Yovşan ətri ilə kim məst olmayıbsa, bu ətirdən qanı coşmayıbsa, qoy o bu kitabı oxumasın.
Və kim zil qara atın üstündə şahə qalxmağın gözəlliyini duymursa, çöl nəğməsindən könlünə fərəh gəlmirsə, o da bu kitabı kənara qoysun, o da müəllifi anlamayacaq.
Keçmişi və gələcəyi ilə maraqlanmayanlar, əcdadlarına və gələcək nəsillərə laqeyd olanlar! Lütfən siz də bu kitabı əlinizə götürməyin. Bu sizin üçün deyil.
Murad Adcı
Yox, Rusiya haqqında söhbəti coğrafiyasından, xalqından, az qala qurunun (Yerin) səkkizdə birini tutan torpağından, Qərbdə və Şərqdə yerləşən bir ölkədən, çoxlu Avropa və Asiya dillərində danışan (və ya danışmayan) ölkədən başlamayacağıq. Bunlar XIX əsrdə də, ondan qabaq da məlum idi.
Görünür, xalqların çoxluğu, torpağın genişliyi, uydurmaların bolluğu Şərqi Avropada bügünkü rusiyalıların müəyyən olunmasında bəzi mənasız söhbətlərə gətirmişdir. Ruslar kimdir onlar? Rusiya haradır bura?
Gülünc vəziyyətdir: Sibirdə irqi açıqca seçilən minlərlə monqoloidlər yaşayırlar; bunların sifətində slavyanlığın heç izi də, kölgəsi də yoxdur. Ancaq özlərinə rus deyirlər, yalnız rusca danışırlar və rus adları daşıyırlar. Nə vaxt və necə bu aşkar asiyalılar slavyan oldular?
Heç Rusiyanın tarixinə təəccüblənməyinə dəyməz bu, başdan-başa tapmacadır. Belə ki, ilk siyahıya almaya görə 1917-ci ilə qədər Rusiyada 196 xalq yaşayırdı, sovet hakimiyyətindən sonra yüzə qədəri qalıb. Qalanlarını komissarlar sadəcə olaraq siyahıdan siliblər, rusların və ya başqa xalqların üstünə yazıblar; o zamanlar hakimiyyətin göstərişi ilə insanın milliyyətinə onun əmlakına baxılan kimi baxıblar.
Sovet rejimində adını itirən birinci xalq kazaklardır. Bu qıpçaq nəsli olan əhalini kazaklıqdan çıxarıb rus yazdılar, onlar sovet dövrünün ilk “yeni rusları” oldular.
Rusiyada, axı hara Rusdur (orta əsrlərdə Rusiyaya Rus deyilirdi T.H.) və hara Rus deyil? Sərhədi kim cızmalıdır?
Bu barədə artıqlaması ilə söz deyilib. Mahiyyətcə çox sadə olan bu suala müxtəlif nəsillərdən şairlər, yazıçılar, filosoflar bir-birindən “gözəl” cavablar vermək üçün çox yarışıblar. Elmə əsaslanmayan, yalnız emosiyadan doğulmuş nə qədər cavab olar?
Rusiyada təsdiqini tapmış rəsmi baxış belədir: “Şərqi slavyan şüuru ilə özünü dərk etmiş qədim rusların etnik birliyi, erkən feodal çağlarda qədim rus Kiyev dövlətinin (IX-XII əsrlərin Kiyev Rusu) bütövlüyü dövründə formalaşdırılıb.
Bəs Kiyev Rusuna qədər nə olub? Bu, boş yerdə yaranmayıb ki! IX əsrdə Dnepr sahilinə gələn bu insanlar kimlər idi? Haradan gəlmişdilər? Niyə məhz IX əsrdə ora gedib çıxdılar? Kiyev dövləti o qədərmi bütöv və güclü idi ki, üç əsrdən də az müddətdə onda yeni xalq formalaşsın? Belə olduqda aydın olmur ki, indi Kiyevin yerli-köklü əhalisi niyə rus yox, ukraynalı adlanır? Axı, guya Rus (dövlət nəzərdə tutulur T.H.) elə məhz Kiyevdir. Nəhayət, bəs niyə ukraynalıların və rusların mədəniyyətləri bir-birindən son dərəcə fərqlidir? Əgər bir kökdəndirsə, axı onlar eyni olmalıdır. Yoxsa yox?
Kiyev Rusunun yaranmasına qədər Misirdə, Qədim Yunanıstanda, Qədim Romada sivilizasiyalar çiçəklənmiş və solmuşdu hələ Qədim Şərqi demirəm. Kiyev Rusuna qədər bəs indiki Rusiyanın ərazisində nə olmuşdu? Doğrudan da, səhra ki deyildi?
Təəssüf ki, Rusda bu suallardan süqutla yan keçilmək adətdir. Yaxud cavab əvəzinə yeni suallar və anlaşılmazlıqlar doğuran fərziyyələr söylənilir.
Ancaq o uzaq zamanın sənədləri saxlanmışdır. Bütün dünya bilir bunu. Heç bir sirr yoxdur. Sirr ancaq rusların özü və Rusiyada yaşayan bütün başqa xalqlar üçündür. Bu məlumatları sadəcə onlardan gizlədirlər və ya başqa cür, istədikləri kimi şərh edirlər. Niyə hər şey öz adı ilə deyilməsin? Kimə alatoranlıq işıqdan daha üstündür? Ancaq soxulcanlara!
Məsələn, alman tarixçisi L. Müllerin əsərlərində RUS xalqının adı ilk çəkilən erkən sənədlər təhlil olunur bu adam qədim Şərqi Avropa üzrə etiraf olunmuş avtoritetdir.
“Bertin salnamələri”, “Rus salnaməsi”, Konstantin Baqryanorodnının “İmperiyanın idarə olunması haqqında” traktatı və s. mənbələr, hər yerdə eyni şey deyir: ruslar adı ilə skandinaviyalıları varyaqları tanıyıblar.
Belə çıxır ki, Rusiyanın irəlidə gətirilmiiş sitatın götürüldüyü “Dünya xalqları” adlı ensiklopedik məlumat kitabı, yumşaq desək, dəqiq deyil. Əsl ruslar haqqında susub onun adını özünə götürmüş rus xalqından danışmaq kobud səhvdir. Bəli, IX-XII əsrlərdə Kiyev Rusunu həqiqətən ruslar qurublar. Ümumi məlum şeyi gizlətmək nəyə lazımdır? Niyə slavyanları Rusun (Kiyev Rus dövlətinin T.H.) “qurucusu” eləyirlər?
“Bertin annaları"nda (salnaməsində T.H.) məlumat verilir ki, ruslar 839-cu ildə Bizans səfirliyi ilə birgə Mömin Lüdovikin (Lüdovik Blaqoçestivıй) yanına gəlirlər. Bu ilk, ən qədim yazılı məlumatdır ki, orada “ruslar” adında xalqdan danışılır.
Onlar milli mənsubiyyətləri haqqında suala cavab verirlər ki, isveçdirlər. Və buradaca müəllif aydınlaşdırır ki, “biz onlara normanlar deyərik”. Belə çıxır ki, ilk ruslar slavyan deyillər. Hələ bu azdır, onlar özlərinin “slavyan” olmalarından tam xəbərsizdirlər. Onların kökü tamam başqadır.
Təkcə yunanlar yox, eyni zamanda romalılar, ərəblər, qıpçaqlar, farslar bütün dünya IX-XII əsrlərdə “rus” sözünü eyni mənada başa düşürdülər. Bu sözlə Rusiyada “varyaqlar” adı ilə məlum olan xalqı tanıyırdılar.
O vaxtın bütün tarixi sənədlərində belə yazılıb, bu barədə mübahisə açmaq cəfəngiyyat olardı.
Şimali Avropada norman epoxası olub. I minilliyin axırlarında onlar yalnız Kiyev Rusunun əsasını qoymayıblar. Məsələn, 1066-cı ildə varyaqlar İngiltərəni işğal etdilər və hakim nəslə çevrildilər. Ancaq başqa ənənələrlə tərbiyələnmiş ingilislər bu barədə susmağı və ya onu inkar etməyi lazım bilmirlər. Həmin tarixi fakt bugünkü ingilislərin heysiyyətini alçatmır. Bəs onda avstraliyalılar nə etsinlər onların dövlətini sürgün edilmiş gəlmələr yaradıblar. Bəs pirat nəslinin törəmələri maltalılar?
Ruslar (isveç mənşəli əhali varyaqlar nəzərdə tutulur T.H.) güclü xalq idi, onlarla hamı hesablaşırdı. Onlar özlərinə hörmət etdirməyi yaxşı bacardılar. Bəs niyə rusiyalılar onları qəbul etmirlər? Niyə özlərinə xüsusi tarix uydururlar?
Maraqlıdır: bəs varyaqlar özləri Kiyev Rusunu Dnepr üstündə öz yeni dövlətini siftə necə adlandırıblar?
Onu Rus adlandıra bilməzdilər, çünki qədimdən skandinaviyalılar bu sözlə öz həmtayfalarını adlandırıblar Şimali İsveçdən olan, Stokholmdan şimalda yerləşən sahilboyu sakinlərə belə deyiblər, onları elə bu gün də elə adlandırırlar. Onlar çox cəsur adamlar idilər, şücaətlərinin həddi yox idi: mahir dənizçi, igid döyüşçü idilər, bütün Şimali Avropanı nəzarət altında saxlayırdılar. Suda və quruda tayları-bərabərləri yox idi.
“Rus” sözünün özü qədim varyaqcada (qədim island dialektində) “avarçılar”, "dənizçilər" mənasında olub. Skandinaviyalılar dünyaya məhz dənizçi, “dəniz cəngavərləri” kimi tanınıblar. Çaylar onlar üçün magistral yollar sayılıb, dənizsahili sıldırım qayalıqları yumşaq yuvaları biliblər. Qədim saqaları (skandinav folkloru janrı T.H. bunu gözəl təsdiqləyir onların qədim həyatı qədim lövhələrdə öz tarixiliyini saxlayır.
Bu barədə, əgər hələ varsa, son şübhələri finlər və estonlar dağıdırlarisveçlilərin bu qədim qonşuları öz qədim adətləri ilə bu gün də İsveçi “Roussiya adlandırırdılar (“Rusiya” sözü ilə müqayisə edin T.H.). Eyni zamanda öz cənub qonşularına bu yaxınlara qədər xəritədə “SSRİ" adlanan ölkəyə “Veniya" deyiblər. Bu, “venedlər” sözündəndir və "slavyanlar” deməkdir.
Həm də “venedlər” sözünü təkcə finlər və estonlar işlətmirlər. Bu, alman dilində də “slavyan” mənasında saxlanmışdır. Həmin sözü italyanlar da işlədirlər, “Ruslar” və “slavyanlar” həqiqətən başqa-başqa sözlərdir, etnoqrafik baxımdan bunların heç biri əlaqəsi yoxdur.
İlk dəfə bir Avropa xalqı kimi slavyanlar haqqında məlumatı dünya Roma yazıçısı və alimi Böyük Plininin (Plini Starşi y.e. 24-79) əsərlərindən öyrəndi. O, “Təbii tarix” adlı çoxcildli traktat yazmışdı. Bu, qədim dünyanın ensiklopediyası idi. Sonrakı alimlər nəsli məhz bu əsərin zəminində yetişiblər. Plininin məlumatına görə, qədim slavyanlar özlərinə venedlər deyirmişlər.
Başqa Roma tarixçisi Tatsit (y.e. 58-117) venedlər haqqındakı həmin məlumatı təsdiqləmiş və tamamlamışdır aydın olur ki, bu xalq Avropanın şimalında, Visla ilə Oder çayları arasında məskundur. Slavyanların, daha dəqiqi, venedlərin tarixi dünya elmində həmin dövrdən və həmin məlumatlarla qeydə alınır.
Varyaqlar haqqında, onların siması və davranışı haqqında dünya bir qədər sonra məlumat aldı. Yepiskop Georgi Amastridli öz rəvayətlərində rusların Amastrid şəhərinə (Qara dənizin cənub sahillərində yerləşir) amansız hücumundan danışır, qiymətli, müqəddəs xristian əşyalarını talan etmələrini söyləyir. Bu hadisə 860-cı ilə aiddir.
Ruslar IX əsrdə Bizansı narahat edirdilər. Onların Konstantinopolda, onun sarayları, dini ibadətgahları ilə ilk tanışlığı izsiz-əlamətsiz keçməyib: qədim zəngin şəhərlər haqqında söhbətlər saqalarda (xalq yaradıcılığında) əks olunmuşdur. Buna gerə də 860-da Amastrid talanı, əlbəttə, təsadüfi deyildi. Varyaqlar 839-dan buna hazırlaşırdılar. Düzdür, bəzi rus tarixçiləri təsdiqləyirlər ki, bu talanı “slavayan-rus” deyilən adamlar ediblər, ancaq heç kəs, hətta Georgi Amastridli da bu müəmmalı “xalq” haqqında təsəvvür yaratmır.
Slavyanlar və həmin ruslar hətta qonşu yaşamayıblar, onları Baltik dənizi ayırırdı. Onlar hər cəhətdən-həyat tərzinə, xarici görünüşünə, mənəvi-əxlaqi simasına görə ayrılırdılar.
Məsələn, varyaqlar Odino deyilən dini inam sahibi idilər, slavyanların o haqda heç bir təsəvvürü yox idi. Varyaqlar dəniz ticarəti ilə, hərbi igidliklərlə dolanışıqlarını təmin edirdilər. Slavyanlar isə köçəri maldar idilər, sonralar gəzəri şəkildə əkinçiliklə də məşğul oldular. Burası da var ki, o vaxtların salnamələrində deyilir: “ruslar slav|anlarlə döyüşə gedirdilər”, “slavyanlar ruslara vergi verirdilər”.
“Slavyan-rus”dan danışmaq ona bənzər ki, tarixdə yunanla ərəbin, romalı ilə mərakeşlinin bir kökdə olmasını axtarasan.
Şərq tarixçisi İbn Rüstə qeyd edirdi ki: “Rusların əkin-biçini yox idi, slavyanların torpağından gətirdikləri ilə dolanardılar”.
Həmin illərin başqa yazıçısı Hardizi bunu təkrar edirdi: “Onlardan (ruslardan) 100-200 nəfəri slavyanların üzərinə gedir və zorla özlərinə dolanacaq götürüb gəlirdilər”.
На этой странице вы можете прочитать онлайн книгу «Qıpçaq çölünün yovşanı», автора Мурад Аджи. Данная книга имеет возрастное ограничение 16+, относится к жанру «Зарубежная образовательная литература». Произведение затрагивает такие темы, как «общество», «азербайджанская литература». Книга «Qıpçaq çölünün yovşanı» была издана в 2022 году. Приятного чтения!
О проекте
О подписке
Другие проекты
