralarda xeyir ola?

– Hə, dayı, Bakıdan gəlmişəm. Köhnə nal alıram.

– Həəə, o dedikləri sənmişsən? Bu sözü elə dedi ki, elə bil, nalyığan haqqında o nəsə bilirdi.

– Bu köhnə nalları neynirsən belə? Həm də eşitmi-şəm, baha qiymətə alırsan.

– Dayı, deyəcəm, güləcəksən. Bu varlılar var ha, mən onların bağlarına baxıram. Yığdığım nalları onlara sata-cam ki, qapılarının üstünə vursunlar, nəzər dəyməsin.

Nalbənd gülümsündü: – Sənin bu nal məsələn “Yan tütəyinə” çevrilməsin ha!

– Sən narahat olma, ay dayı, mən nə etdiyimi yaxşı bilirəm. Sən de görüm, mənə nal verirsən, ya yox?

Nalbənd onu dəmirçixananın kiçik otağına aparıb is-tədiyi qədər nal götürməsinə icazə verdi. Orda çoxlu nal var idi. Bu, nalyığanı sevindirsə də, istədiyi nalı tapmaq üçün xeyli çalışdı. Bu qədər nalın içində onun axtardığını tapması çox çətin idi. Nalbənd bu nalların hamısını ona verdiyini desə də, nalyığan sanki nalları seçirdi. Bunun şübhə doğuracağını hiss edən nalyığan bütün nalları bir kisəyə yığıb köhnə “Moskviç” markalı maşınına qoydu. Nalbəndə xeyli təşəkkür edib maşınını işə salanda nal-bəndin astadan pıçıldadığı zərbi-məsəli eşitdi:

– “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar”.

Bu hadisədən bir neçə gün keçdi. Nalyığan yenə nal-bəndin yanına gəldi. Əlində gətirdiyi nalı nalbəndə göstə-rib ona yalnız bu naldan lazım olduğunu söylədi. Dünya-görmüş qoca bu nalı görən kimi, nəsə baş verdiyini anla-dı. Amma anladığını hələ ki, büruzə verə bilməzdi. İşin axırı onun üçün maraqlı idi. Ona görə də üzünü nalyığa-na tutub dedi:

– Oğul, dərdin nədirsə açıq de, mən sənə hər cür kö-mək edərəm. Niyə məhz bu nalı soruşursan? Bunu düz desən, sənə kömək edərəm.

– Dayı, bəlkə, bunun niyəsini soruşmayasan, amma mənə kömək etsən, elə bil, xalqa kömək edirsən. Axı sən bu el-obanın ağsaqqalı sayılırsan.

Qoca yenə həmin zərbi-məsəli özünəməxsus tərzdə pıçıldadı. Amma bu dəfə üç misranı qəlbində, “bir igid bir eli qurtarar” misrasını isə ucadan dedi. Sonra da bu nalı yalnız Lahıcdakı Ata kişinin düzəltdiyini bildirdi. Onun nalları da möhkəm olur, mıxları da. Ona görə də onun yanına daha çox seçilmiş adamlar gəlir. Seçilmişlər pullular deyil ha, bala, doğrudan da seçilmiş hesab edil-məsə, Ata kişi onun atına bu naldan vurmaz. Onun yanı-na get, bəlkə, sənə kömək etdi. Nalyığan maşınını işə sal-maq istəyəndə nalbənd qoymadı. Dedi ki, Lahıcın yolu çox pisdir, həm də maşın yolu uzun olar. Əgər at minə bi-lirsənsə, mən öz Qarabağ atımı verim, onunla get. Nalyı-ğan nalbəndin bu mərdanə hərəkətinin səbəbini tam anla-masa da, el-obasında belə qeyrətli kişilərin hələ də qalma-sına sevindi. Dünyanın şər xislətli insanların əlində ol-masına baxmayaraq, yaxşı adamlar hələ də vardı. Ağsaq-qal, sözünün, əməlinin yerini bilən kişilər haqqında xal-qın işlətdiyi “Köhnə kişilərdəndir” ifadəsi, elə bil, Dəmir-çi-oğlunun boyuna biçilmişdi. Tanımadığı bir adama öz atını təklif etmək, özü də az tapılan cinsdən olan Qarabağ atını vermək hər kişinin işi deyildi.

Bu düşüncələrdən onu ayıran nalbəndin bir qəşəng atı gətirməsi oldu: – Oğul, Qarabağ atları dağlıq ərazilər-də daha mükəmməl olurlar. Bu atların çaparaq yerişi var. Yorğa və çevik olurlar.

Nalyığan atı gördükdə türk ruhu sanki cövlan etdi, hündür, çevik, addımları səlis, bədən quruluşu möhkəm olan bu atın belində yalmanına yata-yata Orta Asiyanın yovşanlı çöllərindən, Cıdır düzünə, Cıdır düzündən Ana-dolu çöllərinə qədər çapmaq, sonra da Krıma çapıb Avro-paya tərəf şahə qalxaraq qarşısındakıların qorxudan bə-rəlmiş gözlərini görmək arzusu ürəyindən keçdi. Atın yaxşı inkişaf etmiş alın və burun sümükləri, qabarıq göz-ləri, gödək və hündür duruşlu sürahi boynu nalyığanı sehrləmişdi. Qarabağ cinsli atlara xarakterik olan orta bo-ya, yorğa duruşa, balaca başa, düz belə, enli döşə və göv-dəyə, quru ayaqlara məxsus olan bu atın sarı-qızılı rəngi göz qamaşdırırdı. Çox qeyri-adi bir rəng idi… Deyilənə görə, kürən, qızılı kəhər, qızılı-qonur rəngli atlar bu rən-gin törəməsi idi. Nalyığan özünü nağıllar aləmində hiss etdi… Uca dağların, sərin bulaqların, geniş səmanın altın-da və bu atın qarşısında ovsunlanmışdı. Özünü saxlaya bilmədi, öz atı ilə haqlı olaraq qürur duyan Dəmirçioğlu-na tərəf getdi. Qeyri-iradi olaraq yumşaq, parıltılı, ipək ki-mi nazik dərisinə əlini sürtdü. Atın dərisi əlinin altında günəş şüası kimi sürüşdü.

– Oğul, bu at Qarabağ atlarının qədim nəsli olan “Əl-yetməz” – “Ceyran” ayğırlarındandır.

Nalyığan Dəmirçioğluna qulaq asmırdı, elə bil, ac-gözlüklə tünd-şabalıdı rəngdə olan yalını və quyruğunun tüklərinin ucunu süzürdü.

– Adı “Şah”dır. Mənim əlimdən yüyəni alsan, ta ki, mənə təqdim edənəcən at sənin ən sadiq dostundur. Lahı-ca gedən kimi nalbənd Ata kişini soruş, hamı tanıyır, yeri-ni deyərlər, – dedi. Uzun danışmağı sevməyən qoca nal-bənd gözləri ilə onu yola saldı, əlləri ilə çörək ağacını gö-türdü, dili ilə də “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar” şeirini yeni, özünəməxsus tərzdə mahnı kimi zümzümə etdi.

* * *

Nalyığan Lahıca çatan kimi, Ata kişini soruşub onun yanına getdi. Salam verdi. Nalı göstərib ona bu naldan la-zım olduğunu dedikdə Ata kişi nalı ondan aldı və ikiqat əyilərək balaca taxta qapıdan içəri keçdi. Ata kişi o qədər cüssəli kişi idi ki, sanki nalları kimi o da seçilmişlərdən idi. Bir azdan həmin balaca qapıdan iki ortayaşlı kişi çıxdı və nalyığanı içəri dəvət etdi. Zil qaranlıq olan bu otaqdan başqa bir otağa apardılar. Nalyığan içəri keçən kimi qapı bağlandı və tamamilə qaranlıq oldu. Bir-iki dəfə “Ata ki-şi” – deyə səsləsə də, cavab gəlmədi.

Sakitcə nə baş verəcəyini gözləyən nalyığan geriyə çəkilib arxasını söykəyəcək bir divar tapdı və orada da-yandı. Nalbəndin onu tanıdığını və tələyə saldığını dü-şündü. Hətta ona tapşırılan bu işi tam olaraq yerinə yetirə bilmədiyi üçün özünü qınadı. Bu dəm Ata kişinin qalın və amiranə səsi eşidildi: – Sakitcə axşamı gözlə, hər şey ax-şam aydın olacaq, bir də əmin ol ki, bir at bir igidi qurta-rar, – deyib boylandığı kiçik bacanı bağladı.

Nalyığan sakitcə oturdu və gözlədi. Birdən göz-gözü görməyən bu qaranlıq otağın düz ortasında səs eşidildi, ardınca alovlanan məşəlin dilimləri rəqs etməyə başladı. Əlində məşəl tutmuş bir nəfər gəlib onu çıxdığı pilləkənlə aşağıya dəvət etdi. Əvvəlcə Nalyığan cəld bu əli məşəlli adamı zərərsizləşdirməyi düşünsə də, harda olduğunu, hara aparıldığını aydınlaşdırmaq istəyirdi.

Onu digər bir otağa saldı və qapını bağladı. Otağın ortasında bir od yanırdı. Qədim məbədləri xatırladan bu atəşgahın işıqlanmış divarları ona rahatlıq verdi, sanki ru-hunun dincəldiyini hiss etdi. Otağın ortası gümbəz for-masında idi, kənarlarında isə yaxşı görünməsə də, uldu-zun bir guşəsini xatırladan kiçik eyvanı sezmək olurdu. Nalyığan alovlanan məşələ doğru getdi. Onun qarşısında durub alovun ətrafına dolanaraq otağı seyr etdi.

На этой странице вы можете прочитать онлайн книгу «Odərlər», автора Шамиля Садига. Данная книга относится к жанрам: «Современная зарубежная литература», «Исторические приключения». Произведение затрагивает такие темы, как «реализм», «патриотизм». Книга «Odərlər» была издана в 0101 году. Приятного чтения!